İnayət Gəray

İnayət Gəray (15971 iyul 1637) — XX Krım xanı.[1]

İnayət Gəray
1635 – 13 iyun 1637
ƏvvəlkiCanıbəy Gəray
SonrakıI Bahadır Gəray
Şəxsi məlumatlar
Doğum tarixi 1597
Vəfat tarixi 1 iyul 1637(1637-07-01)
Dəfn yeri
Atası II Qazi Gəray
Ailəsi Gəraylar
Dini sünnilik

Krım xanı II Qazi Gərayın oğludur. Atasının ölümünün ardından qardaşı Toxtamış Gəray taxta çıxmış, ancaq Osmanlı sultanı tərəfindən səltənəti tanınmamışdır. Əmisi Səlamət Gərayın hakimiyyətə gəlişi və qardaşları Toxtamış Gərayla Səfər Gərayın qətlə yetirilməsinin ardından İnayət Gəray kiçik qardaşları Hüsam, Səadət və Eyvazla birlikdə İstanbula girov olaraq göndərildi.

Canıbəy Gərayın İrəvan səfərinə qatılmaqdan imtina etməsi ilə İstanbulda olan İnayət Gəray xan elan edildi. Vəzifədən alınan Canıbəy Gəray isə Rodosa sürgün olundu. Vəzifəyə gəldikdən sonra qardaşları Hüsam və Səadət Gərayı varisi elan etdi. Bundan başqa Osmanlı ordusuna dəstək verməkdən imtina edən İnayət Gəray muzdlu kazak dəstələri toplayaraq Kəfədən Osmanlı birliklərini çıxardı. Osmanlı ordusunun İrəvan səfərini tamamlamasının ardından donanma 13 iyun 1637-ci ildə Kəfəyə yollandı. Burada əmisi oğlu Bahadur Gəray xan təyin edildi. Buna qarşı çıxmağa yetərli hərbu gücü olmadığı üçün İnayət Gəray təslim oldu və bağışlanması üçün İstanbula getdi. 1 iyulda İstanbula çatan İnayət Gəray ələ keçirildi və dərhal edam olundu. Cənazəsi Əyyubsultan məscidinin həyətinə dəfn olundu.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Oleksa Gaivoronsky «Повелители двух материков», Kiev-Bakhchisarai, 2007, ISBN 978-966-96917-1-2

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Henry Hoyle Howorth, History of the Mongols, 1880, part 2, p 479