Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cyphon
Cyphon (lat. Cyphon) — Scirtidae fəsiləsinə aid böcək cinsi.
Hyphear
Boğambürc (lat. Loranthus) — bitkilər aləminin səndəlçiçəklilər dəstəsinin boğambürckimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Hyphear Danser == Növləri == Loranthus delavayi Tiegh. Avropa boğambürcü (Loranthus europaeus Jacq.) Loranthus grewingkii Boiss. & Buhse Loranthus guizhouensis H.S.Kiu Loranthus kaoi (J.M.Chao) H.S.Kiu Loranthus pseudo-odoratus Lingelsh. Loranthus tanakae Franch. & Sav.
Hymen
Qızlıq pərdəsi y (lat. hymen) — uşaqlıq yolu dəliyini örtən, genez cəhətcə Müller qabarcığının qalığı sayılan və adətən aypara şəklində olan (lat. hymen semilunaris) bir pərdə. Onun nazik sərbəst kənarı uşaqlıq yolu dəliyini əhatə edir, digər kənarı uşaqlıq yolunun dal divarına bitişir. Uşaqlıq yolu dəliyi (lat. stium vaginae) 1,5 smdiametrli dəliyə bənzəyir. Normal vəziyyətdə qızlıq pərdəsi büküşlər əmələ gətirərək uşaqlıq yolu dəliyini örtür. Bəzən uşaqlıq yolu dəliyi qızlıq pərdəsinin ortasında olur və bir həlqəyə bənzəyir. Bu növ qızlıq pərdəsi lat. hymen aularis adlanır.
Cyphon caspicus
Cyphon caspicus (lat. Cyphon caspicus) — Scirtidae fəsiləsinə aid böcək növü. == Ümumi məlumat == Azərbaycanın endemik canlısıdır.
Sem Hyuqen
Sem Hyuqen (ing. Sam Heughan) — Şotlandiyalı aktyor. Starzın Didərgin serialında oynadığı Ceymi Fraser rolu ilə tanınır. Serialdakı performansına görə 2 Saturn mükafatına layiq görülüb. Bundan başqa Royal Court Theatre Upstairs teatrındakı Uzaq Adalar adlı tamaşada oynadığı rola görə 2003-cü ildə iki dəfə Laurence Olivier Mükafatının "Ən ümid verici performansçısı"-na namizədliyi irəli sürülüb. == Filmoqrofiyası == === Film === === Televiziya === == Xarici Keçidlər == Sem Hyuqen — Internet Movie Database saytında.
Syphon Filter
Yaradıcısı - Eidetic İstahsalçı kompaniya - 989 studio İstehsal tarixi - 9 iyul 1999 Janr - şuter 3-cü şəxsdən Platforma - Play Station Play Station 2 Daşıyıcı - CD İdarəedici - coystik Sayfon Filter stels-action janrında olan şuterdir. Seriyanın 1-ci hissəsidir. Oyunun digər stels-actwion tipli Metal Gear Solid ilə demək olar eyni vaxtda çıxması onun populyarlığına təsir etmişdir. Buna baxmayaraq oyun geymerlər tərəfindən rəğbətlə qarşılanıb. == Süjet == Oyunun baş qəhrəmanı məxfi agent Qabriel Loqandır. O,beynəlxalq terrorist Erik Romerə qarşı mübarizə aparır. Lakin tezliklə Loqana aydın olur ki, Romer "Sayfon Filter" adlı təhlükəli virus hazırlayıb. Beləliklə, Loqan digər agentlərlə birlikdə dünyanı xilas etmək üçün mübarizəyə başlayır. Oyun olduqca zəngin və maraqlı sujet xəttinə malikdir. Tez yadda qalan surətlər, çoxlu sayda rəngarəng silahlar və bir-birindən maraqlı mərhələlər insanı bir an belə rahatlaşmağa qoymur.
Hyphear europaeum
Avropa boğambürcü (lat. Loranthus europaeus) — bitkilər aləminin səndəlçiçəklilər dəstəsinin boğambürckimilər fəsiləsinin boğambürc cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hyphear europaeum (Jacq.) Danser === Heterotipik sinonimləri === Loranthus dioicus Stokes Viscum quernum Rchb.
Eypen Malmed
Eypen Malmed - Belçikanın Almaniya ilə sərhəddində bir hissədir. Lyej əyalətinin Verv şəhərini əhatə edir. == Tarixi == 1920-1945-ci illərdə Eypen Malmedin sərhəddi dəyişmmişdir. 1795-ci ildə bu ərazi Limburq krallığına daxil idi. Sonrada Brabant, krallığına, Niderland həmçinin Lüksemburq ərazisinə daxil edilmişdir. 1794-1814-cü illərdə Napaleonun dövründə Fransaya aid olmuşdur. 1815-ci ildə Vyana konqresində Prussiyaya daha sonra isə Almaniya imperiyasının ərazi olmuşdur. I dünyü müharibəsindən sonra ərazi Belçikaya verilmişdir. 1940-cı ildə II dünya müharibəsində almanlar ərazini almış ancaq yenidən qaytarmalı olmuşlar. == Əhalisi == Regionun əhalisini əsasən almanlar təşkil edir.
Hopen adası
Hopen adası (norv. Hopen) — Şpitsbergen arxipelaqına daxil olan adalardan biri. Barens dənizi suları ilə əhatələnir. Arxipelqaın cənub-şərqində yerləşir. Ada uzunsov formara malikdir. Uzunluğu 33 km, eni isə 2 km-dir. Ada 1613-cü ildə Tomas Marmadyuk tərəfindən kəşf edilmiş və özünün keçmiş gəmisinin şərəfinə adlandırmışdır. İkinci Dünya müharibəsi zamanı Lüftvaffe adada meteoroloji stansiya qurur. Bu almanların Şpitsbergen reydinə xidmət etməli idi. Hazırda Norveç Metrologiya İnstutunun 4 əməkdaşı stansiyada fəaliyyət göstərir.
Hyper-Threading
Hyper-Threading (HT) — Pentium 4 prosessorunda reallaşdırılmış yeni texnologiyanın adı. Bu texnologiya prosessorun istifadə olunmayan registr və bloklarının imkanlarından istifadə edərək onun məhsuldarlığını 30%-dək artırır. Nəticədə masaüstü kompüter iki fərqli proqramı eyni zamanda, yaxud bir proqramı təkprosessorlu sistemlə müqayisədə daha tez yerinə yetirə bilər. Əməliyyat sistemləri üçün bu prosessor paralel işləyən iki prosessor kimi görünür. == Mənbə == İsmayıl Calallı. İnformatika terminlərinin izahlı lüğəti. "İnformasiya Texnologiyalar" nəşriyyatı, "Bakı" nəşriyyatı. 2017.
Syphon Filter 2
Syphon filter 1 geymerlər tərəfindən qəbul olunduqdan sonra 2000-ci ildə oyunun 2-ci hissəsi çıxdı. Əsas terrorçu Romerin Qazaxıstandakı bazasını partlatdıqdan sonra Qabriel Loqan komanda üzvləri ilə birgə təyyarədə ABŞ-yə qayıdır. Lakin Kolorado ştatı ərazisində dağlıq zonada terrorçular təyyarəni vururlar və Loqan təyyarədən paraşutla tullanmalı olur. Yerdə isə onu heç də gül-çiçəklə gözləmirlər. Loqan qəzaya uğramış təyyarəni tapmalı və terrorçuların bazasından oğurladıqları gizli faylları yenidən ələ keçirməlidir. 1-ci hissədən fərqli olaraq bu hissəyə bir neçə dəyişiklik əlavə edilib. Ən əsası multipleyerin köməyilə oyunu artıq 2 nəfər eyni zamanda oynaya bilər. Eyni zamanda digər agentlər-Lian Sinq və Tereza Lipan da müxtəlif missiyalar zamanı oynanıla bilən olurlar. Syphon Filter 2 də olduqca maraqlı missiyalar var. Sibir türməsi, Moskva küçələri, Nyu-York kanalizasiyası kimi mərhələlər oyunu daha da rəngarəng edir.
Syphon Filter 3
Syphon filter 3 sözsüz ki, əvvəlki 2 hissədən daha maraqlı və rəngarəng olmasıyla seçilir. Tokio, Vaşinqton, Kosta-Rika,Dublin, Əfqanıstan və digər məşhur yerlərdə Qabriel Loqan, Lian Sinq, Tereza Lipan, Lourens Mujari terrorçulara qarşı amansız mübarizə aparırlar.