Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anahit
Anahit və ya Anais (erm. Անահիտ) — erməni mifologiyasında bərəkət, sağlamlıq, zəka, təbiət və fahişəlik ilahəsi. Erkən dövrlərdə Anahit müharibə ilahəsi olmuşdur. E.ə. III əsrdən başlayaraq b.e. I əsrinə, yəni xristianlığın yayılmasına qədər bu ilahə Mitra ilə birlikdə Ermənistanın əsas tanrıçası olmuşdur ki, bir çox mütəxəssislər həmin dövrü Anahit məbədlərinin təsiri ilə fahişəliyin geniş yayılması dövrü kimi xarakterizə edirlər.Erməni müəllifləri Anahiti daha çox Afrodita və Artemida ilə müqayisə etsələr də, adları çəkilən iki ilahədən fərqli olaraq Anahit daha çox fahişəlik ilahəsi kimi şöhrət tapmış, onun şərəfinə Ermənistanın müxtəlif ərazilərində ucaldılan və yüzlərlə erməni qızlarının və gənc oğlanların saxlandığı məbədlər dünyanın müxtəlif ölkələrindən gələn kişilər tərəfindən ziyarət edilmişdir. Strabondan başlayaraq antik tarixçilərin əksəriyyəti Anahitin fahişəlik ilahəsi olması və onun şərəfinə inşa edilmiş məbədlər haqqında maraqlı məlumatlar verirlər. Starbon xüsusi olaraq qeyd edir ki, "Anahitə ibadət edənlər fahişəliyə qurşanmışdılar … həmin vaxt Böyük Ermənistan hökmdarı Trdat Anahitə nəcib qadın, erməni xalqının isməti, şöhrəti və canlandırıcısı, böyük Aramazdın qızı və arvadı kimi həmd edirdi." Strabon, XI, XIX Ermənistanda əsas Anahit məbədləri Erez, Armavir və Artaşatda yerləşirdi. Sofen rayonu ərazisindəki dağlar isə Anahitin taxtı (Athor Anahta) hesab edilirdi. Plutarxın sözlərinə görə, Erezdəki Anahit məbədi qədimliyinə və zənginliyinə görə digərlərindən fərqlənirdi.
Minacat
Minacat — Şərq ədəbiyyatında işlək şeir çeşidlərindən biri olub məsnəvi və qəsidəyə yaxınlığı ilə səciyyələnir. Münacatda ulu yaradanın qüdrəti, böyüklüyü və onun ilahi keyfiyyətləri, insan təsəvvüründəki ucalığı tərənnüm olunur. Kainatın yaradıcısı kimi həm də qeyri-adi nizamlayıcı funksiyası, hər şeyi yerinə qoya bilməsi, tənzimləməsi vurğulanır. Klassik ədəbiyyatda şeir divanlarının başlanğıcında bir forma olaraq minacatlar ənənəvi xarakter almışdır. Aşıq yaradıcılığında da ustad sənətkarlar bu şeir çeşidindən yararlanmışlar. Şair Məmmədhüseynin, Molla Cumanın, Növrəs İmanın, Aşıq Nəcəfin və başqa sənətkarların yaradıcılığında minacatlar özünə geniş yer almışdır.
İslahat
İslahat (lat. reformo) — qanun səviyyəsində həyata keçirilən dəyişikliklər. İslahatlar zərurətdən yarandığına görə dövlət hakimiyyəti tərəfindən yuxarıdan başlanır. İslahatların məqsədi cəmiyyətdə qanunların səmərəli işləməsini və həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir. İslahatlar gedişində siyasi sitemin əsasları dəyişilmədən bir hissəsi dəyişdirilir. Bununla belə islahatlar heç də həmişə deyilənlərin tezliklə baş verməsini təmin etmir.
Nabat
Nabat-Meyvə şirəsilə qənd qarışığından hazırlanan şəffaf kristalik şirni növü.
Nahar
Nahar — günorta yeməyi. Nahar (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Nahar (Mazandaran) — Mazandaranda kənd.
Rahat
Rahat (şəhər) — İsrailin cənubunda yerləşən bir şəhər. Rahat Əliyev — Qazaxıstanın Avstriyadakı keçmiş səfiri. Rahat Xan (d.1940) — Banqladeşli jurnalist.
Anabat məscidi
Anabad məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yerləşən orta əsrlərə aid məscid == Coğrafi mövqeyi == Anabad məscidi Ordubad çəhərindən 4 km şimal-şərq tərəfdə, Gənzəçay çayının sol sahilində yerləşən Anabat kəndinin şimal-şərq tərəfində inşa olunmuşdur. == Tarixi dövrləşdirilməsi == Məscidin içərisində üzərində yazı olan bir ədəd taxta parçası saxlanılır. Qara rənglə ərəb və kiril əlifbası ilə yazılan kitabə vaxtilə məscidin tavanında da olmuşdur. Hər iki kitabənin mətni belədir: "Tirlər dəyişdirilib 28.08.1960. Yusif Xudayar oğlu.
Anahit məbədi
Anahit məbədi — Göygöl rayonunun Çaykənd kəndi ərazisində yerləşən məbəd. Dəqiq tikilmə tarixi bəlli olmasa da, tikiliş üslubuna görə xristianlığın erkən dövrünə aid edilir. Anahit məbədi XVI əsrdə bərpa edilib. Çay daşı və qum qarışığından inşa edilən məbədin tikintisində mismardan istifdə olunmayıb. Məbəddə növbəti təmir SSRİ dövründə aparılıb. Məbəd binasının bir neçə yerində alban xaçı və alban əlifbası ilə oxunması hələ də mümkün olmayan yazılar həkk olunub. Roma tarixçisi Dion Kassinin verdiyi məlumata görə Pompey Qafqaz Albaniyasına yürüşü zamanı Kür çayı yaxınlığında yerləşən Müqəddəs Anahit məbədi yaxınlığında düşərgə salmışdı. Bu məlumat onu təsdiq edir ki, Anahit məbədi xristianlıqdan əvvəl Ay ilahəsi olan Anahitə (Roma panteonunda qarşılığı Selena) sitayiş edən Qafqaz albanlarının məbədi olmuş, xristianlığın qəbulundan sonra xristian məbədi kimi dəyişdirilərək istifadə edilmişdir.
Aqrar islahat
Aqrar islahat — torpaq sahibliyi və torpaqdan istifadə sisteminin dəyişdirilməsi. == Tarixi == XVII–XIX əsrlərdə Qərbi Avropanın bir sıra ölkəsində burjua inqilabları dövründə aqrar islahatları keçirilmişdir. Burjua inqilabları bəzi ölkələrdə feodal münasibətlərinə güclü zərbə vurmuş (İngiltərə, Fransa) və bununla da kənd təsərrüfatında kapitalist inkişaf yolunu açmışdı. Bu inqilablar Avropanın bir sıra ölkəsində feodal qalıqlarını tam ləğv edə bilməmişdi. Buna görə də bu ölkələrdə kapitalizmin inkişafı prosesində hakim sinfin xeyrinə aqrar islahatları keçirilmişdir (məsələn, Prussiyada 1807–1811 illər islahatı, Rusiyada 1861-ci il kəndli islahatı və Stolıpinin aqrar islahatı (1906–1916), Rumıniyada 1864-cü il islahatı). Aqrar islahatların keçirilməsinin zəruriliyi ölkənin iqtisadi və siyasi tələbatından, kəndlilərin torpaq uğrunda güclü hərəkatından irəli gəlir. Bunların radikal həlli dərəcəli bu və ya digər ölkədə ictimai-iqtisadi şərtlərin məcmusu, sinfi qüvvələrin nisbəti, dövlət hakimiyyətinin xarakteri ilə müəyyən edilir. Vladimir Lenin aqrar inqilabların siyasi hakimiyyət uğrunda mübarizə ilə bilavasitə əlaqəsini qeyd etmişdir: "Əgər aqrar inqilabının qələbəsi hakimiyyətin inqilabçı xalq tərəfindən əldə edilməsini nəzərdə tutmursa, bu inqilab boş bir ibarədir. Həmin şərt olmadan bu inqilab aqrar inqilabı deyil, kəndli qiyamı və ya kadet aqrar islahatı olacaqdır". Çar Rusiyasında kəndlilərin inqilabi çıxışlarının təzyiqi ilə keçirilən aqrar islahatları, Birinci Dünya müharibəsindən sonra isə Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrində (Rumıniya, Çexoslavakiya, Yuqoslaviya, Macarıstan, Polşa.
İnayət Xan
Həzrət İnayət Xan (5 iyul 1882 – 5 fevral 1927, Yeni Dehli) — hind musiqiçi və filosof. Qərbdə sufiliyi tanıtması ilə məşhurdur, kitabları bir çox dillərə tərcümə edilmişdir. == Həyatı və təhsili == Ulu babası, babası və atası musiqiçi olan İnayət Xan Hindistanın Baroda şəhərində anadan olub. Uşaq yaşlarından musiqi və poeziya mühitində böyüyən İnayət Xan, daha sonra fəlsəfə və dinlə maraqlanıb. Hindistan boyu səfərlər etdiyi zaman sufilər, buddistlər və s. dərviş mistiklərlə görüşmüşdür. Onu ən çox sufilik maraqlandırmışdır. Daha sonra Heydərobadda şeyx Mədəninin müridi olmuşdur. == Sufi çağırışı == Sufilik yolunda uğurlu addımlar atan İnayət Xan, Çişti, Sühreverdi, Nəqşbəndi kimi təriqətlərdə olmuşdur. Bir müddət sonra şeyx Mədəni İnayət Xana "Sufi çağırışını" Qərbdə yaymağı tapşırır.
Anahit Avanesyan
Anahit Avanesyan (21 mart 1981, İrəvan; erm. Անահիտ Ավանեսյան) — Ermənistan hüquqşünası və dövlət xadimi, hazırkı Ermənistanın səhiyyə naziri. O, əvvəllər Ermənistan Xarici İşlər Nazirliyində və əczaçılıq sənayesində hüquqşünas kimi fəaliyyət göstərmişdir. == Həyatı == Anahit Avanesyan 21 mart 1981-ci ildə anadan olmuşdur. O, 1997-ci ildə İrəvan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur, oradan 2003-cü ildə mülki hüquq üzrə M.Sc. əldə etmişdir. Avanesyan təhsilini Ermənistan Amerika Universitetində davam etdirərək hüquq üzrə magistr proqramını bitirmişdir. O, 2002–2004-cü illərdə Liderliyin İnkişafı Mərkəzinin liderlik proqramlarında və Cənubi Qafqaz Gənc Qadın Liderlik proqramında iştirak etmişdir. == Karyerası == Avanesyan peşəkar karyerasına 2000-ci ildə Xarici İşlər Nazirliyində və Fövqəladə Hallar Nazirliyinin Dövlət Ehtiyatı Agentliyində hüquqşünas vəzifəsində başlamışdır. O, 2005-ci ildən 2015-ci ilə qədər "Demokratiya Bu gün" QHT-nin hüquqşünası olmuşdur.
İnayət Gəray
İnayət Gəray (1597 – 1 iyul 1637) — XX Krım xanı.Krım xanı II Qazi Gərayın oğludur. Atasının ölümünün ardından qardaşı Toxtamış Gəray taxta çıxmış, ancaq Osmanlı sultanı tərəfindən səltənəti tanınmamışdır. Əmisi Səlamət Gərayın hakimiyyətə gəlişi və qardaşları Toxtamış Gərayla Səfər Gərayın qətlə yetirilməsinin ardından İnayət Gəray kiçik qardaşları Hüsam, Səadət və Eyvazla birlikdə İstanbula girov olaraq göndərildi. Canıbəy Gərayın İrəvan səfərinə qatılmaqdan imtina etməsi ilə İstanbulda olan İnayət Gəray xan elan edildi. Vəzifədən alınan Canıbəy Gəray isə Rodosa sürgün olundu. Vəzifəyə gəldikdən sonra qardaşları Hüsam və Səadət Gərayı varisi elan etdi. Bundan başqa Osmanlı ordusuna dəstək verməkdən imtina edən İnayət Gəray muzdlu kazak dəstələri toplayaraq Kəfədən Osmanlı birliklərini çıxardı. Osmanlı ordusunun İrəvan səfərini tamamlamasının ardından donanma 13 iyun 1637-ci ildə Kəfəyə yollandı. Burada əmisi oğlu Bahadur Gəray xan təyin edildi. Buna qarşı çıxmağa yetərli hərbu gücü olmadığı üçün İnayət Gəray təslim oldu və bağışlanması üçün İstanbula getdi.
İnşaat mühəndisliyi
İnşaat mühəndisliyi — İnşaat mühəndisi ixtisası mühəndis düşüncəsinin yaradılması və eyni zamanda inşaat sahəsində təsəvvürün yaradılması yönümlüdür. İnşaat mühəndisi binalar, yollar, kondisioner, tunellər,bəndlər, körpülər, kanalizasiya və kanalizasiya sistemləri üçün genişmiqyaslı tikinti layihələri və sistemləri hazırlayır, qurur və quraşdırır. == İxtisasın təsviri == Bu ixtisasa yiyələnən mütəxəssis tikinti işləri üçün layihə hazırlayır, onların cədvəlini, sifarişini, tələb olunan əmək miqdarını təyin edir, lazımi tikinti materiallarını seçir.Planlaşdırma zamanı hansı tikinti materiallarından istifadə olunacağına qərar verən bu mütəxəssisdir.Burada o, materialın xüsusiyyətləri və keyfiyyətləri, sələflərinin və rəqiblərinin uğurlu təcrübəsinə dair biliklərə etibar edir. Layihənin yaradılmasında iştirak etməklə yanaşı, inşaat mühəndisi işçi qrupu seçimində iştirak edir və tikinti prosesinə nəzarət edir.İnşaat mühəndisliyi daim inkişafda olan sahələrdən biridir.Nəzərə alsaq ki, davamlı olaraq yeni binalar tikilir,layihələr həyata keçirilir bu zaman ixtisası da perspektivli sahələrdən biri hesab etmək olar.Uğurlu karyera üçün peşə sahibi öz üzərində davamlı olaraq çalışmalı,dil biliklərin təkmilləşdirməlidir. == İxtisasın tarixi == İnşaat fakültəsi 1920-ci ildə Bakı Politexnik İnstitutunun tərkibində yaradılmışdır. 1930-1934-cü illərdə müstəqil Memarlıq və İnşaat İnstitutu kimi fəaliyyət göstərmiş, 1934-1951-ci illərdə Azərbaycan Sənaye İnstitutunun tərkibinə daxil edilmişdir. 1951-1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunun tərkibində,1975-ci ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yarananda onun tərkibində müstəqil bir fakültə kimi fəaliyyət göstərmişdir. == İş öhdəlikləri == Müəyyən edilmiş obyektdə tikinti- quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi; Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi; Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması; Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi; Layihə-smeta sənədlərinin daxil ekspertizasının aparılması; Kiçik həcmli lokal smetaların tərtib olunmasının həyata keçirilməsi; Tikinti proqramlarını və təqvim qrafikini tərtib edilməsi; Tələb olunan hesabatların hazırlanması(vəzifələr sənədi, layihə məlumatları, layihəyə nəzarət, layihə resursları, layihə planı); Materialların, konstruksiyaların və məlumatların qəbul olunmasını təşkil edir və onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil edir. Yüksən mərtəbəli yaşayış binalarının tikintisinə texniki rəhbərliyin həyata keçirilməsi; Tikinti istehsalının sənədləşdirilməsinin və ixtisaslaşdırılmasının inkişaf perspektivlərinin və texniki siyasətinin,tikintinin mühəndis hazırlığı səviyyəsinin daim artırılmasının,xərclərin ixtisarının, tikintinin keyfiyyətinin yaxşılaşdırılmasının və istehsal fondlarının səmərəli istifadəsinin təmin edilməsi; Əməyin mühafizəsi və təhlükəsizlik texnikası işlərinin həyata keçirilməsi; Texnoloji intizama riayət olunması, tikinti norma və qaydalarının yerinə yetirilməsi; İstehsalın (tikintinin), mühəndis hazırlığının, inşaat texnikasının istismarının, təmir və modernləşdirilməsinin aparılması,tikinti istehsalının təkmilləşdirilməs tam təsərrüfat hesabı və özünümaliyyələşdirmənin prinsiplərinin geniş tətbiq edilməsi; Təbii və tikinti ehtiyatlarının qənaətlə istfadəsi və daha əlverişli və təhlükəsiz əmək şəraitinin yaradılması və tikinti- istehsal mədəniyyətinin yüksəldilməsi üzrə tədbirlərin həyata keçirilməsi. == Tədris olunduğu universitetlər == Azərbaycan Memarlıq və İnşaat Universiteti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Bakı Mühəndislik Universiteti Xəzər Universiteti == İş yerləri == İnşaat mühəndisi ixtisasının bakalavr pilləsini bitirdikdən sonra ofis və sahə mühəndisi kimi işləmək mümkündür.
Naha
Naha (yap. 那覇市; okin. Naafa) — Yaponiyanın Kyuşu regionunda yerləşən Okinava prefekturasının paytaxtı. == Tarixi == Okinavada sosial hərəkat lideri olan Kameciro Senaqa 1957-cı ildə Naha şəhərinin meri olmuşdu.
Ayako İnada
Aşıq Nabat
Aşıq Nabat (Nabat Paşa qızı Cavadova; 1914, Xanlıqlar, Şərur-Dərələyəz qəzası – 3 oktyabr 1973, Siyaqut, İliç rayonu) — Azərbaycan aşığı. == Həyatı == Aşıq Nabat 1914-cü ildə Naxçıvanın Şərur rayonunun Parçı kəndində anadan olub. 1934-cü ildə ailəsi ilə Bərdə rayonuna köçmüş, burada Göyçəli aşıq Musanın şagirdi olmuş, aşıqlıq sənətinin sirlərinə yiyələnmişdir. Məlahətli səsi və gözəl ifaçılıq qabiliyyəti ilə qadın həmkarları arasında şöhrət qazanmışdı. Bakıda və 1938-ci ildə Moskvada keçirilən ədəbiyyat və incəsənət ongünlüklərinin, folklor festivallarının iştirakçısı olmuş, diplomlarla mükafatlandırılmışdır. Aşıq Nabat Azərbaycan aşıqlarının ikinci (1938) və üçüncü (1962) qurultaylarımn nümayəndəsi olmuş, Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə (1940) iştirak etmişdir.3 oktyabr 1973-cü ildə Naxçıvanın Şərur rayonunun Siyaqut kəndində vəfat etmişdir. == İstinadlar == == Mənbə == Əzizə Cəfərzadə. Azərbaycanın aşıq və şair qadınları, Bakı, Gənclik, 1991. (səh. 192).
Göydələndə nahar
Göydələndə nahar ("eninə qoyulmuş tir üzərində nahar edən Nyu-York fəhlələri") — ABŞ-nin Nyu-York şəhərində, Manhettendə Rokfeller mərkəzi 30-da yerləşən RCA Buildingin tikintisi zamanı çəkilmiş məşhur ağ-qara foto. == Qısa xülasə == Foto Nyu-york şəhəri küçələri üzərində 256 metr (840 fut) hündürlükdə tirin üstündə ayaqlarını salladaraq oturub nahar yeməyi edən on bir adamı təsvir edir. Foto 1932-ci il sentyabrın 20-i RCA Buildingin 69-cu mərtəbəsində tikintinin son aylarında çəkilmişdir. Arxivçilərin sözlərinə görə, foto əslində hazırlıqlı idi. Baxmayaraq ki, foto real polad işçilərinin şəklidir onlar inanırlar ki, an Rockefeller Center tərəfindən yeni gövdələni irəli çəkmək üçün təşkil olunmuşdur. Foto Oktyabrın 2-də Nyu-york Herald Tribunenın bazar günü foto əlavəsində yayımlanmışdı. == Müəllif == Əvvəllər müəllifliyi "naməlum" fotoqrafa aid edilən fotonun 2003-cü ildən təxminən 10 il ərzində müəllifliyi Carlz Ebbet Klayda və yanlış olaraq Levis Hine aid edilirdi) Corbis korporasiyası hal-hazırda fotonun müəllifinə naməlum fotoqraf statusu verib, lakin bir çox mənbələr fotonun müəllifinin Ebbet olması fikrində qalırlar.
Masahiko İnoha
Masahiko İnoha (d. 25 avqust 1985) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 21 oyun keçirib, 1 qol vurub.
Nabat Abdullayeva
Nabat Abdullayeva (tam adı: Nabat Cumay qızı Abdullayeva; d. 25 may 1925, Şəki - ö. 27 dekabr 2006, Bakı) — Azərbaycan dilçisi, filologiya elmləri doktoru (1980), professor (1982). 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1954-cü ildən həmin institutda pedaqoji fəaliyyət göstərmişdir. Azərbaycan dilinin morfologiyası və sintaksisi sahəsində tədqiqatları var. Ali məktəb tələbələri üçün bir sıra dərs vəsaitlərinin müəllifidir.
Nabat Aşurbəyova
Aşurbəyova Nabat Qoca qızı (1795, Bakı – 7 dekabr 1912, Bakı) — məşhur Azərbaycan xeyriyyəçi-mesenat, şəxsi vəsaiti hesabına Təzəpir məscidini tikdirib. == Həyatı == Nabat Aşurbəyova 1795-ci ildə Bakı şəhərində Qoca bəy Aşurbəyovun ailəsində dünyaya gəlmişdir. O, öz səxavəti və xeyirxahlığına görə ad qazanmış, neft mədənlərinə və bir çox böyük imarətlərə malik olmuş, şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcləmiş, Sabunçu xəstəxanasında kasıb və yetimlərin müalicəsini öz üzərinə götürmüş, tatar küçəsində (sovet dövründə Krupskaya, indi A. Topçubaşov) hamam tikdirmişdir. Həmin hamam həftənin bir gününü kasıblar və kimsəsizlər üçün pulsuz işləyirdi. Onun şeirlər yazdığı da məlumdur. Təəssüf ki, həmin şeirlər sonrakı nəsillər üçün saxlanmamışdır. Onun həyatındakı ən böyük işi Bakı şəhərində tikdirdiyi (1905–1914-cü illər) Təzəpir məscididir. Hal-hazırda həmin məsciddə Qafqaz Müsəlmanları Ruhani İdarəsi yerləşir. Bu məscidin tikilməsində o, ilk diplomu azərbaycanlı memar, Sankt-Peterburq Mülki İnşaat Mühəndisliyi İnstitutunun məzunu Zivər bəy Əhmədbəyovun xidmətlərindən istifadə etmişdir. Sonrakı illərdə o, Bakı şəhərinin ilk baş memarı olmuşdur.
Nabat Məhərrəmqızı
Nabat Məhərrəm qızı Səmədova (d. 4 iyul 1950) — Azərbaycan rəssamı, Azərbaycanın əməkdar rəssam (2018). == Həyatı == N.Səmədova 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. 1980-cı ildə o, Moskvada Ümumittifaq İxtisasartırma kurslarında "Quruluşçu rəssam" ixtisasına yiyələnmiş, 1975-ci ildə isə Lənkəran Dövlət Dram Teatrında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. Lənkəran teatrında ilk işləri "Oqtay Eloğlu", "Dağılan tifaq", "Bahalı oğlan" və s. tamaşalar olmuşdur. 1982-ci ildə N.Səmədova Sumqayıt Dövlət Musiqili Dram Teatrına quruluşçu rəssam təyin edilmişdir. Bu teatrda rəssam H.Cavidin "Afət", İ.Karaçalının "İtirilmiş məktub", A.Abdulinin "13-cü sədr" əsərlərinə uğurlu tərtibatlar vermişdir. Rəssamın son dövr yaradıcılığı Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə sıx bağlı olmuşdur. N.Səmədova bu teatrda S.Fərəcov, Ə.Əmirlinin "Səhnədə məhəbbət", O.Rəcəbov, A.Babayevin "Əlin cibində olsun", R.Mustafayev, C.Məmmədovun "Məsmə xala dayımdır", R.Əkbərin "Bəydullanın möhtəşəm toyu", S.Fərəcov, R.N.Güntəkinin "Bir günlük siğə" musiqili komediyalarına maraqlı, tamaşaların bütövlüyünə xidmət edən bədii tərtibat vermişdir.
Nabat Səmədova
Nabat Məhərrəm qızı Səmədova (d. 4 iyul 1950) — Azərbaycan rəssamı, Azərbaycanın əməkdar rəssam (2018). == Həyatı == N.Səmədova 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. 1980-cı ildə o, Moskvada Ümumittifaq İxtisasartırma kurslarında "Quruluşçu rəssam" ixtisasına yiyələnmiş, 1975-ci ildə isə Lənkəran Dövlət Dram Teatrında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. Lənkəran teatrında ilk işləri "Oqtay Eloğlu", "Dağılan tifaq", "Bahalı oğlan" və s. tamaşalar olmuşdur. 1982-ci ildə N.Səmədova Sumqayıt Dövlət Musiqili Dram Teatrına quruluşçu rəssam təyin edilmişdir. Bu teatrda rəssam H.Cavidin "Afət", İ.Karaçalının "İtirilmiş məktub", A.Abdulinin "13-cü sədr" əsərlərinə uğurlu tərtibatlar vermişdir. Rəssamın son dövr yaradıcılığı Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə sıx bağlı olmuşdur. N.Səmədova bu teatrda S.Fərəcov, Ə.Əmirlinin "Səhnədə məhəbbət", O.Rəcəbov, A.Babayevin "Əlin cibində olsun", R.Mustafayev, C.Məmmədovun "Məsmə xala dayımdır", R.Əkbərin "Bəydullanın möhtəşəm toyu", S.Fərəcov, R.N.Güntəkinin "Bir günlük siğə" musiqili komediyalarına maraqlı, tamaşaların bütövlüyünə xidmət edən bədii tərtibat vermişdir.
Nahad Əliyev
Nahad Əliyev - 1966-1993-cü illərdə Azərbaycan Sovet Ensiklopediyasında məsul katib və Universal ensiklopediyalar üzrə baş redaktor vəzifəsində çalışıb.1994cü ildən “Azərbaycan” nəşriyyatının baş redaktoru. == Həyatı == Əliyev Nahad Məmməd Bağır oğlu - 1942-ci il noyabr ayının 15-də Bakı şəhərində anadan olub. 1959-cu ildə orta məktəbi bitirib, Azərbaycan Dövlət Universitetin geoloji-coğrafiya fakültəsinə daxil olub, 1964-cü ildə bitirib. Həmin ilin dekabrında təyinatla Xaçmaz rayonunun Qusarçay orta məktəbində müəllimlik edib. 1966-cı ilin yanvar- may aylarında Hidromeliorasiya institutunda kiçik elmi işçi, həmin ilin avqustundan isə Azərbaycan Sovet Ensiklopediyasında kiçik redaktor işləyib. 1966-cı ilin noyabrından 1967-ci ilin dekabrınadək ordu sıralarında xidmət edib. Tərxis olunduqdan sonra, 1968-ci ilin yanvarından yenidən Azərbaycan Sovet Ensiklopediyaya işə qəbul olunaraq redaktor ,”Qeoloqiya və coğrafiya ”şöbəsinin elmi redaktoru, böyük elmi redaktor,“İllüstrasiya və kartoqrafiya” redaksiyasının müdiri, məsul katib, Universal ensiklopediyalar üzrə baş redaktor vəzifəsində çalışıb. 1993-cü ilin may ayından Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Öyrətmən” nəşriyyatında redaksiya müdiri, 1994-cü ildən “Azərbaycan” nəşriyyatının baş redaktoru olub. 1965-ci ildə görkəmli şair Rəsul Rzanın baş redaktorluğu ilə Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası yaradılıb. R.Rzanın baş redaktorluğu dövründə işıq üzü görən "Yaşıl ensiklopediya" (1970 il) böyük mübahisə doğurduğundan, qısa zaman ərzində ləğv olunub.
Nahar (Əhər)
Nahar (fars. نهار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 289 nəfər yaşayır (57 ailə).
Rahat (şəhər)
Rahat, (İsrailcə: רַהַט, Ərəbcə: راهط‎) İsrailin cənubunda yerləşən bir şəhərdir. Şəhər, İsrailin Cənub bölgəsində yerləşir. 10 mart 2014-cü il statistikasına əsasən şəhərin əhalisi 60,400-dür. == Tarixi == Şəhər 1972-ci ildə qurulmuşdur. Şəhərə 1994-cü ildən Respublika tabeli şəhər statusu verilmişdir.