İTİRMƏK

f.
1. Diqqətsizlik üzündən harada isə salmaq, yaxud məlum olmayan yerə qoymaq, hara qoyduğunu bilməmək. Açarı itirmək.
– …Mən … gördüm, pullarını itirmişdi, bütün ciblərini axtardı, çevirdi, axırda birindən tapdı. C.Cabbarlı.

// Qeyb etmək, əlindən çıxarmaq.
…Sevdiyi qızı həmişəlik itirə biləcəyi fikri [gənci] dəli edə bilərdi. Ə.Əbülhəsən.
2 məc. Məhrum olmaq, qeyb etmək. Oğlunu itirmək. Ərini itirmək. Dostunu itirmək.
– Zəhra analarını itirmiş bu üç qızın halını, ürək parçalayan səmimi göz yaşlarını görərək ixtiyarsız gözləri yaşardı. S.Hüseyn.

□ Ata-anasını (ata və anasını) itirmək – yetim qalmaq.
Lap balaca yaşlarında o, ata və anasını itirmişdi. M.İbrahimov.

3. Malik olduğu əvvəlki keyfiyyətindən məhrum olmaq. Təravətini itirmək. Danışıq qabiliyyətini itirmək. İşləmək qabiliyyətini itirmək.
– Araba yolunun kənarlarındakı qanqal və sirkanlar yaşıl rəngini çoxdan itirib bozarmışdı. M.İbrahimov.
Sonradan kor olanlar gün işığından danışan kimi [Səttarzadə] də itirdiyi cavanlığından həsrətlə danışır. Mir Cəlal.

4. Hədər yerə, mənasız, səmərəsiz sərf etmək. Boş-boşuna pul itirmək.
– Dünənki aydın havada Cavanşir qəsəbəsindən çıxmaması, günü hədər itirməsi Zərrintac xanımı ağrıdır. S.Rəhimov.

5. Yox etmək, yoxa çıxarmaq.
Deyərəm, nökərlər başını kəsər; İtirərlər, qalmaz səndən bir əsər! H.K.Sanılı.

// Qovmaq, rədd etmək.
6. məc. Örtmək, gizlətmək.
Bu gün [Salmanın] paltarı bədəninin yastı-yapalaqlığını bir qədər itirirdi. M.İbrahimov.

7. bax itirtmək.
[Əhməd:] …Hərgah Cabbar bəy razı olsa, mən onun oğlunu bir gündə bu vilayətdən itirrəm. N.Vəzirov.

8. Köməkçi feil kimi isimlərlə yanaşı işlədilərək mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: ağlını itirmək, başını itirmək, özünü itirmək, huşunu itirmək.

Антонимы

  • İTİRMƏK İTİRMƏK – QAZANMAQ Lap balaca yaşlarında o, ata və anasını itirmişdi (M.İbrahimov); Xalq qız verib quda qazanar, biz qız verib qada qazandıq (Ata
İTİRMƏ
İTİRTDİRMƏ

Значение слова в других словарях

...граммо́вый извеща́ться механи́ческая подме́нщик страсть сцентри́ровать холодненький черво́нец кирпи́чный пу́шкой не прошибёшь сапёрный удуша́юще хард-ро́кер antinucleon corn-grower cubing plant dactylonomy offender oyster catcher prison house Sothic trouser pocket гольфы звездообразный убедительный