Azərbaycan–Honduras münasibətləri — Azərbaycan Respublikası ilə Honduras Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-Honduras münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin dekabr ayının 22-də qurulmuşdur[1].
Hələlik iki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmamışdır. Lakin iqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Honduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri var. Belə ki, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri, həmçinin Honduras Respublikasına da akkreditə olunmuşdur[2].
2015-ci ildə Hondurasdan Azərbaycana idxal 2,7 min ABŞ dolları məbləğində olmuş, ixrac əməliyyatları isə qeydə alınmamışdır[3].
Azərbaycan Respublikası ilə Honduras Respublikası arasında cəmi 1 sənəd imzalanmışdır[2].
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |