Nə bir fərəhi, nə bir nişanı; Nə kimsə ilə bir ixtilatı.
// Söhbət.
İxtilatın şirin, sözün məzəli; Şəkər gülüşündən canlar təzəli.
□ İxtilat etmək (qatmaq) – söhbət eləmək, söhbətləşmək.
Qadir Allah səbəb salıb araya; Sevdiyim, ixtilat qatmaq çağıdır.
Mən oturub səninlə yaxın, qabaq-qabağa; İxtilat etmişəm söz çəkəndə sabaha.
Şagird ilə ustad gecə keçənə qədər ixtilat etdilər, çay içdilər.
// Kiçik toy məclisi, xudmani söhbət məclisi. Bizi bu axşam ixtilata çağırıblar. – [Nurcahan xala:] Ay kişi! Mən nə eyləyim?. Yetimlərinin başlarını, əndamlarını yumağa getmişdim də.
Toya, qonaqlığa, ixtilata getməmişdim ki?