Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rusiyanın Ukraynanı istila etməsi (2022)
Rusiyanın Ukraynanı işğalı — 2014-cü ildən davam edən Rusiya-Ukrayna müharibəsi'nin aktiv fazasıdır. 24 fevral 2022-ci ildə Rusiya Ukraynanı işğal etməyə başladı. Kampaniya uzunmüddətli hərbi birləşmədən və işğaldan bir neçə gün əvvəl Rusiyanın Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını tanımasından sonra başlayıb. Moskva vaxtı ilə saat 06:00-da (UTC+3) Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində hərbi əməliyyat elan etdi. Daha sonra, paytaxt Kiyev də daxil olmaqla, ölkənin müxtəlif yerlərində raket zərbələri endirildi. Ukrayna Sərhəd Xidməti bəyan edib ki, onun Rusiya və Belarusla sərhədləri hücuma məruz qalıb. Bir çox ölkə Ukraynaya hücumu pisləyib. == Zəmin == === Postsovet münasibətləri === 1991-ci ildə SSRİ-ni dağıldıqdan sonra, Ukrayna və Rusiya arasında yaxın münasibətlər davam edirdi. 1994-cü ildə Ukrayna nüvə arsenalından imtina etməyə razılıq verdi. Bunun qarşılığında Rusiya, Birləşmiş Krallıq və ABŞ Ukraynanın ərazi bütünlüyünə və ya siyasi azadlığına qarşı olan təhlükələrdən onu birgə qoruyacaqdır.
Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri
Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri — Məhəmməd Əmin Rəsulzadənin Stalin və stalinizm haqqında 1954-cü ildə Türkiyədə çap etdirdiyi seriya məqalələrdən ibarət kitab. Kitab ilk dəfə tarix elmləri doktoru, professor Nəsib Nəsibli tərəfindən nəşr etdirilmişdir. İlk redaktoru akademik Ziya Bünyadov olmuşdur. == Məzmun == Kitab Məhəmməd Əmin Rəsulzadənin Stalin və stalinizm haqqında 1954-cü ildə Türkiyədə çap etdirdiyi seriya məqalələrdən ibarətdir. Burada böyük vətəndaş XX əsrin əvvəllərində çarizmlə mübarizə gedişində Stalinlə bağlı hadisələri xatırlayır, bilavasitə iştirakçısı olduğu hadisələr fonunda Stalinin siyasi portretini yaradır, bu proseslərin xarakterini açır. Müstəqil Azərbaycan Respublikasının işğalından sonra başına gələn sərgüzəştlər, Stalinlə məşhur görüşü incələnir. Azərbaycan tarixi və ictimai fikri üçün son dərəcə maraqlı olan bir sıra mətləblər açılır. Vətən tarixinin çox əhəmiyyətli bu dövrü və Məhəmməd Əmin Rəsulzadənin şəxsiyyəti, eləcə də stalinizmin anatomiyası ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur. == Nəşr == Kitab Nəsib Nəsibli tərəfindən Ziya Bünyadovun redaktorluğu ilə Bakıda ilk dəfə 1991-ci ildə Elm nəşriyyatında çap edilib. 2010-cu ildə Bakıda Qanun nəşriyyatında 132 səhifədə, 500 tirajla 2-ci və 3-cü dəfə isə Seymur Həsənli və Dr.