Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İdiopatik
İdiopatiklik — (idiopatiklik- yunan sözüdür) səbəbi məlum olmayan bir çox hallar üçün tibbdə istifadə olunan məhvumdur. Cümlədə belə işlənilir: xəstəliyin səbəbi dəqiq bilinmir. Xəstəlik idiopatikdir.
Atmosferdə adiobatik proseslər
== Atmosfer == Bizi əhatə edən hava təbəqəsinə atmosfer deyilir. Burada, "atmos" - hava, "sfera" isə təbəqə deməkdir. Atmosferin Yer kürəsində insanın həyatı və fəaliyyəti üçün əhəmiyyəti çox böyükdür. Əgər atmosfer olmasaydı, yer səthinin orta temperaturu +150C deyil, -230C olardı ki, bu da canlı aləmin məhvinə səbəb olardı. Atmosferin tərkibinə daxil olan qazlardan biri oksigen olmaqla, canlı aləmin nəfəs almasına və yanma prosesinə kömək edir. Atmosferin əsas qazı olan azot, zülal və azotlu birləşmələrin tərkibinə daxil olub, Yer kürəsində həyatın inkişafı ilə sıx əlaqədardır. Atmosfer azotun, oksigenin, arqonun, neonun və başqa qazların sənaye üsulu ilə alınmasında tükənməz rol oynayır. Atmosfer, gündüzlər Yerin Günəş şüaları tərəfindən hədsiz qızmasının, gecələr isə onun hədsiz soyumasının qarşısını almaqla, eyni zamanda canlı orqanizmləri Günəşin ultraqısa və kosmik şüalardan da qoruyur. Atmosferin yuxarı qatlarının qısa dalğaları qaytarması uzaq məsafələrlə radiorabitənin yaradılmasında mühüm rol oynayır. Atmosfer səsin yayılmasında vacib rol oynamaqla, aviasiya üçün xüsusi maraq kəsb edir.