Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İtələmə
İtələmə — İsaak Nyutonun ikinci və üçüncü qanunları tərəfindən tanınan reaksiya qüvvədir. Bir sistem kütləni bir istiqamətdə hərəkət etdirdikdə ya da təcilləndirəndə, təcillənən qüvvəni bərabər böyüklükdə, ancaq əks istiqamətdə bir qüvvə formalaşdırır. Nümunə olaraq stabil qanadlı hava texnikaları, pərvanə və ya reaktiv mühərriklər havayı uçuş istiqamətinin əksi istiqamətində itələməsi sayəsində irəliyə doğru hərəkətlərini təmin edirlər.
İncələçək yulğun
İncəyarpaq yulğun (lat. Tamarix kotschyi) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü. Orta Asiya (Qaraqum, Pamir-Altay, Kopetdağ, Badxız), İraq, İran və Əfqanıstanda təbii arealı vardır. Təbiətdə boyu 4–6 m-ə qədər olan koldur. Gövdəsinin qabığı sarımtıl boz, sarımtıl-qonur rəngdə olur. Birillik zoğları isə açıqqonur və ya qırmızımtıl qonur rəngdə olur. Çiçəkləri 4 üzvlü olub, çiçək saplağı kasacıqdan iki dəfə uzundur. Bitkinin ləçəkləri ağ çəhrayı və bəzən isə mavi rəngdə olur. Meyvəsi qutucuqdur. Toxumları kiçik olur və hər qutucuqda 15-ə qədər toxum olur.
İncədərə (Ağyaxa)
İncədərə — Türkiyənin Qars vilayətinin Ağyaxa rayonunda kənd. Əhalisi 171 nəfərdir (2022).
İncələr (Uludərə)
İncələr — Türkiyənin Şırnak vilayətinin Uludurə rayonunda kənd. == Tarix == Kəndin köhnə adı 1928-ci il qeydlərində kürdcə "kiçik bolsu" mənasını verən Zıravik kimi qeyd olunur. Əvvəllər Hakkari vilayətinin Uludere rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni yaradılmış Uludere rayonuna birləşdirilib.
Happier Than Ever: Los-Ancelesə sevgi məktubu
Happier Than Ever: Los-Ancelesə sevgi məktubu (ing. Happier Than Ever: A Love Letter to Los Angeles) — Robert Rodriges və Patrik Ozbornun rejissorluğu ilə çəkilmiş ABŞ istehsalı konsert filmi. Filmdə müğənni-bəstəkar Billi Ayliş "Happier Than Ever" albomundan bütün 16 treki canlı olaraq Hollivid-boulda (ing. Hollywood Bowl) ifa edib. Baş tutan çıxışda onu qardaşı Finneas O'Konnell və Los-Anceles flarmoniyası müşayiət edib.