Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İnstinkt
İnstinkt (lat. instinctus – arzu, niyyət, oyanma) və ya Sövqi-təbii — qeyri-iradi və ya qeyri-şüuri olaraq məqsədəuyğun hərəkət etmək və ya iş görmək qabiliyyəti; orqanizmin xarici və daxili qıcıqlanmalara verdiyi anadangəlmə cavab reaksiyalarının məcmusu; canlıların, daxili və ya xarici mühitin dəyişməsinə cavab olaraq anadangəlmə, qeyri-şüuri və qeyri-iradi görmə qabiliyyəti (məsələn, özünüqoruma instinkti). Milçəkqapan quşunun qış gələndə cənuba uçması, ayının qış yuxusuna getməsi, itin sahibini qorumaq istəməsi instinktdir. İnstinkt və ya irsi davranış bir canlının təbiətində var olan başqa kompleks bir davranışa yönəlmə meylidir. Tədris prosesinin təsirli olmadığı, canlının əvvəlki təcrübələrindən müstəqil şəkildə verdiyi reaksiyalar instinkt daxilində qiymətləndirilməkdədir. Çimərliyə buraxılan dəniz tısbağalarının okeana yönəlmələri bu vəziyyətə nümunə olaraq göstərilə bilər. == Ədəbiyyat == Əliquliyev R., Şükürlü S., Kazımova S. Elmi fəaliyyətdə istifadə olunan terminlər. Bakı: İnformasiya Texnologiyaları, 2009, 201 s.
Əsas instinkt (film, 1992)
Əsas instinkt (ing. Basic instinct) — Pol Verhovenin rejissorluğu və Co Esterhazın ssenari müəllifliyi ilə 1992-ci ildə çəkilmiş ABŞ erotik trilleridir. Filmdə baş rolları Maykl Duqlas və Şeron Stoun canlandırmışdır. Filmin mərkəzində zəngin rok ulduzunun qətlini araşdıran detektiv Nik Kurran (Duqlas) obrazıdır. Tədqiqatlar zamanı Kurran cinayəti törətməkdə şübhəli bilinən cazibədar və sirli Ketrin Tremmellə (Stoun) yaxınlıq etməyə başlayır. Hələ satışa çıxarılmamışdan xeyli əvvəl, Əsas İnstinkt cinsəl və şiddət səhnələri ilə müzakirələrə səbəb olmuşdu. Homoseksual səhnələrinin də yer aldığı film, geylərin hüquqlarının müdafiəçiləri tərəfindən, biseksual qadının qatil xasiyyətli insan kimi göstərilməsi səbəbiylə ciddi tənqid hədəfinə çevrilmişdi.Bütün tənqidlərə və mənfi rəylərə baxmayaraq, Əsas İnstinq $352 milyon dollar gəlirlə 1990-cı illərin ən gəlirli filmlərindən biri olmuşdur. Videokaset, ℅DVD və Blu-ray disklərdə satışa çıxarılmış filmin eyni zamanda, rejissor tərəfindən kəsilmiş və Şimali Amerika kinoteatrlarında göstərilməmiş səhnələri də izləyicilərə təqdim edilmişdir. Filmin davamı kimi 2006-cı ildə çəkilmiş Əsas İnstinkt 2 filmi isə böyük tənqidlərə məruz qalmış və ciddi maddi itki ilə üzləşmişdi. == Məzmunu == Rok ulduzu Conni Bozun seks zamanı sirli sarışın qadın tərəfindən buzqıran bıçaqla qətlə yetirilməsindən sonra, detektiv Nik Kurran cinayətin təhqiqinə cəlb edilir.
Əsas instinkt 2 (film)
Əsas instinkt 2 (ing. Basic Instinct 2 ) — 2006-ci ildə istehsal olunmuş ABŞ filmi. == Məzmun == Filmin əvvəlində Ktrin Tramvell öz sevgilisi ilə maşında məhəbbət əlaqəsində olur.Bu zaman sevgilisi maşını səhv tərəfə yönləndirir.Sevgilis çayda batır.Lakin sağ qalır.Onun üçün məhkəmə olur.Məhkəmə bitdikdən sonra onu psixoterapevtin yanına göndərirlər.Vaxt keçdikcə psixoterapevt Qlass ona aşiq olmağa başlayır. Bir gün Qlassa onun əvvəlki həyat yoldaşı xəbər göndərir ki, sevgilis vəfat edibBu sevgili Qlass üçün nalayiq sözlər yazırdı.Artıq öldürülənlərin sayı çoxalmağa başlayır.Btünü günahlarda Ketrinin üzərinə düşür.Qlass özünü idarəetməni itirməyə başlayır. Filmin sonunda Qlassın psixiatr məntəqəsinə göndərilir.Ketrin ona çatdırır ki, yazdığı kitabın baş qəhrəmanı Qlassdır.
Əsas instinkt 2 (film, 2006)
Əsas instinkt 2 (ing. Basic Instinct 2 ) — 2006-ci ildə istehsal olunmuş ABŞ filmi. == Məzmun == Filmin əvvəlində Ktrin Tramvell öz sevgilisi ilə maşında məhəbbət əlaqəsində olur.Bu zaman sevgilisi maşını səhv tərəfə yönləndirir.Sevgilis çayda batır.Lakin sağ qalır.Onun üçün məhkəmə olur.Məhkəmə bitdikdən sonra onu psixoterapevtin yanına göndərirlər.Vaxt keçdikcə psixoterapevt Qlass ona aşiq olmağa başlayır. Bir gün Qlassa onun əvvəlki həyat yoldaşı xəbər göndərir ki, sevgilis vəfat edibBu sevgili Qlass üçün nalayiq sözlər yazırdı.Artıq öldürülənlərin sayı çoxalmağa başlayır.Btünü günahlarda Ketrinin üzərinə düşür.Qlass özünü idarəetməni itirməyə başlayır. Filmin sonunda Qlassın psixiatr məntəqəsinə göndərilir.Ketrin ona çatdırır ki, yazdığı kitabın baş qəhrəmanı Qlassdır.
İnstitut
İnstitut — elmi tədqiqat idarəsi; ali məktəb növü; İnstitut — ictimai quruluşun bu və ya digər forması; İnstitut — rok-qrup. İnstitut — futbol klubu. İnstitut (Samux) — Samuxda yaşayış məntəqəsi.
İnstitut (Samux)
İnstitut — Azərbaycan Respublikasının Samux rayonunun Çoban Abdallı inzibati ərazi vahidində fəhlə qəsəbəsi. == Tarixi == Yaşayış məntəqəsi Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun və Zaqafqaziya Maşın-Sınaq Stansiyasının birləşmiş qəsəbələrindən ibarət olub, 1964-cü ildən ərazisindəki elmi-tədqiqat institutunun adı ilə adlandırılmışdır.<ref name="ATEL"/ == Coğrafiyası və iqlimi == Qəsəbə Gəncəçayın sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == Əhalisi 2000 nəfərdir. Əhalisinin əsasını azərbaycanlılar təşkil edir. Bundan başqa ruslar, ukraynalılar da yaşayır.
İnstitut (dəqiqləşdirmə)
İnstitut — elmi tədqiqat idarəsi; ali məktəb növü; İnstitut — ictimai quruluşun bu və ya digər forması; İnstitut — rok-qrup. İnstitut — futbol klubu. İnstitut (Samux) — Samuxda yaşayış məntəqəsi.
Heydər Əliyev adına Hərbi İnstitut
Heydər Əliyev adına Hərbi İnstitut — Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən, orta ixtisas təhsili, ali və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsi. Heydər Əliyev adına Hərbi İnstitut Heydər Əliyev adına Ali Hərbi Məktəbin hüquqi varisidir. Döyüşlərdə göstərdiyi igidliklərinə görə məktəbin məzunlarından bir qismi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı və başqa fəxri adlara layiq görülmüşdür.Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-cü il tarixli fərmanına əsasən, məktəb Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin adını daşıyır. Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2015-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Ali Hərbi Dənizçilik məktəbləri ləğv edilmiş, Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə və Hərbi Dəniz Qüvvələri fakültələri yaradılmaqla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə birləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 5 mart 2022-ci il tarixli fərmanı ilə Ali Hərbi Məktəbin əsasında Heydər Əliyev adına Hərbi İnstitut yaradılaraq Milli Müdafiə Universitetinin tabeliyinə verildi. == Erkən tarixi == Heydər Əliyev adına Azərbaycan Hərbi İnstitutun tarixi 1918-ci il fevral ayının 6-da Müsəlman Korpusunun komandiri general-leytenant Əliağa Şıxlinskinin bolşevik inqilabından sonra Cənubi Qafqazda legitim hakimiyyət orqanı olan Zaqafqaziya komissarlığına məktubla müraciət etməsi və Milli Hərbiyyə Məktəbinin açılması haqqında icazə istəməsi ilə başlayır. 1918-ci ilin mayında Azərbaycana gələn Nuru Paşa, Türk əsgərləri və yerli qüvvələr əsasında yaradılan Qafqaz İslam Ordusunun komandanı təyin edildi. Türk zabitlərinin yaxından köməyi və iştirakı ilə, Azərbaycan Demokratik Cumhuriyyəti ordusunu milli kadrla təmun etmək məqsədi ilə 1918-ci ilin iyun ayinda Nuru Paşanın rəhbərliyi ilə Gəncədə ilk hərbi məktəb yaradıldı. Zaqafqaziya Komissarlığının razılığı ilə 1918-ci il mart ayının 1-də Tiflis şəhərində Milli Hərbiyyə Məktəbi açılmış elan edildi və poruçik Cahangir bəy Zeynalbəy oğlu Nəsirbəyov Milli Hərbiyyə Məktəbinin rəisi təyin edildi, elə həmin gün də məktəbin dəftərxanası fəaliyyətə başladı və dərhal da kursant qəbulu elan edildi.Korpus komandiri Əliağa Şıxlinskinin əmri ilə Milli Hərbiyyə Məktəbinin daimi heyəti və dəftərxanası 1918-ci il aprel ayının 2-də Tiflisdən Gəncəyə köçürüldü və həmin ayın 8-də Gəncədəki sənət məktəbində yerləşdirilərək öz fəaliyyətini davam etdirdi. 1918-ci ilin aprel ayında bolşevik-daşnak qoşunlarının Gəncə üzərinə hücuma başlaması ilə Azərbaycanda hərbi vəziyyət mürəkkəbləşdiyi üçün Milli Hərbiyyə Məktəbinin fəaliyyəti müvəqqəti olaraq dayandırıldı.
Şərqi Dilləri və Sivilizasiyaları üzrə Milli İnstitut
Şərqi Dilləri və Sivilizasiyaları üzrə Milli İnstitut (fr. Institut national des langues et civilisations orientales) və ya qısaca INALCO — Fransanın Paris şəhərində yerləşən institut. Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Mərkəzi və Şərqi Avropa, Asiya, Sakit okean hövzəsi, Afrika və Amerikanın aborigen xalqlarının dilləri, həmin ərazilərdəki ölkələrin coğrafiyası, tarixi, siyasi, iqtisadi və ictimai həyatı tədris olunur. 1669-cu ildə, Fransa kralı XIV Lüdoviqin hakimiyyəti dövründə əsası qoyulmuş Gənclər Dil Məktəbi XX əsrdə institut statusu almışdır. İkinci dünya müharibəsindən sonra institutda tədris olunan dillərin sayı 50-yə çatmışdı. 1971-ci ildən indiki adla adlanan institut 3-cü Paris Universitetinin nəzdində idi. 1985-ci ildən isə müstəqildir. Hazırda institutda 11 mindən çox tələbə təhsil alır, burada Asiya, Afrika, Şərqi Avropa və Amerikanın yerli xalqlarına məxsus 96 dil və mədəniyyət tədris edilir. Tədris olunan fənlərin sayı isə 1500-ə çatır. Azərbaycan dili institutun Avrasiya departamentinə daxildir.