Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağasəlim Çıldağ
Ağasəlim Çildağ (orijinal adı:Səlimov Ağasəlim Əliağa oğlu; 1 fevral 1930, Maştağa – 8 aprel 2008, Maştağa) — Meyxana ustası, Şöhrət ordeni laureatı. == Həyatı == Ağasəlim Əliağa oğlu Səlimov 1 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Anasının adı Fatimə xanımdır. Ona yol göstərən görkəmli qəzəlxan Əliağa Vahid və möhtəşəm söz ustadı Ağahüseyn Əfzun olmuşdur. Meyxana ustası, Şöhrət ordeni laureatı Ağasəlim Çildağ 8 aprel 2008-ci ildə 78 yaşında şəkər xəstəliyindən dünyasını dəyişib. Meyxanaçı Ağamirzənin dayısıdır.
Qızıldağ
Qızıldağ (Azərbaycan) — Şahbuz rayonu ərazisində dağ (hünd. 1319,1 m).
İşıldaquş
İşıldaböcəklər (lat. Lampyridae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. 2000-dək növü məlumdur. Fəsilənin nümayəndələri qaranlıqda qeyri-adi fosforlu işıq saçma kimi xüsusiyyətlərə malikdirlər. İşıldayan böcəklərin rəngləri tutqun bozumtul olaraq, yetkinlərinin bədənlərində işıqvermə qabilliyəti olduğundan onlara "sehirli gecə fənərləri" də deyirlər. Qanadlı işıldayan böcəklərin yalnız erkəkləri gecələr qısa müddət ərzində "fənərlərini yandıraraq" işıq saçırlar. Böcəklərin işıqvermə orqanları qarnının sonunda olub, orada şəffaf qabıq altında iri fotogen hüceyrələrlə traxeyalardan ibarətdir. Traxeyalar hüceyrələrə oksigenlə birləşməsi nəticəsində və sinir düyünlərinin nizama düşməsi ilə fosforlu parıltı əmələ gətirir. Bu cücülər, demək olar ki, dünyanın hər yerinə yayılıblar. Erkəkləri yaxşı uçur, bədəni uzunsovdur.
Fırıldaq
Dələduzluq — ən ümumi mənada aldatma məqsədilə qəsdən həyata keçirilən hərəkətdir. Dələduzluq növlərinə görə fərqlənə bilər. Arxeologiya, ədəbiyyat, daşınmaz əmlak, sənəd saxtakarlığı və s. dələduzluq növləri vardır. Aldatma , özgə əmlakını əmlak hüququnu ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair.
Çildağ
"Çildağ" kimi də tanınan "Pir Həsən" ziyarətgahı XVI əsrə aid tikilidir. Ziyarətgahın həyətində yeddinci imam Musa əl-Kazımın qızı Həzrəti Xədicənin qəbri üzərində tikilən türbə, həmçinin XVII əsrdə yaşamış və çildağla (közlə müalicə) məşğul olmuş Pir Həsənin də türbəsi var. Həmçinin Azərbaycanın xeyriyyəçi milyonçusu Hacı Zeynalabdin Tağıyevin büstü də burada yerləşir. Büstün sağ tərəfində kiçik dəmir hasarlarla əhatəyə alınan türbə tikilib. Türbənin mərkəzində Axund Hacı Mirzə Əbdülturab Axundzadənin qəbri, onun ətrafında isə Hacı Zeynalabdin Tağıyev, onun qızı Sara xanımın və repressiya qurbanı olmuş Səlimxanov Zeynal bəy Ağabəy oğlunun qəbirləri var. Əzizbəyov rayon Mərdəkan qəsəbəsi "Pir Həsən" ziyarətgahı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini icma kimi dövlət qeydiyyatına alınıb. Bakı ətrafında yerləşən insanların müqəddəs bilib ziyarət etdiyi yerlərdən biri də Pir Həsən piridir. Bu ziyarətgah Mərdəkan qəsəbəsində yerləşən "Çildağ" da adlandırılır. Ona görə ki, bu pirin müqəddəsliyinə tapınan insanlar bura həm də öz qorxularını götürmək, bədnəzəri özlərindən uzaqlaşdırmaq üçün qədim Şərq müalicə üsulu olan "çildağ müalicəsi" almaq məqsədilə üz tuturlar. Əraziyə daxil olmaq üçün üzərində iri tağlar olan iki giriş var.
Şişdağ
Şişdağ — Azərbaycanda, Xocavənd rayonu, Hadrut qəsəbəsi ilə Sor kəndi arasında yerləşən zirvə. Dağın hündürlüyü 1315 metrdir. Dağ adını zirvəsinin şiş olmasından almışdır.
İsida
İsida —Qədim Misirdə ilahə. Osirisin arvadı, Qorun anası Misirlilər, tarix boyunca , digər xalqlarla ünsiyyətə girərək, bu məbədlərə getdikçə daha çox yeniyeni tanrıları daxil edirdilər. Digər dinin nümayəndələri bəzən bu zəngin məbədə istehza ilə baxırdılar. Yalnız bir qədim ilahə, neçə minilliklər keçsə də, bütün ictimai və siyasi dəyişikliklərə baxmayaraq, bu məbəddə öz hakim mövqeyini saxlamağa nail oldu, öz simasını və funksiyalarını dəyişilməz saxladı (bəlkə daha da saflaşdırdı). Bu – Qorun anası İsidadır. İsida hər bir faraonun anası sayılır. Geniş Misir məbədində Günəş Allahı Ra hakim mövqe saxlayırdı, o, bütün Allahların atası, idarə edən sayılsa da, xalq daha çox Osirisin sadiq arvadını, Qorun mehriban anası, İsidaya daha çox səcdə edirdi. İsida Misir məbədində ən populyar ilahə idi. O, sədaqətli, ölümə baxmayaraq, ərini istəyən arvad, özünü qurban verməyə hazır olan ana idi. Onun xeyirxahlığında, məhəbbət və ümid verməsində özünə dayaq nöqtəsini axtaran tərəfdaşlarının sayı durmadan artırdı.
Qızıldağ (Azərbaycan)
Qızıldağ — Şahbuz rayonu ərazisində dağ (hünd. 1319,1 m). Naxçıvançayla Cəhriçayın suayırıcısında, Cəhri kəndindən 2,5 km şimal-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin maili yatımlı terrigen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid eyniadlı ikinci dərəcəli maili sinklinalın nüvə hissəsində yerləşir. Zirvə hissəsindən şimal-qərbə istiqamətlənmiş fay, cənub-qərb yamacından isə Naxçıvan dərinlik qırılması keçir.
Qızıldağ (Çaroymaq)
Qızıldağ (fars. قزل داغ‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə kənddə 197 nəfər yaşayır (43 ailə).
Çeildağ əməliyyatı
Çeildağ əməliyyatı — 31 dekabr 1993-cü ildə, Birinci Qarabağ müharibəsinin axırlarında, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinə qarşı Ağcabədi rayonu istiqamətində başladılan hərbi hücum əməliyyatı. "Çeildağ" əməliyyatı dekabrın 30-dan 31-nə keçən gecə həyata keçirilməsi planlaşdırılırdı, lakin Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun əmri ilə əməliyyat bir gün təxirə salınmışdır. Nəticədə Ermənistan tərəfi əməliyyatın detalları haqqında ətraflı məlumat əldə etmiş, əməliyyat həyata keçiriləndə isə Azərbaycan hərbçilərini tələyə salmışdır. Baş tutan döyüşlər nəticəsində 82 nəfər hərbçi şəhid olmuş və ya itkin düşmüşdür. Əməliyyatın nəticələri ilə bağlı Nəcməddin Sadıkov, Müdafiə nazirinin müavini Elbrus Orucov, nazirliyin Əməliyyat idarə rəisi Aleksandr Vasyak və digərləri "Çeildağ" əməliyyatının uğursuzluğunda polkovnik-leytenant Talıb Məmmədovun məsuliyyət daşığını iddia etmişdir. Talıb Məmmədov ardınca həbs edilmiş, lakin Hərbi Prokurorluğun Xüsusilə Mühüm İşlər üzrə böyük müstəntiqi Kamal Əliyev bu iddiaların yanlış olduğunu ifşa etmiş və onun həbsdən azad edilməsinə nail olmuşdur. SSRİ dövründə DQMV Azərbaycan SSR-nin tərkibindəki əsasən etnik ermənilərin yaşadığı muxtar bir vilayət idi. Sovet İttifaqı 1980-ci illərin sonlarında dağılmağa başladıqda vilayətin statusu məsələsi yenidən gündəmə gəlmiş və 20 fevral 1988-ci ildə DQMV parlamenti vilayətin Azərbaycan SSR-dən Ermənistan SSR-yə verilməsini tələb edən bir qərar qəbul etmişdir. Azərbaycan bu tələbi bir neçə dəfə rədd etmiş və qısa müddət sonra 1988-ci ildən 1990-cı ilə qədər etnik zorakılıq yaşanmış, Sumqayıt, Gəncə və Bakıda ermənilərə, Quqark və Xankəndində isə azərbaycanlılara qarşı bir sıra poqromlar törədilmişdir. Dağlıq Qarabağın statusu ləğv edildikdən sonra, 10 dekabr 1991-ci il tarixində keçmiş vilayət daxilində müstəqillik referendumu keçirilmişdir.
Unutsam, fısılda
Unutsam, fısılda — ssenaristi və rejissoru Çağan İrmaq olan, 2014-cü il istehsalı türk melodram sinema filmi. Film bir-birlərindən çox fərqli 2 bacı — Xədicə və Hənifənin həyat hekayələrindən bəhs edir. Xədicə mahnı oxumaq sevgisi olan və həyatının, xəyallarının ardınca getməyə meyilli biridir. Böyük bacısı Hənifə də həyat sevgisi ilə dolu olsa da, içinə qapanıq biridir. Bir gün qəsəbəyə yeni gələn musiqiçi Tarıkın Xədicəni kəşf etməsi, aralarında başlanan böyük sevgi və Türkiyənin ulduzları olma həvəsləri onları İstanbula qədər aparır. Uzun müddətdən sonra evinə dönən Xədicə onun qayıtmasını gözləyən və keçmişdəki yaşananlar üçün hesablaşmaq istəyən, əsəbi və incik bir Hənifəni görür. Fərəh Zeynəb Abdullah - Xədicə Bülənt Düzgünoğlu - Xədicənin atası Xülya Gülşən - Xədicənin anası Kərəm Bursin - gənc Ərhan Köksal Əngür - yaşlı Ərhan Gözdə Çığacı - gənc Hənifə İşıl Yücəsoy - yaşlı Hənifə Məhməd Günsür - Tarik Lalə Başar - Tarikin anası Rəha Özcan - Ərhanın atası Hümeyra - Aypəri Gürkan Uyqun - Kəmal Jalə Aylanç - Handənin anası Meriç Aral - Mədiha Gümeç Alpay - Handə 47. Sinema Yazarları Dərnəyi Mükafatları Ən yaxşı aktrisa performansı (Fərəh Zeynəb Abdullah) - namizəd Ən yaxşı köməkçi kadın aktrisa performansı (Hümeyra) - namizəd Ən yaxşı musiqi Ən yaxşı sənət rejissoru (Soydan Quş) 20. Sədri Alişıq Teatr və Sinema Aktyor Mükafatları İlin ən uğurlu aktrisası (Fərəh Zeynəb Abdullah) - namizəd Köməkçi rolda ilin ən uğurlu aktrisası (İşıl Yücəsoy) - namizəd 22.
Ağasəlim Çildağ
Ağasəlim Çildağ (orijinal adı:Səlimov Ağasəlim Əliağa oğlu; 1 fevral 1930, Maştağa – 8 aprel 2008, Maştağa) — Meyxana ustası, Şöhrət ordeni laureatı. == Həyatı == Ağasəlim Əliağa oğlu Səlimov 1 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Anasının adı Fatimə xanımdır. Ona yol göstərən görkəmli qəzəlxan Əliağa Vahid və möhtəşəm söz ustadı Ağahüseyn Əfzun olmuşdur. Meyxana ustası, Şöhrət ordeni laureatı Ağasəlim Çildağ 8 aprel 2008-ci ildə 78 yaşında şəkər xəstəliyindən dünyasını dəyişib. Meyxanaçı Ağamirzənin dayısıdır.
Işılay Sayqın
Işılay Sayqın (türk. Işılay Saygın; 4 aprel 1947, Buca, İzmir ili – 27 iyul 2019, İzmir) — Türk memar, siyasətçi və nazir. == Bioqrafiyası == Osman Nuri Sayqın və həyat yoldaşı Fatmanın ailəsində, İzmir ilinin Buca bələdiyəsində anadan olmuşdur. Egey Universitetinin Memarlıq fakültəsini bitirmişdir. 1973-cü ildən siyasətlə məşğul olur. Bu zaman Ədalət Partiyasına qatılır. İki müddət ərzində rayon başçısı vəzifəsini icra etmişdir. 1980-ci il çevrilişindən sonra vəzifəsini itirir. 1980-1983-cü illərdə memar işləmişdir. 1983-cü ildə Milliyyətçi Demokratik Partiyaya qatılır, elə həmin il Türkiyə parlamentinə üzv seçilir.
Qırmızıdağ-1 (Qızıldağ)
Qırmızıdağ - Babək rayonu ərazisində dağ (hünd. 1004,2 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərq qurtaracağındakı Nehrəm platosunun cənub-qərb kənarında zirvə. Nehrəm kəndindən 4,5 km cənub-şərqdədir. Orta Miosenin Tarxan regiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarından təşkil olunmuş günbəzvari sıldırım yamaclı yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cavan çöküntüləri ilə örtülmüş Culfa qalxımının şimal-şərq qanadında yerləşir.
Cunko İşida
Cunko İşida (11 mart 1966, Yaponiya) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Silda adası
Silda (norv. Silda) — Soqn-oq-Fyurane regionunda kiçik bir ada. Adanınm sahəsi 1,1 km² təşkil edir. Voqstoy adasında 2 km şimal-şərqdə, Barmen adasından isə 2,5 km qərbdə yerləşir. Sahilləri Sildeqapnet körfəzinin suları ilə yuyulur. Adadan 2 km şərqdə Lanqenes, 3 km şimal-şərqdə isə Reyoudeberq kəndi yerləşir. Bu adada 1810-cu ildə Silde döyüşü olmuşdur. 2001-ci ildə adada 38 nəfər yaşayırdı. Onlkarın yeganə nəqliyyat vastəsi qayıqlar idi. Norveç dilində sild sözü "seld" balığının adından götürülmüşdür.
İşlaq (Miyanə)
İşlaq (fars. ايشلق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 461 nəfər yaşayır (171 ailə).
Fırıldaq ailəsi (teleserial, 2013)
Fırıldak Ailəsi (türk. Fırıldak Ailesi) — Türk animasiya televiziya serialıdır. Türk televiziyalarında yetkinlərə istiqamətli edilən ilk yerli cizgi filmdir. 11 fevral 2013-cü il tarixində başlamışdır. == Məzmun == Fırıldak Ailəsi bencillikleri və çıkarcılıklarıyla ön plana çıxmış bir ailədir. Ana, ata və üç uşaqdan ibarət olan Fırıldak Ailəsində; Davamlı bəlaya bulaşan Ata Sabri, tarazlıq ünsürü Ana Yıldız, tənbəl Zeki, xəyalpərəst Afet və daha yeni danışmağa başlayan balaca Tosun. Təbii bir də pərdənin arxasında nənə Dürdane var. == Personajlar == Sabri Fırıldak Ailənin rəisi. Tutduğu futbol komandası davamlı dəyişər, dəstəklədiyi partiya davamlı dəyişir. Nəbzə görə şərbət verir.
Qızıldağ-i Kürd (Maku)
Qızıldağ-i Kürd (fars. قزل داغ كرد‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 838 nəfər yaşayır (141 ailə).
Qızıldağ-i Əcəm (Maku)
Qızıldağ-i Əcəm (fars. قزل داغ عجم‎ ‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 359 nəfər yaşayır (79 ailə).
Unutsam, fısılda (film, 2014)
Unutsam, fısılda — ssenaristi və rejissoru Çağan İrmaq olan, 2014-cü il istehsalı türk melodram sinema filmi. Film bir-birlərindən çox fərqli 2 bacı — Xədicə və Hənifənin həyat hekayələrindən bəhs edir. Xədicə mahnı oxumaq sevgisi olan və həyatının, xəyallarının ardınca getməyə meyilli biridir. Böyük bacısı Hənifə də həyat sevgisi ilə dolu olsa da, içinə qapanıq biridir. Bir gün qəsəbəyə yeni gələn musiqiçi Tarıkın Xədicəni kəşf etməsi, aralarında başlanan böyük sevgi və Türkiyənin ulduzları olma həvəsləri onları İstanbula qədər aparır. Uzun müddətdən sonra evinə dönən Xədicə onun qayıtmasını gözləyən və keçmişdəki yaşananlar üçün hesablaşmaq istəyən, əsəbi və incik bir Hənifəni görür. Fərəh Zeynəb Abdullah - Xədicə Bülənt Düzgünoğlu - Xədicənin atası Xülya Gülşən - Xədicənin anası Kərəm Bursin - gənc Ərhan Köksal Əngür - yaşlı Ərhan Gözdə Çığacı - gənc Hənifə İşıl Yücəsoy - yaşlı Hənifə Məhməd Günsür - Tarik Lalə Başar - Tarikin anası Rəha Özcan - Ərhanın atası Hümeyra - Aypəri Gürkan Uyqun - Kəmal Jalə Aylanç - Handənin anası Meriç Aral - Mədiha Gümeç Alpay - Handə 47. Sinema Yazarları Dərnəyi Mükafatları Ən yaxşı aktrisa performansı (Fərəh Zeynəb Abdullah) - namizəd Ən yaxşı köməkçi kadın aktrisa performansı (Hümeyra) - namizəd Ən yaxşı musiqi Ən yaxşı sənət rejissoru (Soydan Quş) 20. Sədri Alişıq Teatr və Sinema Aktyor Mükafatları İlin ən uğurlu aktrisası (Fərəh Zeynəb Abdullah) - namizəd Köməkçi rolda ilin ən uğurlu aktrisası (İşıl Yücəsoy) - namizəd 22.
Əsildar bəy Ağabababəyov-Muğanlinski
Ağabababəyov-Muğanlinski Əsildar Abbasəli oğlu (14.9.1900, İrəvan - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. İrəvan gimnaziyasını bitirmişdir (1918). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən hüquq sahəsində təhsil almaq üçün Almaniyanın Leypsiq Universitetinə göndərilmişdir. Azərbaycanlı Tələbələr İttifaqının üzvü, təhsil illərində isə rəhbəri olmuşdur. Təhsilini başa vurduqdan sonra 1927-ci ildə Azərbaycana qayıtmış, 1930-1933-cü illərdə Azərbaycan Dövlət Bankında məsləhətçi, qrup rəhbəri işləmişdir. 1933-cü ildə həbs olunmuşdur. 1934-cü ildə Bakının ali məktəblərində alman dilini tədris etmişdir. 1935-ci ildə yenidən repressiyaya məruz qalmış, Qaraqanda vilayətinə sürgün edilmişdir.