Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Endirmək
Endirmək (ing. Rcd) - informasiya texnologiyaları sahəsində hər hansı internetdə mövcud olan bir sistemdən məlumatın və ya faylın internet yükləməsi vasitəsilə kompyuterə köçürülməsidir.
Bülbülü öldürmək
Bülbülü öldürmək (ing. To Kill a Mockingbird) — 1960-cı ildə Harper Li tərəfindən qələmə alınmış roman. Roman nəşr edildikdən sonra qısa zaman ərzində məşhurlaşaraq Pulitser mükafatını qazandı və müasir Amerika ədəbiyyatının klassiki oldu. Əsərin süjet xətti və qəhrəmanları Harper Linin ailəsi, qonşuları və 1936-cı ildə 10 yaşı olarkən yaşadığı Alabama ştatının Monrovill şəhərində başına gəldiyi bir hadisədən götürülmüşdür. Hekayə altı yaşındakı Cin Luis Finç tərəfindən nəql olunur. Romanda təcavüz və irqi ayrı-seçkilik mövzuları yer alsa da, əsasən, yumoristik məzmunu ilə tanınır. Hekayəni nəql edən Luis Finçin atası Attikus Finç bir sıra oxucu kütləsi üçün əsl qəhrəmana çevrilmişdi və vəkillər üçün öz vəzifəsini vicdanla həyata keçirən hüquqçü modeli idi. Bir tənqidçi roman haqqında yazır: "Bülbülü öldürmək əsəri XX əsrdə Amerikada mövcud olan irqi ayrı-seçkiliyi özündə əks etdirən ən çox oxunan kitabdır və onun qəhrəmanı Attikus Finç irqi mübarizənin ən təsirli bədii imicidir". Cənubi qotik üslubunda yazılmış bir roman olan "Bülbülü öldürmək" romanının əsas mövzusu irqi bərabərsizlik və günahsızların məhvidir. Bundan əlavə, bir çox tənqidçilər vurğulayırlar ki, Li əsərdə Amerikanın ucqar cənubundakı sosial təbəqə, cəsarət, müqayisə və gender rolları məsələlərinə də toxunur.
Sultanı öldürmək (roman)
Sultanı öldürmək - Türkiyə yazıçısı Ahmet Ümit tərəfindən 2012-ci ildə yazılmış krimanal roman. Roman cinayət, məhəbbət və tarix üslublarını özündə birləşdirir. Hadisələr XV əsr Osmanlısından bəhs edir. Osmanlı padşahı və Konstantinopolun fatehi Fateh Sultan Mehmet öz qüdrətinin zirvəsindədir. Konstantinopol fəth olunmuşdur, sultanın adı bütün dünyaya yayılmışdır. 49 yaşında hakimiyyətinin ən qüdrətli dövrünü yaşayan sultan müxtəlif xalqlardan, müxtəlif dinlərdən olan insanlardan yeni xalq qurmaq istəyi ilə alışıb yanır. Lakin qəflətən sultan öldürülür. Hakimiyyət uğrunda iki şahzadə mübarizəyə qalxır. Saray iki yerə ayrılır. Xalq isə bundan xəbərsizdir...
Bülbülü öldürmək (film)
Bülbülü öldürmək (ing. To Kill a Mockingbird) — 1962-ci ildə çəkilən ABŞ filmi. == Məzmunu == Hüquqşünas Attikus Finç (Qreqori Pek) 2 uşağı ilə birlikdə 1930-cu illərin Alabama ştatında yaşayır. O dövrdə digər yerlərdə olduğu kimi burada da irqçilik hökm sürür. O, bir qadını zorlamaqda günahlandırılan, lakin heç bir günahı olmayan qaradərili bir kişini məhkəmədə müdafiə etməyi öz üzərinə götürür. Şəhərlilərin əksəriyyəti onu bu işdən əl çəkməyə çağırsa da, o, işi sona çatdırmaq niyyətindədir. O, öz istəyinə nail olacaqmı? O, şəhərdəki irqi ayrı-seçkiliyi aradan qaldıracaqmı? == Film haqqında == 1962-ci ildə Harper Linin eyniadlı əsəri əsasında Robert Mulligan tərəfindən çəkilmiş film. Baş rollarda Qreqori Pek, Meri Bedhem və b.
Körpə Hitleri öldürmək
Körpə Hitleri öldürmək – etika və nəzəri fizikada zamanda səyahət edərək körpə Adolf Hitleri öldürməkdən bəhs edən fikir təcrübəsi. Bu məsələ həm insan öldürmək, həm də doğuracağı nəticələr səbəbilə etik dilemmaya səbəb olur. Körpə Hitleri öldürmək İkinci Dünya müharibəsindən etibarən elmi fantastikanın mövzularından biridir və etika müzakirələrində səsləndirilir. Körpə Hitleri öldürməyin etik doğruluğu barədə konsekvensialist, deontoloji və utilitarist arqumentlər irəli sürülmüşdür. Təbiət yoxsa tərbiyə baxış bucağı isə körpə Hitleri öldürmək əvəzinə onun böyüdüyü cəmiyyəti dəyişməyi müdafiə edir. Məsələ nəzəri fizikada da müzakirə olunmuşdur. Körpə Hitleri öldürmək barədə ictimaiyyətin fikri müxtəlifdir. Florida qubernatoru Ceb Buş və aktyor Tom Henks öldürməyi dəstəkləsələr də, komediyaçı Stefan Kolbert və Ben Şapiro bu fikrə qarşı çıxmışdır. 2015-ci ildə "The New York Times" bu mövzu üzrə oxucuları arasında sorğu keçirmişdir. == Etik fikir təcrübəsi == === Konsekvensialist arqument === Konsekvensializmə görə istənilən hərəkətin əxlaqi baxımdan doğruluğu səbəb olduğu nəticələrə əsasən qiymətləndirilə bilər.
Bülbülü öldürmək (film, 1962)
Bülbülü öldürmək (ing. To Kill a Mockingbird) — 1962-ci ildə çəkilən ABŞ filmi. == Məzmunu == Hüquqşünas Attikus Finç (Qreqori Pek) 2 uşağı ilə birlikdə 1930-cu illərin Alabama ştatında yaşayır. O dövrdə digər yerlərdə olduğu kimi burada da irqçilik hökm sürür. O, bir qadını zorlamaqda günahlandırılan, lakin heç bir günahı olmayan qaradərili bir kişini məhkəmədə müdafiə etməyi öz üzərinə götürür. Şəhərlilərin əksəriyyəti onu bu işdən əl çəkməyə çağırsa da, o, işi sona çatdırmaq niyyətindədir. O, öz istəyinə nail olacaqmı? O, şəhərdəki irqi ayrı-seçkiliyi aradan qaldıracaqmı? == Film haqqında == 1962-ci ildə Harper Linin eyniadlı əsəri əsasında Robert Mulligan tərəfindən çəkilmiş film. Baş rollarda Qreqori Pek, Meri Bedhem və b.
Nəzakətlə öldürmək (film, 2012)
Billi öldürmək: 1-ci hissə
Billi öldürmək: 1-ci hissə (ing. Kill Bill: Volume 1) — 2003-cü ildə rejissor Kventin Tarantino tərəfindən ekranlaşdırılmış Amerika döyüş sənətləri janrında filmdir. Filmin ssenarisi də Tarantinoya məxsusdur. Film toy günü ona xəyanət edən və onu öldürməyə cəhd edən keçmiş həmkarlarından qisas alan sui-qəsdçi Gəlinin (Uma Turman) hekayəsindən bəhs edir. "Billi öldürmək" filminin kinoteatrlarda nümayişi əvvəlcə bir seriya olaraq nəzərdə tutulmuşdu. Lakin filmin müddəti dörd saatdan çox olduğundan film iki hissəyə ayrıldı. 1-ci hissə kinoteatrlarda 180 milyon dollar gəlir əldə edərək, Tarantinonun həmin vaxtadək ən yüksək qazanc gətirən filmi oldu. "Billi öldürmək: 2-ci hissə" bir il sonra 16 aprel 2004-cü ildə kinoteatrlarda nümayiş olundu. == Filmin süjeti == Gəlinlik libasında olan qadın Texasın El Paso şəhərində Ölümcül İlanlar Dəstəsinin hücumundan sonra kilsədə yaralı halda uzanıb. Dəstənin başçısı Bill onu güllə ilə başından vurmazdan əvvəl Gəlin ona hamilə olduğunu və körpənin atasının Bİll olduğunu söyləyir.
Billi öldürmək: 2-ci hissə
Billi öldürmək: 2-ci hissə (ing. Kill Bill: Volume 2) — 2004-cü ildə rejissor Kventin Tarantino tərəfindən ekranlaşdırılmış Amerika döyüş sənətləri janrında filmdir. Filmin ssenarisi də Tarantinoya məxsusdur. Film 1-ci hissənin davamı olub sui-qəsdçi Gəlinin (Uma Turman) toy günü ona xəyanət edən və onu öldürməyə cəhd edən keçmiş həmkarlarından qisas almasından bəhs edir. "Billi öldürmək" filminin kinoteatrlarda nümayişi, əvvəlcə, bir seriya olaraq nəzərdə tutulmuşdu. Lakin filmin müddəti dörd saatdan çox olduğundan film iki hissəyə ayrıldı. 1-ci hissə kinoteatrlarda 180 milyon dollar gəlir əldə edərək, Tarantinonun həmin vaxtadək ən yüksək qazanc gətirən filmi oldu. "Billi öldürmək: 2-ci hissə" bir il sonra 16 aprel 2004-cü ildə kinoteatrlarda nümayiş olundu.
Billi öldürmək: 1-ci hissə (film, 2003)