Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İztirab
İztirab — müxtəlif fəlsəfi və dini sistemlərə mövzu meydana gətirmiş, mistisizm, ezoterizm və spiritualizmdə əhəmiyyət verilən və ruhi inkişafı provayderi, təlimçi xüsusiyyəti ilə ələ alınan bir anlayışdır.
İltihab
İltihab (lat. inflammatio) yerli və ümumi patoloji prosess, və ya patoloji qıcıq və təsirlərin nəticəsində orqanizmin hüceyrə strukturlarının zədələnməsinə qarşı bir reaksiyadır.Normal halda immun sisteminin hüceyrələri toxuma hüceyrələrinin bütün hissələrində səpələnmiş vəziyyətdə olur .Əgər orqanizmin müəyyən sahəsində yoluxma mərkəzi yaranırsa immun sisteminin hüceyrələri və onların sintez etdikləri faktorlar həmin sahədə cəmlənirlər .Bunu təmin edən proseslərə ilktihab reaksiyaları deyilir .İltihab prosesi üçün 3 əsas əlamət xarakterikdir : yoluxmuş sahənin qanla təchizatının güclənməsi endotelial hüceyrələrin yığılması nəticəsində kapilyarların keçiriciliyinin artması leykositlərin venullardan ( venoz kapilyarlardan) yoluxma sahəsinə doğru miqrasiyası.İltihabın ilk mərhələlərində buraya neytrofillər , sonra isə monositlər və limfositlər toplanırlar . Yoluxmanın tipindən asılı olaraq patogenə qarşı müxtəlif cür immunoloji reaksiyalar yaranır:1.Hüceyrəxarici patogenlərə yoluxma zamanı immun sisteminin mübarizəsi bilavasitə bu patogenlərin məhv olmasına və onların toksiki məhsullarının təsirinin neytrallaşdırılmasına yönəlir . Bu Bu prosesdə əsas işi komplement sistemi və faqositar hüceyrələr yerinə yetirir . Anticisimlər isə köməkçi və neytrallaşdırıcı funksiyanı yerinə yetirir. Hüceyrədaxili patogenlərə qarşı mübarizənin isə 2 alternativ üsulu mövcuddur : 1.yoluxmuş hüceyrənin T sititoksiki limfositlərlə məhvi 2 .T helperlər tərəfindən makrofaqların aktivləşdirilməsi . Qədim Roma yazıçısı Avl Korneliy Sels ilk dəfə iltihabın xarici əlamətlərini təsvir etmişdir: lat. rubor — "qızartı", qızarma, eritema lat. tumor — "şiş", şişginlik lat. calor — "hərarət", yerli (nahiyyənin) hərarətin(in) qalxması lat.
İxtira
İxtira keçmişdə məlum olmayan yeni bir şeyin yaradılması; elmin, texnikanın müxtəlif sahələrində texniki həllinə görə fərqlənən və iqtisadi səmərə verən yenilik; bu yeniliyin aşkar edilməsi; yaradıcı iş nəticəsində keçmişdə məlum olmayan yeni bir şey tapma, kəşf, icad etmə, naməlum olan, yenilik əldə etmə; yaratma; Məsələn, yeni maşın ixtira etmək. məcazi mənada uydurma, qondarma, yalan. Məsələn, bu söz sənin ixtirandır; xalq təssərrüfatının, sosial və mədəni quruculuğun və ya müdafiəsinin hər hansı sahəsində məsələnin müsbət səmərə verməklə yeni və mühüm fərqlərlə texniki həlli; məhsulun texniki səviyyəsinin və keyfiyyətinin əhəmiyyətli dərəcədə artırılmasını, texnologiyanın təkmilləşdirilməsini, əmək səmərəliliyinin qaldırılmasını və əmək fəaliyyəti şəraitinin yaxşılaşdırılmasını mümkün edən texniki yenilik; sözün geniş mənasında – texnikanın mövcud səviyyəsini yüksəltməklə məsələnin yeni texniki həlli. Məhdud mənada ixtira dövlətin ixtira kimi tanıdığı və ölkənin mövcud qanunvericiliyinə uyğun olaraq mühafizə etdiyi texniki nəticədir. mövcud olmayan materiya konstruksiyası və ya yeni xüsusi üsul olub, təsərrüfat üçün əhəmiyyətə malikdir. Yeniliyi tapanlara ixtiraçılar deyilir. İxtiraçı adını almaq üçün verilmiş problem həllinin ixtiraçılıq səviyyəsi olmalıdır. İxtira kimi qurğu, üsul, əşya, bitkilərin və heyvanların hüceyrələrinin quruluşlarının təsviri göstərilə bilər. İxtira sənaye mülkiyyəti sayılır. İxtiraçılıq hüququ patentlə müdafiə olunur.
İstiran (Xoy)
İstiran (fars. استران‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.196 nəfər yaşayır (221 ailə).
Kitira boğazı
Kitira boğazı (yun. Στενό των Κυθήρων) – Yunanistanın Kitira adasını Andikitira adasından ayıran boğaz. İnzibati cəhətdən Yunanıstanımn Attika periferiyasına daxildir. Egey dənizini ion dəniz ilə birləşdirir. Burada axınların qərb istiqamətindən sürəti 1-2 km/saata çatır. Kapelo (Kitira adası) və Kefali (Andikitara adası) burunları ilə məhdudlaşmışdır. Eni təxmini olarq 31 km, dərinliyi isə 165 metrdir. == Ədəbiyyat == Freely, John. The Ionian Islands: Corfu, Cephalonia, Ithaka and Beyond. I. B. Tauris.
İştirak etməyən iştirakçı
İştirak etməyən iştirakçı — 1947–1949-cu illərdə Ərəb–İsrail müharibəsi zamanı evlərini tərk edən, qaçan və ya deportasiya edilən, lakin indiki İsrail Dövləti ərazisində qalmış Fələstin ərəblərini təsvir etmək üçün istifadə edilən termin. Onların əmlakı "işdən çıxmayanların əmlakı haqqında qanuna" uyğun olaraq müsadirə edilmişdir, lakin onlar məcburi köçkün kimi İsraildə qalmış və ya daha sonra İsrailə qayıtmışdılar. 1950-ci ildə İsraildəki 156,000 israilli ərəbdən 46,000-i iştirak etməyən iştirakçı sayılırdı. Fələstin QHT-si BADIL-in 2015-ci il hesablamalarına görə, İsraildə 384,200, Fələstin ərazilərində isə 334,600 məcburi köçkün var. Onlar yaşadıqları evlə eyni ərazidə olsalar, əmlak hələ də mövcud olsa, əmlakın onlara məxsus olduqlarını göstərə bilsələr belə məcburi köçkünlərə əvvəllər yaşadıqları evlərdə yaşamağa icazə verilmir. Onlar hətta bir neçə gündən çox evlərini tərk etmək niyyətində olmadıqları və qeyri-könüllü vəziyyətdə tərk etdikləri halda belə müəyyən bir gündə evlərində olmadıqları üçün İsrail hökuməti tərəfindən qeyri-iştirakçı hesab edilirlər. == İstinadlar == == Xarici keçidlər == [1]Гаарец נפקדים-נוכחים, עד מתי? טליה ששון (ivr.) Аркадий Мазин.
Dörd böyük ixtira
Dörd böyük ixtira Dörd böyük Çin ixtirası — Orta əsrlərdə Çində icad edilən kompas, barıt, kağız və kitab çapının ümumi adıdır. Ad Çin elmini tədqiq edən dahi Britaniya tədqiqatçısı (ing. Joseph Needham) tərəfindən təklif edilmişdir. Gündüz vaxtı istiqamətləri təyin etmək üçün maqnit cihazı ilk dəfə 1044-cü ildə Çin kitabında xatırlanır. Təkmilləşdirilmiş kompas, 1088-ci ildə yazılmış bir yazıda Şen Ko tərəfindən ətraflı təsvir edilmişdir. "Vujing zonqyao" hərbi traktatında (1044), nitrat miqdarı 27 ilə 50 % arasında olan barıt hazırlamağın müxtəlif üsulları təsvir edilmişdir. Xubilay xan dövründə (1260–1294), İnçiüdə (çin. 扬州市 Yángzhōu shì) bir silah-sursat anbarında baş verən partlayış yüz mühafizəçinin ölümünə səbəb olmuşdu. O vaxtlar çinlilər barıt ilə doldurulmuş çuqun qumbaralardan istifadə edirdilər. İlk kağız bizim eradan əvvəl II əsrdə Çində, ipəkdən hazırlanıb.
Vyetnam müharibəsində beynəlxalq iştirak
Vyetnam müharibəsində beynəlxalq iştirak — 1955–1975-ci illərdə baş tutan Vyetnam müharibəsi zamanı Şimali Vyetnam və Cənubi Vyetnamdan kənar dövlətlərin iştirakı. Vyetnam müharibəsi dünyanın bir çox ölkəsini əhatə etmişdi. Şimali Vyetnama Şərq bloku, Cənubi Vyetnama isə ümumiyyətlə Qərb bloku dövlətləri dəstək verirdi. == Hanoy tərəfindən == === ÇXR === 1950-ci ildə Çin Xalq Respublikası Vyetnam Demokratik Respublikasına diplomatik tanınma elan etmiş və Vyetnam Demokratik Respublikasına ağır silahlar, habelə Lo Quybonun başçılıq etdiyi hərbi müşavirlərini Vyetminə Fransa ilə müharibədə kömək etmək üçün göndərmişdi. 1954-cü il Cenevrə razılaşmasının ilk layihəsi Fransanın baş naziri Pyer Mendes-Fransa və Çinin Baş naziri Çjou Enlay tərəfindən müzakirə edilmişdi. Çin ABŞ-nin müdaxiləsini gördükdən sonra Vyetmini 17-ci paraleldə bölünməyi qəbul etməyə çağırmışdı.:54–55 === SSRİ === Cənubi Çin dənizində yerləşdirilmiş SSRİ gəmiləri Cənubi Vyetnamda VXO və CVMAC qüvvələrinə həyati əhəmiyyətli erkən xəbərdarlıqlar etmişdir. Sovet kəşfiyyat gəmiləri Okinava və Quamdan uçan Amerika B-52 bombardmançılarını izləyirdi. Onların hava sürəti və istiqaməti qeyd olunur, sonra Şimali Vyetnamın cənub qərargahı olan Cənubi Vyetnam üzrə Mərkəzi İdarəyə ötürülürdü. CVMİ analitikləri hava sürətindən və istiqamətdən istifadə edərək bombalama hədəfini hesablayır, istənilən aktivlərə "hücum trayektoriyasına perpendikulyar" hərəkət etməyi əmr edirlər. Bu qabaqcadan xəbərdarlıqlar onlara bombardmançıların yolundan çəkilmək üçün vaxt verir və bombardmanlar böyük ziyana səbəb olsa da, 1968-ci ildən 1970-ci ilə qədər erkən xəbərdarlıqlara görə qərargah komplekslərində bir nəfər də olsun hərbi və ya mülki lideri öldürməmişdilər.