Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İnsitat
İnsitat (lat. Incitatus, "sürətli") — Roma imperatoru Kaliqulanın senator təyin etdiyi sevimli atı. Məcazi mənada — hökmdarın özbaşınalığına və hər hansı şəxsin ona yaramayan vəzifəyə təyin edilməsinə nümunə kimi istifadə edilir. Əvvəlki adı Porsellius (Donuz balası) olsa da, Kaliqula bu adı bəyənməyərək onu dəyişdirmişdir. Kaliqula İnsitata Roma vətəndaşlığı vermiş, senator təyin etmiş və konsulluğa namizəd elan etmişdi. Özünü allah elan etdikdən sonra isə İnsitatı öz məbədində 19 köməkçi kahindən biri təyin etdi. 41-ci ildə Kaliqulanın öldürülməsindən sonra İnsitatın senator səlahiyyətlərindən məhrum edilməsi məsələsi qalxdıqda onu müdafiə etməyə çalışan şəxslər digər senatorlardan fərqli olaraq İnsitatın heç kimi öldürmədiyini və imperatora axmaq məsləhətlər vermədiyini bildirirdilər. Eyni zamanda Roma qanunlarına görə senatorlar səlahiyyət müddətləri başa çatmadan senatdan qovula bilməzdilər. Lakin yeni imperator Klavdi çıxış yolunu tapdı. O, İnsitat üçün dövlət tərəfindən ayrılan xərcləri azaltdı və beləliklə, senator olmaq üçün müəyyən olunmuş əmlak senzindən keçə bilmədiyi üçün at senator səlahiyyətlərindən məhrum edildi.
İrtidad
Mürtədlik (ərəb. مُرْتَدّ‎‎) və ya irtidad (ərəb. اِرْتِدَاد‎‎ – "dönmə, üz döndərmə") — bir şəxsin rəsmi şəkildə dindən çıxması, onu tərk etməsi və ya dindən imtina etməsi. Bu, həm də daha geniş kontekstdə bir şəxsin əvvəlki dini inanclarına zidd olan fikri qəbul etməsi kimi müəyyən edilə bilər. Dindən dönən şəxs mürtəd kimi tanınır. Mürtəd olmuş şəxslər bu sözün mənfi çalarının olmasına görə özlərini mürtəd adlandırmaqdan çəkinirlər, lakin bu termin sosioloqlar tərəfindən texniki mənada, heç bir alçaldıcı məna daşımadan istifadə olunur. Bəzən bu termin həm də siyasi partiya, ictimai hərəkat və ya idman komandası kimi qeyri-dini inancdan və ya səbəbdən imtina etmək üçün metafor kimi istifadə olunur. Bir çox dini qruplar və bəzi dövlətlər mürtədləri cəzalandırır. Bu, müəyyən bir dini qrupun rəsmi siyasəti yaxud da sadəcə olaraq üzvlərinin könüllü hərəkəti də ola bilər. Bu cür cəzalara aforoz, şifahi təhqir, fiziki zorakılıq və ya hətta edam daxil ola bilər.
İsida
İsida —Qədim Misirdə ilahə. Osirisin arvadı, Qorun anası Misirlilər, tarix boyunca , digər xalqlarla ünsiyyətə girərək, bu məbədlərə getdikçə daha çox yeniyeni tanrıları daxil edirdilər. Digər dinin nümayəndələri bəzən bu zəngin məbədə istehza ilə baxırdılar. Yalnız bir qədim ilahə, neçə minilliklər keçsə də, bütün ictimai və siyasi dəyişikliklərə baxmayaraq, bu məbəddə öz hakim mövqeyini saxlamağa nail oldu, öz simasını və funksiyalarını dəyişilməz saxladı (bəlkə daha da saflaşdırdı). Bu – Qorun anası İsidadır. İsida hər bir faraonun anası sayılır. Geniş Misir məbədində Günəş Allahı Ra hakim mövqe saxlayırdı, o, bütün Allahların atası, idarə edən sayılsa da, xalq daha çox Osirisin sadiq arvadını, Qorun mehriban anası, İsidaya daha çox səcdə edirdi. İsida Misir məbədində ən populyar ilahə idi. O, sədaqətli, ölümə baxmayaraq, ərini istəyən arvad, özünü qurban verməyə hazır olan ana idi. Onun xeyirxahlığında, məhəbbət və ümid verməsində özünə dayaq nöqtəsini axtaran tərəfdaşlarının sayı durmadan artırdı.
Iniidae
İnilər (lat. Iniidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
INSEAD
INSEAD ( Institut européen d'administration des affaires ), Fontainebleau, Abu Dabi və Sinqapurda kampusları olan biznes sahəsində ixtisaslaşmış Avropa mərkəzli bir universitetdir. 1957-ci ildə qurulan məktəb. INSEAD, Financial Times tərəfindən 2019-cu ildə Avropa Biznes Məktəbləri arasında 5-ci yerdə qərarlaşmışdır . Məktəbin proqramları AMBA, EQUIS və AACSB beynəlxalq akkreditasiya qurumlarının hər üçü tərəfindən akkreditə olunmuşdur . Məktəbin məzunları arasında Johann Schneider-Ammann, Semih Yalman, Filip Parker kimi adlar vardır. == Xronologiya == 1957: INSEAD, ABŞ xaricində ilk biznes məktəbi olaraq quruldu 1959: Fontainebleau-da ilk MBA qəbulu və bir illik MBA proqramı təqdim edən ilk biznes məktəbi 1960: İlk MBA sinif məzunları 1967: Fontainebleau Meşəsinin kənarında (indi 'Avropa Kampusu' adlanır) məktəbin ilk kampusunun açılışı 1971: Fontainebleau'daki INSEAD'ın yanında bir ərazidə Avropa Davamlı Təhsil Mərkəzi olan CEDEP'nin yaradılması 1976: INSEAD Məzunları Fondunun fəaliyyətə başlaması 1980: INSEAD Euro-Asia Center Fontainebleau'da açılır 1983: MBA proqramı ikili qəbuluna başlayır (yanvar və sentyabr aylarında) 1987: INSEAD-Fundação Dom Cabral tərəfdaşlığının elan edilməsi 1989: Doktorantura proqramının başlanması 2000: Sinqapurda açılan Asiya Kampusu ilə bir çox qitədə tam kampusları olan ilk biznes məktəbi 2001: INSEAD-Wharton İttifaqının və ilk MBA iştirakçı mübadilələrinin elanı 2003: İcraçı MBA proqramının başlanması 2010: INSEAD-in Əbu-Dabi Mərkəzi Kampus statusuna qovuşdu (Orta Şərq Kampusu) 2012: Maliyyə ixtisası üzrə magistr dərəcəsi 2013: CEIBS ilə MBA iştirakçısı mübadilə müqaviləsi başladıldı 2015: Sinqapurda Liderlik İnkişaf Mərkəzinin açılışı 2016: Financial Times 2016 reytinqində MBA, Executive MBA (Tsinghua-INSEAD EMBA) və Single School Executive MBA (INSEAD GEMBA) — reytinqlərdə ‘üçlü birinci’ əldə edən ilk və yeganə biznes məktəbi.
İnşiqaq surəsi
84-cü surə
İnşirah Surəsi
94-cü surə
Yuliya İnşina
Yuliya İnşina — Rus əsilli Azərbaycanlı idman gimnastı. 2010-cu ildə Tokio şəhərində keçirilən Dünya Çempionatının gümüş medalçısıdır. Yuliya İnşina 15 aprel 1995-ci ildə Rusiyanın Voronej şəhərində anadan olmuşdur. Yuliya İnşina 1999-ci ildən idman ilə məşğul olur. Yuliya İnşina Voronej Dövlət Bədən Tərbiyəsi İnstitutunun məzunudur. Yuliya İnşina birinci uğurunu 2011-ci ildə Rusiya bayrağı altında qazandı. O Rusiya Çempionatında bürünc medal, Rusiya Kubokunda isə gümüş medal qazandı. Yuliya İnşina həmin il həmçinin karyerasının ən böyük uğurunu qazandı. O Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən Dünya Çempionatında komanda yarışlarında gümüş medal qazandı. Daha sonra o 2012-ci ildə Rusiya Çempionatında 2 gümüş medal, Rusiya Kubokunda isə 1 gümüş və 1 bürünc medal qazandı.
Səniyə İnşirah Qadınəfəndi
Səniyə İnşirah xanım (d. 10 iyul 1887 — ö. 10 iyun 1930) — son Osmanlı sultanı VI Mehmedin ikinci xanımı və gözdəsi. İnşirah xanım 1887-ci ildə Əziz bəy Voçibenin qızı olaraq dünyaya gəlmişdir. Sultan V Mehmedin xanımlarından Dürrüadən xanımın qohumu idi. Çox gənc yaşlarında saraya verildi və burada saray tərbiyəsi aldı. Adı dəyişdirilərək Səniyə oldu. Sultan Əbdülməcidin xanımlarından Şayəstə xanımın nədiməsi oldu. Rəssamlığa meyli olan Səniyə İnşirah xanım bu əsnada Şahzadə Mehmedin nəzərini cəlb etdi. Şahzadə Mehmedin ilk xanımı Əminə Nazikəda xanım 2 qız uşağı dünyaya gətirmiş, ancaq həkimlər bir daha övladı olmayacağını bildirdikdən sonra Əminə xanım əri Vahidəddinə yenidən evlənməsi üçün icazə vermişdir.
Səniyə İnşirah xanım
Səniyə İnşirah xanım (d. 10 iyul 1887 — ö. 10 iyun 1930) — son Osmanlı sultanı VI Mehmedin ikinci xanımı və gözdəsi. İnşirah xanım 1887-ci ildə Əziz bəy Voçibenin qızı olaraq dünyaya gəlmişdir. Sultan V Mehmedin xanımlarından Dürrüadən xanımın qohumu idi. Çox gənc yaşlarında saraya verildi və burada saray tərbiyəsi aldı. Adı dəyişdirilərək Səniyə oldu. Sultan Əbdülməcidin xanımlarından Şayəstə xanımın nədiməsi oldu. Rəssamlığa meyli olan Səniyə İnşirah xanım bu əsnada Şahzadə Mehmedin nəzərini cəlb etdi. Şahzadə Mehmedin ilk xanımı Əminə Nazikəda xanım 2 qız uşağı dünyaya gətirmiş, ancaq həkimlər bir daha övladı olmayacağını bildirdikdən sonra Əminə xanım əri Vahidəddinə yenidən evlənməsi üçün icazə vermişdir.
Cunko İşida
Cunko İşida (11 mart 1966, Yaponiya) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
The Devil Inside
Şeytan daxildədir (ing. The Devil Inside) — Uilyam Brent Bell ilə edilmiş mistik kino, yalançı sənədli (pseudo documentary) janrında çəkilib. Kino 6 yanvarda 2012-ci ildə ABŞ-də prokata çıxıb. MPAA reytinqi — R. 1989-cu ilin oktyabrın 30-da, ekzorsizm sessiyasının vaxtında Mariya Rossi üçqat qətl etmişdir. O ekzorsizm seyansı ona tərəf edilirdi. Katolik kilsəsi Mariyanı həbsxanaya qoymaya razılıq vermiyib, onu Romadaki katolik ruhi xəstəxanaya göndəriblər. Onun qızı İzabella, atası tərəfindən düzünü bilir, ata danışandan sonra üç gün keçmiş ölür. Atasının söhbətindən sonra İzabella qabağına məqsəd qoyur — bütün haqqı bilmək.