İLİŞDİRMƏK

f.
1. Bir şeyi başqa bir şeyə keçirib bənd etmək, taxmaq; bir şeyi çəngəl, mıx, düymə və s. bu kimi şeylərlə tutdurmaq.
Hacı Aslan çuxasının ətəklərini qurşağına ilişdirib, qoçu dəstəsinin qabağında o tərəf-bu tərəfə fırlandı. M.S.Ordubadi.
[Məmməd xan:] [Balacayev] əyninə ağ xalat geymiş, … gözlərinə ağ dəmir saplı eynək ilişdirmişdi. S.Rəhimov.
Yusif, fənəri al, bu biri mıxa ilişdir. P.Makulu.

// Bağlamaq, bənd etmək. Atı bir yerə ilişdir. İpin ucunu ağaca ilişdirmək.
// Dolaşdırmaq, dolaşıq salmaq.
2. Güllələri, patronları dalbadal lüləyə verməmək. Yaxşı tüfəngdir, hayıf ki, hərdən ilişdirir.
3. məc. Bərk vurmaq, çəkmək (sillə, yumruq, təpik və s.).
Gözünə döndüyüm, faytonu tərpədib bunun böyründən nə tövr ilişdirdisə, təpəsi üstə getdi lığın içinə, ürəyi getdi. Ə.Haqverdiyev.
Telli bütün acığını [pişikdən] çıxarmaq istəyirdi.
Ayağı ilə ona bir təpik ilişdirdi. S.Hüseyn.
Qadın … [qarovulçuya] bir neçə sərt söz söylədi və nəhayət, bir yumruq ilişdirdi. Çəmənzəminli.

4. dan. (Birisinin) işini qarışdırmaq, pis bir əngələ salmaq, dolaşığa salmaq, dolaşdırmaq. Onu yamanca ilişdirdilər.

Синонимы

  • İLİŞDİRMƏK 1. İLİŞDİRMƏK, BƏND ETMƏK, TAXMAQ. 2. ilişdirmək bax vurmaq 1
  • İLİŞDİRMƏK vurmaq — çəkmək
  • İLİŞDİRMƏK bəndləmək — taxmaq
İLİŞDİRMƏ
İLİŞİK

Значение слова в других словарях