Səniyə İnşirah xanım (d. 10 iyul 1887 — ö. 10 iyun 1930) — son Osmanlı sultanı VI Mehmedin ikinci xanımı və gözdəsi.
Səniyə İnşirah Qadınəfəndi | |
---|---|
زوجة لك | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Batumi, Gürcüstan |
Vəfat tarixi | (42 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | boğulma |
Fəaliyyəti | əsilzadə |
Atası | Əziz bəy Voçibe |
Həyat yoldaşı | VI Mehmed |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
İnşirah xanım 1887-ci ildə Əziz bəy Voçibenin qızı olaraq dünyaya gəlmişdir. Sultan V Mehmedin xanımlarından Dürrüadən xanımın qohumu idi. Çox gənc yaşlarında saraya verildi və burada saray tərbiyəsi aldı. Adı dəyişdirilərək Səniyə oldu. Sultan Əbdülməcidin xanımlarından Şayəstə xanımın nədiməsi oldu. Rəssamlığa meyli olan Səniyə İnşirah xanım bu əsnada Şahzadə Mehmedin nəzərini cəlb etdi.
Şahzadə Mehmedin ilk xanımı Əminə Nazikəda xanım 2 qız uşağı dünyaya gətirmiş, ancaq həkimlər bir daha övladı olmayacağını bildirdikdən sonra Əminə xanım əri Vahidəddinə yenidən evlənməsi üçün icazə vermişdir. Yeni xanım olaraq seçdiyi Səniyə xanım üçün atası Əziz bəyə müraciət edən Şahzadə Vahidəddin uzun müddət qızın atası və qardaşı Zəki bəydən icazə ala bilmədi. Nəhayət, 8 iyul 1905 tarixində cütlük Çəngəlköy sarayında evləndi. Səniyə Qadınəfəndi çox qısqanc idi. Məhz bu qısqanclığı səbəbilə 17 noyabr 1909 tarixində cütlük ayrıldı. Ayrıldıqdan sonra sürgün qərarına qədər Vahidəddinin köşklərindən birində yaşamağa başladı. Sürgün qərarından sonra isə ölkəni tərk etdi və Qahirəyə köçdü. Sultan Vahidəddinlə, taxta çıxmadan öncə evləndiyi üçün heç vaxt sultan ola bilmədi.
Ancaq sürgündə olduqca çətin günlər yaşayırdı. Nəhayət, 10 iyun 1930-cu ildə özünü Nil çayına ataraq intihar etdi və cənazəsi Qahirədə dəfn edildi.