İNCƏLMƏK

f.
1. Arıqlamaq, zəifləmək, üzülmək.
Füzuli zülfünə bağlandı, əmma öndə incəldi; Ki, guya zəf onu həm zülfünə bir tari-mu eylər. Füzuli.
Jurnal, qəzetə, hərzəvü hədyan oxumaqdan; İncəldi uşağım. M.Ə.Sabir.

// Nazikləşmək, zərifləşmək, daha incə olmaq.
Çəltiklər dirçəlibdir; Sünbüllər incəlibdir; Bu gün qəribə toy var; Bizə gəlin gəlibdir. (Bayatı).
Elyar oxuduqca incəlir səsi; Məclis sükut edir ona hörmətlə. S.Vurğun.

2. Kövrəkləşmək, yumşalmaq.
[Elxan:] Ürəyim çocuq kimi incəlmiş; Nəhayət, səni tapdım. C.Cabbarlı.

Синонимы

  • İNCƏLMƏK kövrəlmək — yumşalmaq
  • İNCƏLMƏK arıqlamaq — zəifləmək — üzülmək

Антонимы

  • İNCƏLMƏK İNCƏLMƏK – KÖKƏLMƏK Hərzəvü hədyan oxumaqdan; İncəldi uşağım (M.Ə.Sabir); Bəlkə, heç kökəlməyəcək (S
İNCƏLMƏ
İNCƏLTMƏ

Значение слова в других словарях