Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İlişkən qatıqotu
İlişkən qatıqotu (lat. Galium aparine) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü.
İlişgən
İlişgən (lat. Sabanejewia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinə aid heyvan cinsi.
Adi ilişgən
Adi ilişgən (lat. Cobitis taenia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin cobitis cinsinə aid heyvan növü. Öz fəsiləsinin ən kiçik balığıdır. == Təsviri == Bədəni lentvari formanda olub, yanlardan sıxılmış formadadır. Burnunun ucunda və ağzının kənarlarında bığcıqlar vardır. Quyruq üzgəcləri çökəkdir. Uzunluqları 12 sm-dir. Burnu kəsikdir. Alt dodağı iki pərlidir. Rəngi açıq sarıdır.
Qızılı ilişgən
Qızılı ilişgən (lat. Sabanejewia aurata) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin i̇lişgən cinsinə aid heyvan növü. Yayılması nisbətən genişdir. Dunay, Egey dənizi çayları, Yuxarı Don və Kuban çayları hövzəsi, Xəzərin İran sahilli, Azərbaycan hüdudlarında bütün Kür və Araz boyu, eləcə də dağətəklərinə qədər onların qollarında qeydə alınır. D II–III (5) 6–7, A II–III 5–6, P I 6–8, V I 5–6, C I 12–14, l.l. 170–200, fəqərələrin sayı 41–43-dür. Bel və anus üzgəclərinin gerisində və ya çox dərəcədə inkişaf etmiş dəri darağı vardır. Gözaltı tikanı yaxşı inkişaf etmişdir. Bığları nisbətən uzundur, ağzın küncündəki bığlar gözün dal kənarı vertikalına qədər çatır. Cüt üzgəcləri xallıdır, quyruq ezgəcinin əsasında tünd rəngli zolaq olur; bu zolaq ortadan qırılmış şəklində olur.
İlişdin
İlişdin — 1898-ci ildə çəkilmiş qısametrajlı bədii film. Kinosüjetdə Bakı şəhər bağında baş vermiş məzəli əhvalat öz əksini tapır. Bakı. Şəhər bağı. Əlində günəş çətiri tutmuş zadəgan xanım gəlib skamyalardan birində oturur. Arxadan xanıma yaxınlaşan bir cibgir ehmallıca onun qolundan salladığı əl çantasından pulu götürmək istərkən möhkəm və ağır bir əl oğrunun qolundan yapışır. Bunu gözləməyən cibgir gözləri qorxudan bərəlmiş halda dönüb onu yaxalayan adama yazıq-yazıq baxır. Jandarm özündən razı halda gülümsəyir və cibgirə deyir: İlişdin. Kinosüjet Bakıda V.İ.Vasilyev-Vyatskinin teatr-sirkində avqustun 2-də axşam saat 21.00-da ayrıca proqramla nümayiş etdirilmişdir. "İlişdin" kinosüjeti ilə Azərbaycan bədii kinosunun əsası qoyulmuşdur.
Ogeday Girişkən
Ogeday Girişkən (27 aprel 1992, Adana) — türk avarçəkmə idmançısı və aktyorudur. Ogeday Girişkən 1992-ci ildə Adanada anadan olub və təhsilini orada davam etdirib. Mərmərə Universitetinin Bədən Tərbiyəsi və İdman Müəllimliyi fakültəsində təhsil almaq hüququ qazanıb. Daha sonra bakalavr təhsilini başa vurdu. İdmançı kimi adından söz etdirən Ogeday o illərdə də diqqət çəkib və o, avarçəkmə sahəsində Fənərbaxçada lisenziyalı idmançı kimi on il avarçəkmə komandasında iştirak edib. Dünya reytinqlərinə damğasını vuran Ogeday Girişken 2017-ci ildə Survivor 2017 yarışmasına qatılıb. Yarışa başlayandan sonra Ogeday həm xarakteri, həm də traslardakı çıxışı ilə qısa zamanda irəliyə doğru bir addım atmağı bacarıb və həmin mövsümün çempionu olub. O, Litvada dünya miqyasında keçirilən U-23 Avarçəkmə Çempionatında yarışı 8-ci yerdə başa vurub. Ogeday Girişkən 2018-ci ildə Bir Litre Gözyaşı serialında "Teoman" obrazı ilə aktyorluğa addım atdı. Daha sonra 2019-cu ildə Savaşçı serialında "Komissar Çavuş Demir Döğer" obrazını canlandırıb.2022-ci ildə Survivor 2022: All Star yarışmasında mübarizə aparır.
Qafqaz ilişgəni
Qafqaz ilişgəni (lat. Sabanejewia caucasica) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin i̇lişgən cinsinə aid heyvan növü. Uzunluğu 4-9 sm, maksimal isə 10,6 sm təşkil edir. Öndağlıq və düzənlik çaylarında müşahidə edilir. Bentos, zooplankton və bəzən isə yosunlarla qidalanır. İyul-avqust ayları kürüləmə dövrüdür. Xəzər dənizinin hövzəsinə daxil olan çaylarda (Terek, Kuma, Sulak, Şura-ozen), həmcinin Kuban çayının yuxarı axarlarında yayılmışdır. Təsərrüfat əhəmiyyəti yoxdur. Rusiyanın Qırmızı Kitabına (2001) nadir və az araşdırılmış bir növ olaraq daxil olmuşdur. Məhdud bir ərazidə yayılmışdır.
Xəzər ilişgəni
Xəzər ilişgəni (lat. Sabanejewia caspia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin i̇lişgən cinsinə aid heyvan növü. Aşağı Kürün əlavə su hövzələrində Şilyan, Hacıqabul, Ağçala göllərində, Lənkəran yaxınlığındakı gölməçələrdə, Qumbaşı çayında, Kiçik körfəzi Xəzərlə birləşdirən kanallarda yayılmışdır. Ural, Emba, Ənzəli çaylarının mənsəbində, Pəhləvi körfəzində təsadüf edilir. D II-III 6-7,A I-II 5,P I 6-7, V I 5 şüa var, fəqərələrinin sayı 41-42-dir. Bədəni yanları çox basıqdır. Bədəninin hündürlüyü gövdəsinin uzunluğu qədərdir. Böyürlərində tünd zolaq var, xalları yoxdur. Bığcıqları əvvəlki növlərin ikisindən də uzundur. Gözönü tikanın quruluşu qızılı ilişgəndəki kimidir.
Zaqafqaziya ilişgəni
Zaqafqaziya ilişgəni (lat. Cobitis satunini) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin cobitis cinsinə aid heyvan növü. Adi ilişgən Şərqi Avropa, Sibir, Primorye, Saxalinin çaylarında, Amur hövzəsində yayılmışdır. Zaqafqaziyada bir yarımnöv-Zaqafqaziya ilişgəni yaşayır. O, həmçinin Azərbaycanda Kürün aşağı hissələrində, Alazan, Qarqar, Əkərə, Göndələn, Lənkəran, Astara çaylarında yayılmışdır. Burnu kəsikdir. Alt dodağı ikipərlidir və hər pər iki hissəyə bölünmüşdür. Rəngi açıq sarıdır. Bədənin yuxarı hissəsində bəzən bütöv zolaq əmələ gətirən, nadir hallarda isə olmayan 9-16, böyürlərində isə 10-19 qonur xal olur. Bu cür xallar quyruq (5-8 sıra) və bel üzgəclərində də olur, qalan üzgəclərdə isə olmur.
İlişdin (film, 1898)
İlişdin — 1898-ci ildə çəkilmiş qısametrajlı bədii film. Kinosüjetdə Bakı şəhər bağında baş vermiş məzəli əhvalat öz əksini tapır. Bakı. Şəhər bağı. Əlində günəş çətiri tutmuş zadəgan xanım gəlib skamyalardan birində oturur. Arxadan xanıma yaxınlaşan bir cibgir ehmallıca onun qolundan salladığı əl çantasından pulu götürmək istərkən möhkəm və ağır bir əl oğrunun qolundan yapışır. Bunu gözləməyən cibgir gözləri qorxudan bərəlmiş halda dönüb onu yaxalayan adama yazıq-yazıq baxır. Jandarm özündən razı halda gülümsəyir və cibgirə deyir: İlişdin. Kinosüjet Bakıda V.İ.Vasilyev-Vyatskinin teatr-sirkində avqustun 2-də axşam saat 21.00-da ayrıca proqramla nümayiş etdirilmişdir. "İlişdin" kinosüjeti ilə Azərbaycan bədii kinosunun əsası qoyulmuşdur.
İlinden
İlinden- Makedonium kimi də tanınan (Macedonian: Споменик „Илинден“ or Македониум) — Makedoniyanın Kruşevo şəhərində yerləşən abidədir. Rəsmi olaraq abidə Makedoniya Milli Azadlıq Anti-faşist Assambleyasının ikinci sessiyasının 30-cu ildönümü və İlinden qiyamının 71 illik yubileyi münasibətilə 2 avqust 1974-cü ildə istifadəyə verilmişdir. Abidənin memarları Yordan Qrabuloski və İskra Qrabuloskadır. İlinden abidəsi 1941-1944-cü il arasında Makedoniya Milli Qurtuluş mübarizəsindən iştirak edən bütün döyüşçülərə və 1903-cü ildə İlinden qiyamında iştirak edənlərə, eləcə də bütün əsgər-partizanlara həsr olunmuşdur. Abidə futurizm janrında hazırlanmışdır. Abidədə Yara Petara Mazeva mozaik işləri, məşhur sənətçi Borko lazevski isə keramika işləri ilə məşğul olmuşdur. Ümümulikdə abidə 12 akr ərazini əhatə edir və oval pəncərələr dəyirmi günbəz formasında abidəyə yerləşdirilmişdir. Yuxarı oval pəncərələr vitrajdan hazırlanmışdır. Günbəzin daxilində Kruşevo Respublikasının Prezidenti Nikola Karev və makedoniyalı müğənni Toşe Proeskinin büstlərini görmək olar. Günbəzin daxilində yerləşən 4 pəncərə dünyanın İlinden ilə bağlı olan Sliva abidəsini, Ayı daşını və Pelaqoniyanı ifadə edir.
Klisfen
Klisfen ( yun. Κλεισθένης ) — qədim yunan siyasətçisi, Afina dövlət xadimi. Alkmeonidlər zadəgan ailəsindən olan eyni adlı Sikion tiranının (Böyük Klisfen) nəvəsi olmuşdur Onu tez-tez "Afina demokratiyasının atası" adlandırırlar. O, Afinada demokratik idarəetmənin inkişafında həlledici rol oynamışdır. Klisfen e.ə. 508-ci ildə Afinanın siyasi quruluşunu yenidən təşkil edən əhəmiyyətli siyasi islahatlar həyata keçirmişdir.
Entoni Blinken
Antoni Con Blinken (ing. Antony John Blinken; 16 aprel 1962, Yonkers[d], Nyu-York ştatı) — 26 yanvar 2021-ci ildən ABŞ-nin 71-ci dövlət katibi vəzifəsində çalışan Amerika dövlət xadimi və diplomatı. O, bundan əvvəl 2013–2015-ci illərdə milli təhlükəsizlik üzrə müşavir müavini və 2015–2017-ci illərdə prezident Barak Obama dövründə dövlət katibinin müavini vəzifələrində çalışıb. Bill Klinton administrasiyası dövründə Blinken 1994–2001-ci illərdə Dövlət Departamentində və Milli Təhlükəsizlik Şurasında yüksək vəzifələrdə çalışıb. 2001–2002-ci illərdə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində baş elmi işçi olub. O, 2002–2008-ci illərdə Senatın Xarici Əlaqələr Komitəsinin Demokratlar heyətinin direktoru vəzifəsində çalışarkən 2003-cü ildə İraqın işğalını müdafiə edib. O , Obama-Bayden prezidentlik keçidinə məsləhət verməmişdən əvvəl 2008-ci ildə Co Baydenin prezidentlik kampaniyasının xarici siyasət müşaviri olub. 2009–2013-cü illərdə Blinken prezidentin köməkçisinin müavini və vitse-prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifələrində çalışıb. Obama administrasiyasında işlədiyi müddətdə o, ABŞ-nin Əfqanıstan, Pakistan və İranın nüvə proqramı ilə bağlı siyasətinin hazırlanmasına kömək edib. Dövlət xidmətini tərk etdikdən sonra Blinken konsaltinq firması olan WestExec Advisors-un həmtəsisçisi olaraq özəl sektora keçdi .
İşken (Uçalı)
İşken (başq. Ишкен, rus. Ишкиново) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Uralsk kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 42 km, kənd sovetliyindən (Bələbəy Kazakkol): 6 km. ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 49 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99 %) üstünlük təşkil edir.