Çeildağ əməliyyatı — 31 dekabr 1993-cü ildə, Birinci Qarabağ müharibəsinin axırlarında, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinə qarşı Ağcabədi rayonu istiqamətində başladılan hərbi hücum əməliyyatı.
Çeildağ əməliyyatı | |||
---|---|---|---|
Birinci Qarabağ müharibəsi | |||
Tarix | 31 dekabr 1993 | ||
Yeri | Ağcabədi, Azərbaycan | ||
Nəticəsi | Ermənistanın qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
"Çeildağ" əməliyyatı dekabrın 30-dan 31-nə keçən gecə həyata keçirilməsi planlaşdırılırdı, lakin Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun əmri ilə əməliyyat bir gün təxirə salınmışdır. Nəticədə Ermənistan tərəfi əməliyyatın detalları haqqında ətraflı məlumat əldə etmiş, əməliyyat həyata keçiriləndə isə Azərbaycan hərbçilərini tələyə salmışdır. Baş tutan döyüşlər nəticəsində 82 nəfər hərbçi şəhid olmuş və ya itkin düşmüşdür.
Əməliyyatın nəticələri ilə bağlı Nəcməddin Sadıkov, Müdafiə nazirinin müavini Elbrus Orucov, nazirliyin Əməliyyat idarə rəisi Aleksandr Vasyak və digərləri "Çeildağ" əməliyyatının uğursuzluğunda polkovnik-leytenant Talıb Məmmədovun məsuliyyət daşığını iddia etmişdir. Talıb Məmmədov ardınca həbs edilmiş, lakin Hərbi Prokurorluğun Xüsusilə Mühüm İşlər üzrə böyük müstəntiqi Kamal Əliyev bu iddiaların yanlış olduğunu ifşa etmiş və onun həbsdən azad edilməsinə nail olmuşdur.
SSRİ dövründə DQMV Azərbaycan SSR-nin tərkibindəki əsasən etnik ermənilərin yaşadığı muxtar bir vilayət idi.[1] Sovet İttifaqı 1980-ci illərin sonlarında dağılmağa başladıqda vilayətin statusu məsələsi yenidən gündəmə gəlmiş və 20 fevral 1988-ci ildə DQMV parlamenti vilayətin Azərbaycan SSR-dən Ermənistan SSR-yə verilməsini tələb edən bir qərar qəbul etmişdir. Azərbaycan bu tələbi bir neçə dəfə rədd etmiş[2] və qısa müddət sonra 1988-ci ildən 1990-cı ilə qədər etnik zorakılıq yaşanmış, Sumqayıt, Gəncə və Bakıda ermənilərə,[3][4][5][6] Quqark[7][8][9] və Xankəndində[10] isə azərbaycanlılara qarşı bir sıra poqromlar törədilmişdir. Dağlıq Qarabağın statusu ləğv edildikdən sonra, 10 dekabr 1991-ci il tarixində keçmiş vilayət daxilində müstəqillik referendumu keçirilmişdir. Vilayət əhalisinin təxminən 22,8%-ni təşkil edən azərbaycanlılar referendumu boykot etmiş, iştirakçıların 99,8%-i isə müstəqilliyin lehinə səs vermişdir. 1992-ci ilin əvvəllərində Sovet İttifaqının süquta uğramasından sonra Qarabağ uğrunda müharibə başlamışdır.[2]
1993-cü il Azərbaycan üçün bir çətin il olmuşdu. Erməni qüvvələri mart ayında Kəlbəcərə hücuma başlamış[11] və apreldə rayonu işğal edərək bütün Qarabağın ən yüksək zirvəsi olan Murovdağı nəzarətə götürmüşdür.[12] Ermənilərin Kəlbəcərdəki uğuru rayonun mülki əhalisinin evlərindən zorla çıxarılması, dinc sakinlərin öldürülməsi və girov götürülməsi də daxil olmaqla, çoxsaylı müharibə cinayətləri ilə nəticələnmişdir. Rayon uğrunda gedən döyüşlər zamanı 500-dən çox azərbaycanlı mülki şəxs öldürülmüş, 60 mindən çox insan evlərindən didərgin düşmüşdür.[13][14] 30 spreldə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 822 saylı qətnaməni qəbul edərək bütün hərbi əməliyyatların dərhal dayandırılmasını və bütün işğalçı qüvvələrin Kəlbəcərdən çıxarılmasını tələb etmişdir.[15] Bunun ardınca, iyunun əvvəlində, o vaxtkı Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin bacarıqsızlığından, eləcə də hərbi rütbəsinin endirilməsinə görə qəzəblənən Azərbaycan Silahlı Qüvvələrinin komandiri Surət Hüseynov üsyan etmiş, öz qüvvələri ilə Gəncədəki bazasından Bakıya doğru irəliləməyə başlamışdır. Bu siyasi qarışıqlıq zamanı Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonları işğal edilmişdir. Elçibəy iyunun 18-də vəzifəsindən ayrılmış və hakimiyyəti o vaxtkı millət vəkili, keçmiş sovet lideri Heydər Əliyevə təhvil vermişdir. İyulun 1-də Hüseynov Azərbaycanın Baş naziri təyin edilmişdir.[16] Payızda Beyləqan şəhərinə hücum əməliyyatı keçirən erməni qüvvələri dəf edilmişdir. Prezident vəzifəsini icra edən Əliyev siyasi cəhətdən etibarsız hesab etdiyi Elçibəyin Xalq Cəbhəsinə bağlı 33 könüllü batalyonu ləğv etmişdir.[17] O, müharibədəki uğursuzluqlara görə əvvəlki hökuməti günahlandırmış və işğal olunmuş əraziləri azad edəcəyinə söz vermişdir. Əliyev könüllü batalyonları kompensasiya etmək üçün tez və mübahisəli bir şəkildə gənc çağırışçılardan ibarət bir ordu yaratmışdır.[18][19] Oktyabr və noyabr aylarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının daha iki qətnaməsi (874 və 884 saylı) qəbul edilmiş və Dağlıq Qarabağın hüquqi müstəvidə Azərbaycanın bir tərkibi olduğu bir daha təsdiqlənmişdir.[15]
"Çeildağ" əməliyyatının 1993-cü ildə, dekabrın 30-dan 31-nə keçən gecə həyata keçirilməsi planlaşdırılırdı. Əməliyyat Ağcabədi rayonu istiqamətində baş tutacaqdı. Buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun əmri ilə əməliyyat bir gün təxirə salınmış və 31 dekabrda həyata keçirilmişdir. Əməliyyatın təxirə salınması səbəbilə Ermənistan tərəfi əməliyyat haqqında əvvəlcədən tam və ətraflı məlumat əldə etmişdir.[20][21]
Döyüş əməliyyatı əsnasında Azərbaycan hərbçiləri ermənilər tərəfindən tələyə salınmış və onlar burada "oqnevoy meşok" taktikasından istifadə etmişdir. Nəticədə, Azərbaycan tərəfindən 82 nəfər hərbçi şəhid olmuş və ya itkin düşmüşdür. Əməliyyatın nəticələri ilə bağlı Nəcməddin Sadıkov, Müdafiə nazirinin müavini Elbrus Orucov, nazirliyin Əməliyyat idarə rəisi Aleksandr Vasyak və digərləri raport yazmışdır. Sözügedən hesabatlarda, "Çeildağ" əməliyyatının uğursuzluğunun səbəbi kimi o zamankı N saylı hərbi hissənin komandiri polkovnik-leytenant Talıb Məmmədovun şəxsi heyət və texnikanın əməliyyatdakı iştirakını qəsdən təmin etməməsi göstərilmişdir. Hərbi Prokurorluğunun Xüsusilə Mühüm İşlər üzrə böyük müstəntiqi Kamal Əliyev həmin raporta uyğun təqdim olunmuş materiallar əsasında Talıb Məmmədov barəsində tutulma qərarı çıxarmışdır. Ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülmüşdür və hərbi prokuror Nizami Təhməzovun sanksiyasına əsasən həbs edilmişdir.[22]
Aparılan istintaq zamanı Nəcməddin Sadıkovun yazdığı raportun yalan olduğu üzə çıxmışdır. Müstəntiq Kamal Əliyev Talıb Məmmədov barəsində cinayət təqibinə xitam verərək onu həbsdən azad etmişdir. Ardınca o, 1994-cü ildə Nəcməddin Sadıkov, Elbrus Orucov, Aleksandr Vasyak və digərləri barəsində dövlətə xəyanət və vəzifə səlahiyyətlərini aşma ittihamını irəli sürmüşdür. Kamal Əliyev eyni zamanda, Nəcməddin Sadıkov və digərləri haqqında şübhəli şəxs qismində tutma protokolları tərtib edərək onların müttəhim kimi cinayət məsuliyyətinə cəlb olunmaları barədə qərar qəbul etmişdir. Buna baxmayaraq, bu qərar Baş Prokurorluq və Hərbi Prokurorluqda narazılıq yaratmış, Kamal Əliyev Nəcməddin Sadıkova qarşı qərəzli mövqe tutmaqda günahlandırılmışdır. Bundan sonra hərbi prokuror Nizami Təhməzov Kamal Əliyevin işdən azad olunması barədə qərar qəbul etmiş, o, vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilərək həbs edilmişdir. Ali Məhkəmə Talıb Məmmədova bəraət vermiş, Kamal Əliyev barəsindəki işdən azad olunma və həbs qətimkan tədbiri isə ləğv edilmişdir.[23][24]
This mountain enclave, mostly inhabited by people of Armenian language and origin, had been placed under Azerbaijan’s jurisdiction in the 1920s, and was entirely surrounded by villages populated by Azeris.
Armenians see the campaign that emerged in 1987 to unify Karabakh and Armenia as peaceful, yet met with organized pogroms killing dozens of Armenians in the Azerbaijani cities of Sumgait, Kirovabad (today's Ganja) and Baku in 1988–1990.