Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fidel Kastro
Fidel Alexandro Kastro Ruz ( audio) (isp. Fidel Alejandro Castro Ruz; 13 avqust 1926[…], Biran – 25 noyabr 2016[…], Havana) — Kuba inqilabçısı, 1959–2008-ci illərdə Kuba lideri. == Həyatı == Fidel Kastro 1926-cı ildə Kubanın Mayarı şəhərində anadan olub. Bu, Kastronun doğum tarixi barədə məlumatlardan yalnız biridir. Çünki onun hansı ayda və ildə doğulduğu məxfi saxlanılır. Bəzi məlumatlara görə, Kastro əslində 1927-ci ildə anadan olub. Atası İspaniyadan gələn mühacir-fəhlədir və Kubada iri şəkər plantasiyalarına sahib olub. Kastro və qardaşı Raul nikahdan kənar doğulublar. Sonradan onları atası rəsmi övladlığa qəbul edib. == İlkin illəri (1926–1945) == === Uşaqlıq dövrü === Fidel Alexandro Kastro Ruz 13 avqust 1926-cı ildə Kubada Biran şəhərində (Oriyente vilayəti) İspaniyanın Qalisiya vilayətindən olan Anxelya Kastronun ailəsində anadan olmuşdur.
Fidel Kastro Diaz-Balart
Fidel Kastro Diaz-Balart (isp. Fidel Ángel Castro Díaz-Balart; 1 sentyabr 1949, Havana – 1 fevral 2018, Havana) - Kubalı Nüvə fizikası mütəxəssisi və dövlət xadimi. Kuba İnqilabının rəhbərlərindən olmuş Fidel Kastronun böyük oğlu. Atasına olan bənzərliyi səbəbindən tez-tez yerli mətbuat tərəfindən Fidelito (azərb. kiçik Fidel‎) təxəllüsü ilə tanınmışdır. Fidel Kastro Diaz-Balart SSRİ dönəmində Moskva şəhərində yerləşən M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil almış və SSRİ-nin yardımları ilə Kubada inşa edilən, ancaq tikintisi sonradan yarımçıq dayandırılmış Juraqua AES-nin tikinti prosesinə rəhbərlik etmişdir. Fidel Balart 2018-ci ildə paytaxt Havana şəhərində, 68 yaşında olarkən intihar etmişdir.
The Devil Inside
Şeytan daxildədir (ing. The Devil Inside) — Uilyam Brent Bell ilə edilmiş mistik kino, yalançı sənədli (pseudo documentary) janrında çəkilib. Kino 6 yanvarda 2012-ci ildə ABŞ-də prokata çıxıb. MPAA reytinqi — R. == Süjet == 1989-cu ilin oktyabrın 30-da, ekzorsizm sessiyasının vaxtında Mariya Rossi üçqat qətl etmişdir. O ekzorsizm seyansı ona tərəf edilirdi. Katolik kilsəsi Mariyanı həbsxanaya qoymaya razılıq vermiyib, onu Romadaki katolik ruhi xəstəxanaya göndəriblər. Onun qızı İzabella, atası tərəfindən düzünü bilir, ata danışandan sonra üç gün keçmiş ölür. Atasının söhbətindən sonra İzabella qabağına məqsəd qoyur — bütün haqqı bilmək.