is. [
ər. ] Təlaş, təşviş, daxili həyəcan, narahatlıq, mənəvi əziyyət, nigarançılıq.
Böylə əldən getdiyim gər bilsə yar əldən gedər; İztirabım görsə bəhri-bikənar əldən gedər. Qövsi.
[Arif Xavərə:] Sorma, heç sorma, nazənin Xavər! Məni məhv etdi iztirabü kədər. H.Cavid.
[Mehribanın] qəlbinin iztirablarını ovunduracaq bir arxadaşa nə qədər ehtiyacı vardı. S.Hüseyn.
□ İztirab etmək – həyəcanlanmaq, narahat olmaq, təşviş etmək.
Etmə, canım, iztirab; Tələsmə, çox ertədir. A.Səhhət.
İztirab keçirmək (çəkmək) – mənəvi əzab çəkmək, həyəcan keçirmək, narahatlıq içində olmaq.
…Simasından onun hirs, əsəbilik və dərin bir iztirab keçirdiyini görmək olardı. S.Rəhimov.
Yaxın günlərdə buraya [kameraya] atılan Qədir hamıdan artıq iztirab çəkirdi. Mir Cəlal.
İztirab vermək – bax
iztiraba salmaq. Məni hərdəm yada sal, qadan alım; Rəhm elə, yar, vermə bunca iztirab. “Abbas və Gülgəz”.
İztiraba düşmək – təşvişə düşmək, həyəcana düşmək, əsəbiləşmək, narahat olmaq.
Xubani-hərəm gördülər ki, bir qəribə iş üz verdi, çox xof və iztiraba düşdülər. M.F.Axundzadə.
İndi neçə saat idi ki, əri getmişdi.
Gec gəldiyindən arvad iztiraba düşüb vurnuxurdu. Ə.Haqverdiyev.
İztiraba salmaq – təşvişə salmaq, narahat etmək.
Bu isə məni iztiraba salırdı. S.S.Axundov.