instinktiv
instrumental
OBASTAN VİKİ
İnstitut
İnstitut müəyyən bir məqsəd üçün yaradılmış olan mütəşəkkil bir təşkilatdır. Onlar müntəzəm olaraq müəyyən bir mövzular üzrə tədqiqatlar aparmaq məqsədilə yaradılırlar. Bəzi ölkələrdə institutlar universitetlərin bir hissəsi də ola bilirlər. İnstitut sözü latınca Institute və ya institutum sözündən götürülmüşdür. Ümumiyyətlə, institutlar müəyyən mövzularda tədqiqatllar aparmaq üçün yaradılmış olan tədqiqat və ya ictimai təşkilatlardırlar (tədqiqat institutu və ya sosial institut). Onlar həmçinin də müəyyən bir peşə ilə bağlı və yaxud da peşəkar təşkilatlar da ola bilərlər.
İnstitut (Samux)
İnstitut — Azərbaycan Respublikasının Samux rayonunun Çoban Abdallı inzibati ərazi vahidində fəhlə qəsəbəsi. Yaşayış məntəqəsi Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun və Zaqafqaziya Maşın-Sınaq Stansiyasının birləşmiş qəsəbələrindən ibarət olub, 1964-cü ildən ərazisindəki elmi-tədqiqat institutunun adı ilə adlandırılmışdır.<ref name="ATEL"/ Qəsəbə Gəncəçayın sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. Əhalisi 2000 nəfərdir. Əhalisinin əsasını azərbaycanlılar təşkil edir. Bundan başqa ruslar, ukraynalılar da yaşayır.
İnstitut (dəqiqləşdirmə)
İnstitut — elmi tədqiqat idarəsi; ali məktəb növü; İnstitut — ictimai quruluşun bu və ya digər forması; İnstitut — rok-qrup. İnstitut — futbol klubu. İnstitut (Samux) — Samuxda yaşayış məntəqəsi.
Sosial institut
Sosial və ya ictimai institut — bu və ya digər cəmiyyətə və ya bu və ya digər sosial qrupa xas olan, kollektiv şəkildə paylaşılan dəyərlərə əsaslanan və hərəkət, düşüncə və hiss üsulları kimi ümumiləşdirilən bir-biri ilə əlaqəli normalar sistemi. Sosial institutlar normalar və sosial gözləntilər əsasında qurulur və sosial həyat praktikalarını doğurur. Sosial institutlar ideyası sosial struktur anlayışı və insanların sosial mütəşəkkil fəaliyyəti ilə əlaqələndirilir . İnstitutlara xüsusi mülkiyyət, demokratiya, vətəndaşlıq, nikah, müqavilə, ailə və s. misal göstərmək olar. İnstitutlar sosial rolları müəyyən edir , sosial institutlarda dəyişikliklər sosial dəyişikliyin əsas meyarı hesab olunur . Belə bir fikir var ki, bu və ya digər ölkədə mövcud olan sosial institutların xarakteri həmin ölkənin uzunmüddətli perspektivdə inkişafının uğur və ya uğursuzluğunu müəyyən edir. Ehtimal olunur ki, ictimai elmlərdə "institut" terminini ilk dəfə italyan filosofu və tarixçisi, müasir sosiologiyanın sələfi Cambattista Viko (1668–1744) işlətmişdir. 1693-cü ildə mülki qurumlar haqqında bir neçə əsər yazmışdır. Sosioloji ədəbiyyatda "institut" anlayışı sosiologiyanın bir elm kimi formalaşmasından bəri istifadə olunmağa başlandı və institusional yanaşma sosiologiyanın yaradıcıları — Ogust Kont və Herbert Spenserə qədər gedib çıxır.
Heydər Əliyev adına Hərbi İnstitut
Heydər Əliyev adına Hərbi İnstitut — Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən, orta ixtisas təhsili, ali və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsi. Heydər Əliyev adına Hərbi İnstitut Heydər Əliyev adına Ali Hərbi Məktəbin hüquqi varisidir. Döyüşlərdə göstərdiyi igidliklərinə görə məktəbin məzunlarından bir qismi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı və başqa fəxri adlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-cü il tarixli fərmanına əsasən, məktəb Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin adını daşıyır. Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2015-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Ali Hərbi Dənizçilik məktəbləri ləğv edilmiş, Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə və Hərbi Dəniz Qüvvələri fakültələri yaradılmaqla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə birləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 5 mart 2022-ci il tarixli fərmanı ilə Ali Hərbi Məktəbin əsasında Heydər Əliyev adına Hərbi İnstitut yaradılaraq Milli Müdafiə Universitetinin tabeliyinə verildi. Heydər Əliyev adına Azərbaycan Hərbi İnstitutun tarixi 1918-ci il fevral ayının 6-da Müsəlman Korpusunun komandiri general-leytenant Əliağa Şıxlinskinin bolşevik inqilabından sonra Cənubi Qafqazda legitim hakimiyyət orqanı olan Zaqafqaziya komissarlığına məktubla müraciət etməsi və Milli Hərbiyyə Məktəbinin açılması haqqında icazə istəməsi ilə başlayır. 1918-ci ilin mayında Azərbaycana gələn Nuru Paşa, Türk əsgərləri və yerli qüvvələr əsasında yaradılan Qafqaz İslam Ordusunun komandanı təyin edildi. Türk zabitlərinin yaxından köməyi və iştirakı ilə, Azərbaycan Demokratik Cumhuriyyəti ordusunu milli kadrla təmun etmək məqsədi ilə 1918-ci ilin iyun ayinda Nuru Paşanın rəhbərliyi ilə Gəncədə ilk hərbi məktəb yaradıldı. Zaqafqaziya Komissarlığının razılığı ilə 1918-ci il mart ayının 1-də Tiflis şəhərində Milli Hərbiyyə Məktəbi açılmış elan edildi və poruçik Cahangir bəy Zeynalbəy oğlu Nəsirbəyov Milli Hərbiyyə Məktəbinin rəisi təyin edildi, elə həmin gün də məktəbin dəftərxanası fəaliyyətə başladı və dərhal da kursant qəbulu elan edildi.
Azdövsutəslayihə institutu
Azdövsutəslayihə — Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin strukturunda olan su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət institutudur. Əsas binası Bakı şəhərində yerləşir. 1930-cu il yanvar ayının 15-də Azərbaycan Su Təsərrüfatı İdarəsində "Su təsərrüfatı obtektlərinin layihələndirilməsi və axtarışı" üzrə "Layihə şöbəsi" kimi yaradılmışdır. Bununla da "Azdövsutəslayihə" institunun əsası qoyulmuşdur. Fəaliyyətin ilk aylarında "Layihə şöbəsi bağlanmış müqavilələr əsasında kanallar, kanal üzərində qurğuların, gözətçi binaların layihələri hazırlanırdı. Meliorasiya və su təsərrüfatı sahəsində görüləcək işlərin yayılma sahəsinin genişlənəcəyini nəzərə alaraq, Azərbaycan Su Təsərrüfatı İdarəsinin "Layihə Şöbəsi" əsasında 1933-cü il aprel ayının 8-də Azərbaycan Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi və Axtarışı üzrə İdarə təşkil olundu. Qısa dövr ərzində layihə-axtarış idarəsində Mil düzündəki qədim suvarma sistemlərinin bərpası layihəsi, Şimali Muğan ərazisində suvarma və kollektor-drenaj sistemlərinin layihə sənədləri hazırlandı. Xudat massivində topoqrafiya işləri görüldü. Bununla yanaşı Salyan düzündə suvarma sisteminin sxematik layihəsi və kollektor suyığıcı sisteminin texniki iqtisadi layihəsi, Kür çayı sahillərindən daşqınlara qarşı mübarizə bəndlərinin layihələri, Araz çayının su qəbul etməklə Mil düzünə və Qarabağın düzən hissələrini suvarılması üçün tədbirlər həyata keçirildi. Bu dövrlərdə Azərbaycanda torpaqların şoranlaşması xəritəsidə tərtib olundu və bataqlıqların qurudulmasında hidromexanizasiya üsulundan istifadəyə başlandı.
Azərbaycan Standartlaşdırma İnstitutu
“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs (AZSTAND) - İnstitut standartların hazırlanmasını, tətbiqini, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyi, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətləri həyata keçirir. Azərbaycan Respublikasi Prezidentinin “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 1234 saylı 10 fevral 2017 –ci il tarixli Fərmanı ilə yaradılmışdır. Fərmana əsasən İnstituta standartların hazırlanmasını, tətbiqini, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyi, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətləri həyata keçirmək səlahiyyəti verilib. “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli, 5 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilmiş və “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi həmin Sərəncamla yeni yaradılan, mərkəzi icra hakimiyyəti statusuna malik Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin idarəçiliyinə verilib. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş və həmin Fərmanla “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi Nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyinə verilib. Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən maraqlı tərəflərin iştirakı ilə bir çox elmi-tədqiqat institutlarının, dövlət və qeyri-dövlət təşkilatlarının bazasında standartlaşdırma üzrə Texniki komitələr təsis edilib: "İnformasiya-kommunikasiya texnologiyaları" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 05), "Turizm və əlaqədar xidmətlər" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 06), "Uyğunluğun qiymətləndirilməsi" üzrə Texniki Komitə (AZSTAND/TK 08), "Ekologiya" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 09), "Tikinti materialları, məmulatları və konstruksiyaları" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 10), "Neft, qaz və onlarla əlaqəli məhsul və materiallar"ın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 20), "Əmək sahəsində" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 21), "Üzümçülük və şərabçılıq məhsulları" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 22), "Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 23), "Heyvandarlıq, quşçuluq, arıçılıq, baramaçılıq və yemçilik sahəsi" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 24), "Meyvəçilik, suptropik bitkilər və çayçılıq məhsulları"nın standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 25), "Tərəvəz toxum-əkin materialları, yetişdirilmiş məhsulların istehsalı, emalı, saxlanması, daşınması" standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 26), "Toxum və əkin materialları" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 27), "Naftalan nefti və ondan alınan məhsullar" üzrə Texniki Komitə (AZSTAND/TK 29), "Taxıl və taxıl məhsulları"nın standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK30), "Ekoloji təmiz kənd təsərrüfatı məhsulları" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 31), "Torpaqşünaslıq, aqroekologiya və aqrokimya sahələri" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 32), "Qida məhsullarının keyfiyyəti və texnologiyası" standartlaşdırma üzrə Texniki Komitə AZSTAND/TK 33, "Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 34), "Neft-mədən avadanlıqları" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 35). Azərbaycan Standartlaşdırma İnstitutu Azərbaycan Respublikasını Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO), Avropa Standartlaşdırma Komitəsi (CEN), MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası (МГС), Beynəlxalq Elektrotexnika Komissiyası (IEC) kimi standartlaşdırma üzrə beynəlxalq təşkilatlarda təmsil edir. Azərbaycan Standartlaşdırma İnstitutu fəaliyyət göstərdiyi müddət ərzində Türkiyə, Almaniya, Serbiya, Ukrayna, İsrail, Qazaxıstan və digər ölkəllərin milli standartlaşdırma qurumları ilə ikitərəfli əməkdaşlıq münasibətlərinin yaradılmasına nail olub. Sumqayıt regional bölməsi, Gəncə regional bölməsi, Yevlax regional bölməsi, Şəki regional bölməsi, Lənkəran regional bölməsi, Salyan regional bölməsi.
Azərbaycan Sənaye İnstitutu
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ya qısaca ADNSU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Universitetin tarixi 1887-ci ildən başlayır. 10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılmışdır. 1896-cı ildə texniki məktəb "Bakı aşağı səviyyəli texniki məktəbə" çevrilmişdir. 1896–1905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910-cu ildə mexanika şöbəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi. 1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfəri azərbaycanlı idi. 1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–memarlıq şöbələri fəaliyyət göstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur.
Azərbaycan Texnologiya İnstitutu
Azərbaycan Texnologiya Universiteti — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun Kirovabad filialı fəaliyyətə başlayıb. Azərbaycan Texnologiya İnstitutu Heydər Əliyevin təşəbbüsü ilə, keçmiş SSRİ Nazirlər Sovetinin 202 saylı 22 fevral 1979-cu il tarixli, ona müvafiq Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı 10 iyul 1980-ci il tarixli qərarı ilə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun Kirovabad (indiki Gəncə) filialının bazasında, Krasnodar Politexnik İnstitutunun Bakı filialını, həmçinin S. Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Şərabçılığın texnologiyası" ixtisasını birləşdirməklə yaradılıb. Respublika ali məktəbləri arasında 1982-ci ildə keçirilən yarışda Azərbaycan Texnologiya İnstitutu ikinci yer, 1983 və 1984-cü illərdə isə birinci yer tutaraq Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin və sahə Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Həmçinin 1984-cü ildə Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan LKGİ MK-nın Keçici Qırmızı Bayrağı ilə təltif olunmuşdur. Universitetdə hazırda 4 fakültə, 17 kafedra, aspirantura və magistratura şöbəsi, elmi-tədqiqat bölməsi, hazırlıq kursu, iki elmi-tədqiqat laboratoriyası, ingilis dili resurs mərkəzi, kitabxana, İnformasiya Hesablama Mərkəzi, tibb məntəqəsi, 3 iaşə, 4 istehsalat-təcrübə obyekti, idman zalı (sahəsi 1000 m².) və tələbə şəhərciyi fəaliyyət göstərir. Universitetdə 1983-cü ildən çoxtirajlı "Texnoloq" qəzeti və 2004-cü ildən isə "Elmi xəbərlər" məcmuəsi nəşr olunur.
Azərbaycan Tibb İnstitutu
Azərbaycan Tibb Universiteti – Azərbaycanın tibb profilli ali təhsil müəssisəsi. Azərbaycanda yüksəkixtisaslı tibb kadrlarının hazırlanması 1919-cu ilin noyabrında ilk Azərbaycan Demokratik Respublikası parlamentinin qərarına əsasən, tibb fakültəsi də daxil olmaqla dörd fakültədən ibarət Bakı Dövlət Universitetinin yaradıldığı vaxtdan başlamışdır. 1919-cu ilin may ayında tanınmış cərrah professor İ. Razumovskinin rəhbərliyi altında xüsusi hazırlıq komissiyası təşkil edilmiş, üç ay sonra isə Universitet ilk tələbələrini qəbul etmişdir. Tibb fakültəsinin yaradılmasında tanınmış alimlərdən professorlar İ. Şirokoqorov, S. Davidenkov, F. İlyin, L. Levin, N. Uşinski, K. Malinovski, P. Rostovsev, M. Çlenov və başqalarının böyük rolu olmuşdur. Hökumətin qərarına əsasən, Bakı şəhərinin mühüm xəstəxanaları Universitetin istifadəsinə verildi. Həmin dövrdə tibb kadrları hazırlanmasının Bakı Dövlət Universitetinin ilk buraxılışı 1922-ci ildə oldu və 30 məzuna şərəfli həkim adı verildi. Onların arasında iki azərbaycanlı qız da var idi: Adilə Şahtaxtinskaya və Ceyran Sultanova. 1930-cu ilə kimi Bakı Dövlət Universiteti tibb fakültəsi 1407 həkim hazırladı. Onların arasında 292 azərbaycanlı oğlan və 56 qız var idi. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyunda Bakı Dövlət Universiteti tibb fakültəsinin müstəqil, 2 fakültəsindən ibarət (müalicə-profilaktika və sanitariya-gigiyena) tibb institutuna çevrilməsi haqqında 287\99 saylı qərarı verildi.
Azərbaycan Turizm İnstitutu
Azərbaycan Turizm və Menecment Universiteti — Azərbaycan Respublikasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən ali təhsil müəssisəsi. Universitetin tarixi Azərbaycan Turizm İnstitutunun yaranma tarixindən başlayır. Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2005-ci il tarixli 972 saylı sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli 45 saylı qərarı ilə təsis edilmişdir. İnstitut dövlət təhsil sistemi standartına uyğun olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2006-cı il tarixli, 1556 nömrəli Sərəncamına əsasən Cəfər Məmməd oğlu Cəfərov Azərbaycan Turizm İnstitutunun rektoru təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2014-cü il tarixli, 945 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində Azərbaycan Turizm və Menecment Universiteti yaradılmışdır. Universitetin ilk rektoru Cəfər Məmməd oğlu Cəfərov olmuşdur. O, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2014-cü il tarixli, 976 nömrəli Sərəncamına əsasən Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə İlham İsa oğlu Mədətov Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu — Respublikada tərəvəzçilik sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə yaradılmış institutut. Direktoru Elmar Allahverdiyevdir. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu adlanırdı. 1965-ci ildə Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda fəaliyyət göstərən tərəvəz bitkiləri şöbəsinin bazasında Tərəvəzçilik Elmi Tədqiqat Institutu yaradıldı və 3 təcrübə stansiyasi (Lənkəran TS-faraş tərəvəzçilik zonası, Qusarçay TS — inkişaf etmiş konserv sənayesi zonası, Tovuz TS-kartofçuluq zonası), 1 dayaq məntəqəsi (Şəmkir Dayaq Məntəqəsi-yüksək keyfiyyətli toxumluq kartof məhsulunun alınması zonası) və 1 yardımçı təcrübə təsərrüfatı (Abşeron yardımçı təcrübə təsərrüfatı) onun sərəncamına verildi. Institut yarandığı vaxtdan bir sıra nailiyyətlərin aparıcısı olmuşdur. İnstitutun seleksiyaçı alimləri tərəfindən tərəvəz, bostan və kartofun 100-ə qədər sortu yaradılmışdır ki, onlardan 38-i rayonlaşdırılmış, 10 sort isə Seleksiya Nailiyyətlərinin Sınağı üzrə Dövlət Komissiyasında sınaqdan keçirilir. Az. ETTİ Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat institutları, 8 Regional Elm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar, Radiobiologiya, Aqrokimya və Torpaqşünaslıq, Zoologiya İnstitutları, Bakı Dövlət Universiteti, Özbəkistan Elmi-Tədqiqat Tərəvəzçilik, Bostançılıq və Kartofçuluq İnstitutu, Qazaxıstan Elmi-Tədqiqat Kartofçuluq və Tərəvəzçilik Institutu ilə əməkdaşlıq edir. İnstitutda fəlsəfə və elmlər doktorları üzrə doktorantura təhsili həyata keçirilir.
Azərbaycan Xalq Təsərrüfatı İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən biri. Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub. 1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb.
Azərbaycan Xarici Dillər İnstitutu
Azərbaycan Dillər Universiteti və ya qısaca ADU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Azərbaycanın ali məktəblərində xarici dillərin tədrisinə keçən əsrin 20-ci illərində başlanmış, 1936/1937-ci tədris ilində isə ilk dəfə olaraq Azərbaycan Pedaqoji İnstitutunda (APİ) müstəqil Xarici dillər kafedrası yaradılmışdır. Lakin xarici dilləri tədris edən milli pedaqoji kadrlar çatışmadığından Azərbaycan Xalq Komissarlar Soveti 1937-ci il oktyabr ayının 9-da "Azərbaycan Pedaqoji İnstitutunda Xarici dillər fakültəsinin təşkil edilməsi haqqında" qərar qəbul etdi. 1937/1938-ci tədris ilində fakültəyə 175 nəfər qəbul edildi: ingilis dilinə 59 nəfər, alman dilinə 92 nəfər, fransız dilinə 24 nəfər. Onlardan 46 nəfəri Azərbaycan bölməsinə, 129 nəfəri rus bölməsinə qəbul olunmuşdu. 1941-ci ildə həmin qəbuldan yalnız 95 nəfəri diplom ala bildi. II Dünya müharibəsi başlandıqdan sonra xarici dil mütəxəssislərinə ehtiyac artdığından Azərbaycan SSR XKS-in 1940-cı ilin oktyabrında "Azərbaycan SSR-in ali və orta məktəblərində alman, fransız və ingilis dillərinin tədrisi haqqında" qəbul etdiyi qərar əsasında APİ-nin Xarici dillər fakültəsi 1941/42-ci tədris ilindən Pedaqoji Xarici Dillər İnstitutuna çevrildi və həmin il instituta 150 nəfər qəbul edildi. Lakin 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq institut yalnız taşkilatlanma prosesini həyata keçirə bildi və XMK-nın əmri ilə sentyabr ayının 1-dən yenidən APİ-nin fakültəsi kimi öz fəaliyyətini davam etdirdi. Müharibədən sonrakı dövrdə xarici dil mütəxəssislərinin hazırlanmasını yaxşılaşdırmaq məqsədilə Respublika Maarif Nazirinin əmri ilə 1948/1949-cu tədris ilindən Bakı şəhərində APİ-nin Xarici dillər fakültəsinin bazasında Pedaqoji Xarici Dillər İnstitutu yaradıldı. İnstitutun ilk rektoru vəzifəsinə Xarici dillər fakültəsinin məzunu və bir müddət fakültənin müəllimi, sonra isə dekanı işləmiş Heybət Paşayev təyin edildi.
Ağ Ciyər Xəstəlikləri İnstitutu
Ağ ciyər xəstəlikləri institutu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu – 1946 ildə Bakıda Elmi Tədqiqat Vərəm İnstitutu adı ilə təşkil edilmişdir. 1988–1999 illərdə Elmi Tədqiqat Ftiziatriya və Pulmonologiya İnstitutu adlandırılmışdır. Tədqiqatları respublikada vərəmlə mübarizənin təşkilinə, bakterioloji müayinə üsulunun inkişafına, bronxun və ağ ciyərin qeyri-spesifik, onkoloji və vərəm xəstəliyinin differensial-diaqnostik problemlərinə, onların spesifik və qeyri-spesifik xəstəliklərinin müalicə metodlarının təkmilləşdirilməsinə, yeni üsullarla müalicəsi problemlərinə, vərəm xəstəliyinin azaldılması yollarının elmi əsaslarınının öyrənilməsinə və s. məsələlərə həsr olunmuşdur. İnstitut vərəm xəstəliyinə qarşı müalicə-profilaktika tədbirləri də hazırlayır. Respublikada vərəmlə mübarizədə M.N.Qədirli, Y.M.Qaziyev, F.M.Vəkilov, F.M. İsmayılov, M.Novruzov və başqalarının rolu olmuşdur. Azərbaycanda ftizio-cərrahlığın pioneri sayılan Fuad Əlaəddin oğlu Əfəndiyev respublikada ilk dəfə ağ ciyər vərəmini cərrahi üsulla müalicə etmişdir. İnstitutun vərəm terapiyası, pulmonologiya, uşaq vərəmi, ağciyərdənkənar orqanlarda vərəm, ftizio cərrahiyyə, torakal cərrahiyyə, bronxoloji, müalicə-reabilitasiya, funksional diaqnostika, ambulator diaqnostika, anesteziologiya və reanimasiya, elmi informasiya şöbələri, bakterioloji, biokimyəvi, klinik, immunoloji və sitomorfoloji laboratoriyaları, uroloji, ginekoloji, burun-boğaz-qulaq xəstəlikləri kabinetləri; elmi kitabxanası var. İnstitutda 2 elmlər doktoru və 23 elmlər namizədi işləyir. Aspiranturası və klinik ordinaturası var.
Baytarlıq Elmi-Tədqiqat İnstitutu
Baytarlıq Elmi-Tədqiqat İnstitutu — baytarlıq institutu. BETİ-nin təməli Çar hökumətinin qərarı ilə 1901-ci ilin dekabr ayının 12-də Zaqafqaziyada baytarlığa dair ilk elmi müəssisə sayılan taun əleyhinə Zurnabad (Gəncə quberniyası) stansiyası təşkil edilmişdir. 1935-ci ildə hökumətin qərarı ilə respublika torpaq nazirliyinin 1935-ci il yanvarın 20-si 32/34 №-li əmri ilə Az.BETİ Azərbaycan Elmi-Tədqiqat Baytarlıq Təcrübə Stansiyasına çevrildi və Zurnabaddan Bakıya köçürüldü. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 109 nömrəli qərarının 3-cü hissəsinə əsasən Azərbaycan Dövlət baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitut və Azərbaycan Elmi – Tədqiqat Baytarlıq İnstitutunun bazasında Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq Elmi–Tədqiqat İnstitutu yaradılmışdır. İnstitutun tərkibində Gənc alimlər şurası təşkil olunub və instititun gənc alimləri burada da öz elmi fəaliyyətlərini göstərirlər. İnstitut baytarlıq bioloji preparatlarının hazırlanması və onların keyfiyyətinə nəzarət işində istifadə olunan mikroorqanizimlərin ştammlarının depolaşdırılması üzrə Azərbaycan Respulikasının baza müəssisəsidir. Hal-hazırda institutda 20 müxtəlif istehsalat və nəzarət, 5 salmonelyoz və 20 quduzluq, 1 quş qripi və 1 nodulyar dermatit virusunun epizootik ştammları saxlanılır. Zurnabad stansiyasında iribuynuzlu heyvanların taun xəstəliyinə qarşı serum hazırlanaraq 1902-1929-cu illərdə Türkiyədə, İranda, Orta Asiyada və başqa Yaxın Şərq ölkələrində, habelə Azərbaycanda geniş tətbiq edilmişdir. İribuynuzlu heyvanların və camışların pasterelyoz xəstəliyinə qarşı QOA formol vaksin ilk dəfə akademik M.Qəniyevin rəhbərliyi ilə 1949-cu ildə hazırlanmış və istifadəyə verilmişdir. İribuynuzlu heyvanların teyleriozunun törədicisi (Abşeron ştammı) dünyada ilk dəfə Azərbaycanda 1903-cü ildə müəyyən edilmişdir.
Beynəlxalq Elmi Tədqiqat Çəltik İnstitutu
Beynəlxalq Elmi Tədqiqat Çəltik İnstitutu (ing. IRRI) — Kənd təsərrüfatı üzrə beynəlxalq institut İnstitut 1960-cı ilin 8 martında Filippinin Manila şəhərində yaradılmışdır. Düyü istehsalçıları və istehlakçılarının, xüsusən aztəminatlıların maddi rifahının yaxşılaşdırılması; Milli və beynəlxalq proqramlar çərçivəsində çəltiyin istehsalı və emalının qabaqcıl texnologiyalarının işlənib hazırlanması və tətbiqi.
Beynəlxalq Hüquq İnstitutu
Beynəlxalq Hüquq İnstitutu (IML) — (fr. Institut de Droit International, IDI) dünyada beynəlxalq hüququn prinsiplərini müəyyənləşdirən, kodlaşdırmasını yaradan və beynəlxalq problemlərin həlli yollarını təklif edən ilk təşkilatlardan biridir. 1904-cü il üçün Nobel sülh mükafatı laureatı olmuşdur. Beynəlxalq Hüquq İnstitutunun yaradılmasına təşəbbüs Belçika hüquqşünası və Revue de Droit International et de Législation Comparée (International Law and Comparative Law Journal) jurnalının redaktoru Qustav Rolen-Jakmen tərəfindən edilmişdir. Fransa-Prussiya müharibəsindən sonrakı dövrdə (1870-1871) beynəlxalq hüququn inkişafına yönəlmiş kollektiv elmi fəaliyyətlərin təşkili yollarını axtaran bir neçə başqa vəkil ilə yazışmalara başladı. Rolen-Jakmen, İnstitutun yaradılması ilə bağlı təklifləri olan qeyd hazırladı və 10 mart 1873-cü ildə onu Avropa və Amerikanın müxtəlif ölkələrində beynəlxalq hüquq sahəsində iyirmi iki ən məşhur mütəxəssisə göndərdi. 8 sentyabr 1873-cü ildə, Gent bələdiyyə binasının binasında, Rolen-Jakmendən əlavə 10 tanınmış vəkilin iştirak etdiyi İnstitutun təsis konfransı açıldı. Konfransda Tobias Asser (Hollandiya), Vladimir Bezobrazov (Rusiya), İohan Kaspar Blunçhli (Almaniya), Karlos Kalvo (Argentina), David Dadli Fild (ABŞ), Emil de Lavile (Belçika), Ceyms Lorimer (Böyük Britaniya), Paskuale Stanislao Mançini (İtaliya), Qustav Muane (İsveçrə) və Auqusto Pirantoni (İtaliya) iştirak edirdilər. İnstitutun yaradılması qərarı 11 sentyabr 1873-cü il tarixli konfransda verildi; ilk iclas isə 1874-cü ildə Cenevrədə keçirildi. Təsis konfransında İnstitutun Əsasnaməsi və İnstitutun məqsəd və vəzifələrini müəyyənləşdirən və fəaliyyət prinsiplərini elan edən "İzahlı Qeyd" qəbul edildi.
Beynəlxalq Respublikaçılar İnstitutu
"Gəlin ilk əvvəl ən yaxşını qorumaq cəhdindən — gələcək nəslin taleyini həll edən azadlıq mübarizəsindən başlayaq. Sülh və ədalət naminə, gəlin elə dünyaya gedək ki, orada insanlar öz talelərini müəyyən etməkdə azaddırlar. Azadlıq bəxti gətirən çox az adamın nailiyyəti yox, bütün insanların ümumi beynəlxalq hüququ olmalıdır". ABŞ-nin Beynəlxalq Respublikaçılar İnstitutunun rəsmi saytında qurumun yaranma tarixi haqda məlumat Amerikanın 40-cı prezidenti Ronald Reyqanın 1982-ci ildə Britaniya parlamentindəki çıxışı zamanı dediyi bu sözlərlə başlayır. Çünki Respublikaçılar İnstitutunun yaranmasına da bu çıxış səbəb olub. R. Reyqan həmin çıxışıyla ABŞ-nin dünyada azadlıq və demokratiya uğrunda mübarizə aparanlara dəstək kursunu elan edib və 1983-cü ildə ABŞ Konqresi Reyqanın çağırışına cavab verib: dünyada demokratiyanı dəstəkləmək haqda qərar qəbul edilib. Bu işi görmək isə Beynəlxalq Respublikaçılar İnstitutu (İRİ), Demokratiyaya Milli Yardım Fondu (NED), Beynəlxalq Özəl Müəssisələr Mərkəzi (CİPE) və Amerika Beynəlxalq Əmək Həmrəyliyi Mərkəzi (ACİLS) kimi qurumlara həvalə olunub. Respublikaçılar İnstitutu demokratiyanı ilk olaraq Latın Amerikasına yaymaq məqsədilə yaradılıb. Təşkilatın ilk ofisləri 1984-cü ildə Boliviya, Kolumbiya, Qrenada, Qvatemala və Portuqaliyada açılıb. "Soyuq müharibə"nin sonlarına doğru Respublikaçılar İnstitutu dünyada azadlıq və demokratiyanın dəstəklənməsi istiqamətində araşdırmalarını artırmağa başlayıb.
Birləşmiş Nüvə Araşdırma İnstitutu
Birləşmiş Nüvə Araşdırma İnstitutu (rus. Объединённый институт ядерных исследований) və ya qısaca: BNAİ (rus. ОИЯИ) — Moskva şəhərinin 120 kilometr şimal-şərqində, Moskva vilayətində yerləşən Dubna şəhərində yerləşən nüvə elminin beynəlxalq tədqiqat mərkəzidir. Qurucuları BNAİ-nun 18 üzv dövlətidir. Tərkibini Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan da daxil olmaqla, 18 üzv ölkədən 5,500 nəfər heyət və 1000 doktorant təşkil edir. BNAİ-nun nəzəri və eksperimental tədqiqatlarının əsas istiqamətləri nüvə fizikası, elementar hissəcik fizikası və maddənin qatılaşdırılmış vəziyyətinin tədqiqidır. Sovet İttifaqı və Rusiyada aşkar edilmiş kimyəvi elementlərin dövri sisteminin bütün transuran elementləri BNAİ-da sintez edilmiş və digər ölkələrdə aşkar edilmiş transuran elementlərinin sintezi təkrar edilmişdir.1991-ci ilədək edilən yeni elementlərin sintezi üzrə nailiyyətlər elmi kəşflər kimi qəbul edilmiş və SSRİ-nin Kəşfiyyatlarının Dövlət Reyestrinə daxil olmuşdur. BNAİ-nun qurulduğu gündən bəri, bu institutda dünyadakı aşkarlanmış 18 elementdən- onu aşkar edilmişdir. Birləşmiş Nüvə Araşdırma İnstitutu maddənin əsas xüsusiyyətlərini öyrənmək üçün elmi və maddi potensialını birləşdirmək məqsədilə on bir qurucu dövlətin hökumət nümayəndələri tərəfindən 26 mart 1956-cı ildə Moskvada imzalanmış Sazişin əsasında yaradılmışdır. Eyni zamanda, Sovet İttifaqı 50 faiz, Çin Xalq Respublikasının 20 faizini təşkil etmişdir.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu (BMTB ETİ) — Azərbaycanda fəaliyyət göstərən elmi-tədqiqat müəssisəsi, kənd təsərrüfatı bitkilərinin xəstəlik, zərərverici, alaq otlarından mühafizə xidməti. 6 oktyabr 2022-ci ildə Kənd təsərrüfatı naziri İnam Kərimovun sərəncamına əsasən, İbrahim Cəfərov Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il 109 saylı qərarının 5-ci bəndinə əsasən Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun və Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun (3 şöbə) bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin tərkibində Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu yaradılmışdır. Aqrar sahədə məhsuldarlığın artırılması və qorunub saxlanması çox vacib amillərdən biridir. Zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizə tədbirlərinin elmi əsaslarla işlənməsi məhsulun qorunmasında başlıca rol oynayır. Bu məqsədlə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda (BMTB ETİ) zərərli orqanizmlər haqqında geniş elmi tədqiqat işləri aparılır, onlara qarşı mübarizə tədbirləri hazırlanır. Eyni zamanda texniki bitkilər (pambıq) sahəsində məhsuldar, lif çıxımı yüksək yeni sortların alınması, rayonlaşdırılması, məhsuldarlığın artırılması üçün əlverişli texnologiyaların işlənib hazırlanması istiqamətində elmi tədqiqat isləri aparılır. Həmçinin BMTBETİ-nin Texnologiya laboratoriyasında hər il xam pambıq tədarükü mövsümünə növlər üzrə maşın və əl yığımından ibarər etalonların hazırlanması istiqamətində işlər davam etdirilir. Respublikada yeganə pambıq etalonu bu laboratoriyada hazırlanır. BMTB ETİ-nin Abşeron Təcrübə Stansiyasında pambıq sovkası, alma meyvəyeyəni, üzüm salxım yarpaqbükəni və s.
Braziliya Coğrafiya və Statistika İnstitutu
Braziliya Coğrafiya və Statistika İnstitutu (port. Instituto Brasileiro de Geografia e Estatística, abr. IBGE) — Braziliyada statistik, coğrafi, kartoqrafik, geodezik və ekoloji məlumatların rəsmi səviyyədə toplanmasından məsul olan agentlik. "IBGE" hər 10 ildən bir ümümölkə siyahıyaalma keçirir. Anketlər yaş, ailə gəlirləri, savadlılıq, təhsil, peşə və gigiyena səviyyələri kimi məlumatları əhatə edir. "IBGE" 1936-cı ildə Milli Statistika İnstitutu adı altında yaradılan bir ictimai institutdur. Qurumun qurucusu və baş təşəbbüskarı statist Mario Auqusto Teyşeyra de Freytas idi. "IBGE"nın indiki adı 1938-ci ildə qəbul olunmuşdur. Qurumun qərargahı Rio-de-Janeyro şəhərində yerləşir və hal-hazırkı prezidenti Susana Kordeyro Gerradır. Qurum 13 fevral 1967-ci il tarixdə qəbul edilən qərar ilə federal bir təşkilata çevrilmiş və İqtisadiyyat Nazirliyinə tabe edilmişdir.
Böyük Britaniya və İrlandiya Kral Antropologiya İnstitutu
Böyük Britaniya və İrlandiya Kral Antropologiya İnstitutu (KAİ) (ing. Royal Anthropological Institute of Great Britain and Ireland) — antropologiya sahəsində dünya miqyasında fəaliyyət göstərən beynəlxalq elmi cəmiyyət. 1871-ci ildə yaradılmışdır. Tərkibinə antropologiyanın bütün sahələri, o cümlədən bioloji antropologiya, təkamül antropologiyası, sosial antropologiya, mədəni antropologiya, vizual antropologiya, tibbi antropologiya və bunlar daxilində alt ixtisaslar və s. aiddir. KAİ, antropologiyanın ictimai anlayışı adı ilə antropologiyanın ictimai işlərə və sosial məsələlərə verdiyi töhfəni təbliğ edir. Buraya yalnız akademik antropoloqlar deyil, mövzu ilə maraqlananlar, eləcə də antropologiya təhsili alan və digər sahələrdə çalışan mütəxəssislər daxildir. Kral Antropologiya İnstitutunun prezidenti, adətən, iki illik müddətə seçilir. İnstitutun üzvləri 1837-ci ildə qurulmuş Aborigenləri Müdafiə Cəmiyyətindən 1843 ayrılmış bir qurupun formalaşdırdığı London Etnoloji Cəmiyyətinin qurucu üzvlərinin davamçıları hesab olunurlar. Yaradılan yeni cəmiyyət insan irqləri üzərində aparılan bütün müşahidələrin toplanması və sistemləşdirilməsi üçün mərkəz olmalı idi.
D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən biri. Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub. 1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb.
Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən biri. Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub. 1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb.
Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutu
Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutu (özb. Тошкент тўқимачилик ва енгил саноат институти) — Özbəkistanın paytaxtı Daşkənd şəhərindəki dövlət ali təhsil müəssisəsi. Daşkənd Tekstil İnstitutunun əsası 1932-ci ildə qoyulmuşdur. İlk illərdə institutda iki fakültə: "Pambığın ilkin emalı" və "Mexanika texnologiyası" var idi. Tələbələr 4 ixtisas : pambığın ilkin emalı, toxuculuq, iplik və ipək texnologiyası üzrə məzun olurdular. 1932-33-cü illər ilk tədris ilində institutda 125 tələbə təhsil alıb. 1935-ci ildə institutun dördmərtəbəli binası istifadəyə verildi (bu gün 2-ci tədris binasıdır). O dövrdə institutda 6 istehsalat, 5 tədris laboratoriyası, 5 sinif otağı, idman zalı, kitabxana var idi. 1947-ci ildə institut qiyabi proqramlar üzrə tədrisə başladı; 1955-ci ildə - Mühəndis-iqtisadiyyatı sahəsi üzrə iqtisadi təhsil verməyə başladı. 1958-ci ildə institutda axşam təhsili fakültəsi açıldı.
Daşkənd İslam İnstitutu
İmam Buxari adına Daşkənd İslam İnstitutu özb. Imom Buxoriy nomli Toshkent islom instituti/Имом Бухорий номли Тошкент ислом институти) — Daşkənddəki ali mənəvi təhsil müəssisəsidir. SSRİ-də yeganə ali İslam təhsil müəssisəsi idi. İslam alimlərini, imam-xətibləri, ərəb dili müəllimlərini hazırlayır. İnstitutun ərazisində bir memarlıq abidəsi - Daşkənd Namazqox məscidi yerləşir. Daşkənd İslam İnstitutu 18-ci Zarkaynar keçidi, 47a ünvanında yerləşir. Təhsil müəssisəsinin ərazisində bir memarlıq abidəsi - Həzrəti İmam məscid kompleksinin bir hissəsi olan Daşkənd Namazqox məscidi yerləşir. Təhsil müəssisəsi SSRİ-nin ən böyük müsəlman dini xadimi, Orta Asiya və Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Ziyauddinxan İbn İşon Babaxanın təşəbbüsü ilə yaradılmışdır. İnstitutun tarixi 1970-ci ildən bəri fəaliyyət göstərən məscidlərin imam-xətibləri üçün hazırlıq kurslarından başlayır. Sonra, 1971-ci ildə, kurslar əsasında ali təhsil müəssisəsi - Ali İslam Məhəd yaradıldı.
Dendrologiya İnstitutu
Dendrologiya İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi-nin strukturuna daxil olan elmi təşkilat. Təşkilatın rəhbəri biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənovadır (botanik). Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun yerləşdiyi ərazi 1895–1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağı olmuşdur. 1925-ci ildə bağ dövlət mülkiyyətinə keçmiş sonradan müxtəlif təşkilatların tərkibində olmuşdur. 1924–1926-cı illərdə Ümumittifaq Tətbiqi Botanika İnstitutunun Təcrübə Bazası, 1926–1936-cı illərdə Ümumittifaq Bitkiçilik İnstitutu, 1936–1945-ci illərdə Subtropik bitkillərin təcrübə stansiyası, 1945–1964-cü illərdə E. T. Bağçılıq, Üzümçülük və Subtropik bitkilər İnstitutunun Təcrübə Bazası, 1964–1966-cı illərdə isə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərmişdir. 1966–1996-cı ildə Azərbaycan Elmlər Akademiyası Nəbatat İnstitutunun elmi strukturuna daxil olmuşdur. 1996-cı ildən isə AMEA-nın Rəyasət Heyətinin və Biologiya Elmlər bölməsinin qərarı ilə Mərdəkan Dendrarisi Biologiya Elmləri bölməsinə tabe edilmiş, ona hüquqi status verilmişdir. 2014-cü ildən AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Dendrologiya İnstitutu adını almışdır. 28 iyl 2022 - ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fərmanı ilə Dendrologiya İnstitutu Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Hazırda Dendrologiya İnstitutu Dünya Botanika bağlarının üzvüdür.
Dendrologiya İnstitutu (Azərbaycan)
Dendrologiya İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi-nin strukturuna daxil olan elmi təşkilat. Təşkilatın rəhbəri biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənovadır (botanik). Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun yerləşdiyi ərazi 1895–1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağı olmuşdur. 1925-ci ildə bağ dövlət mülkiyyətinə keçmiş sonradan müxtəlif təşkilatların tərkibində olmuşdur. 1924–1926-cı illərdə Ümumittifaq Tətbiqi Botanika İnstitutunun Təcrübə Bazası, 1926–1936-cı illərdə Ümumittifaq Bitkiçilik İnstitutu, 1936–1945-ci illərdə Subtropik bitkillərin təcrübə stansiyası, 1945–1964-cü illərdə E. T. Bağçılıq, Üzümçülük və Subtropik bitkilər İnstitutunun Təcrübə Bazası, 1964–1966-cı illərdə isə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərmişdir. 1966–1996-cı ildə Azərbaycan Elmlər Akademiyası Nəbatat İnstitutunun elmi strukturuna daxil olmuşdur. 1996-cı ildən isə AMEA-nın Rəyasət Heyətinin və Biologiya Elmlər bölməsinin qərarı ilə Mərdəkan Dendrarisi Biologiya Elmləri bölməsinə tabe edilmiş, ona hüquqi status verilmişdir. 2014-cü ildən AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Dendrologiya İnstitutu adını almışdır. 28 iyl 2022 - ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fərmanı ilə Dendrologiya İnstitutu Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Hazırda Dendrologiya İnstitutu Dünya Botanika bağlarının üzvüdür.
Dövlət Yerquruluşu Layihə İnstitutu
Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutu (bundan sonra İnstitut) Azərbaycan SSR Nazirlər Sovetinin 04 aprel 1968-ci il tarixli 145 saylı qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olmuş keçmiş yerquruluşu ekspedisiyasının, növbəli əkin sisteminin tətbiqi üzrə respublika ekspedisiyasının, Bakı və Gəncə torpaq tədqiqatı ekspedisiyalarının bazasında təşkil olunmuş və Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 1992-ci il tarixli 227 nömrəli Fərmanı ilə keçmiş Dövlət Torpaq Komitəsinin tabeçiliyinə verilmişdir.[mənbə göstərin] İnstitutun Nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 04 sentyabr 1994-cü il tarixli 442 saylı qərarı ilə dövlət qeydiyyatına alınmış, Nazirliyin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən 08 dekabr 1999-cu il tarixdə və 06 may 2002-ci il tarixdə yeni redasiyada 442 say altında təkrar qeydiyyatdan keçirilmişdir.[mənbə göstərin] İnstitut öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əmrlərini, sərəncamlarını,sifarişlərini, göstərişlərini və öz Nizamnaməsini rəhbər tutur. İnstitut Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyində olmaqla, onun vahid sistemini təşkil edir və ona hesabat verir, tapşırıqları və müqavilələr əsasında respublikada torpaq islahatının həyata keçirilməsi ilə bağlı torpaq münasibətlərinin tənzimlənməsi, təsərrüfatçılıq formasından asılı olmayaraq torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin artırılması, ekologiyası və rekultivasiyası sahəsində yerquruluşu, torpaq kadastrı, torpaq tədqiqatı, geobotaniki tədqiqat, torpaq uçotunun aparılması, torpaq istifadəçilərinin və mülkiyyətçitlərinin sifarişi ilə yerquruluşu planlarının hazırlanması, torpaqlardan istifadəyə, onların mühafizəsinə, münbitliyinin təmin olunmasına, rekultivasiyasına dair layihələrin hazırlanması və digər layihə-axtarış işlərini həyata keçirən baş podratçı təşkilatdır, topogeodeziya, topoplanalma mühəndis-geodeziya və geniş məqsədli, müxtəlif təyinatlı xəritəçəkmə işlərini yerinə yetirir. İnstitut öz fəaliyyətini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyində olan təşkilatlarla, habelə Dövlət və Bələdiyyə orqanları ilə, qarşılıqlı əlaqəli qaydada həyata keçirir. İnstitut hüquqi şəxsdir, müstəqil balansa, xərclər smetasına, operativ idarəçilik hüququ ilə dövlət mülkiyyətində olan əmlaka, müvafiq bank hesablarına, Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. İnstitutun əmlakını onun əsas fondları, dövriyyə vasitələri və onun balansında olan başqa qiymətli məmulatlar təşkil edir. İnstitutunun mərkəzi aparatı və onun vahid sistemini təşkil edən struktur bölmələrinin saxlanması və maddi-texniki təminat xərcləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Bələdiyyə orqanlarının, digər sifarişçilərin vəsaiti hesabına və qanunvericiliyinə zidd olmayan mənbələr hesabına maliyələşdirilir. İnstitut həmin vəsaitlərin sərəncamçısıdır. 2015-ci ildə bazasında Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi yaradıldı.
Şərqi Dilləri və Sivilizasiyaları üzrə Milli İnstitut
Şərqi Dilləri və Sivilizasiyaları üzrə Milli İnstitut (fr. Institut national des langues et civilisations orientales) və ya qısaca INALCO — Fransanın Paris şəhərində yerləşən institut. Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Mərkəzi və Şərqi Avropa, Asiya, Sakit okean hövzəsi, Afrika və Amerikanın aborigen xalqlarının dilləri, həmin ərazilərdəki ölkələrin coğrafiyası, tarixi, siyasi, iqtisadi və ictimai həyatı tədris olunur. 1669-cu ildə, Fransa kralı XIV Lüdoviqin hakimiyyəti dövründə əsası qoyulmuş Gənclər Dil Məktəbi XX əsrdə institut statusu almışdır. İkinci dünya müharibəsindən sonra institutda tədris olunan dillərin sayı 50-yə çatmışdı. 1971-ci ildən indiki adla adlanan institut 3-cü Paris Universitetinin nəzdində idi. 1985-ci ildən isə müstəqildir. Hazırda institutda 11 mindən çox tələbə təhsil alır, burada Asiya, Afrika, Şərqi Avropa və Amerikanın yerli xalqlarına məxsus 96 dil və mədəniyyət tədris edilir. Tədris olunan fənlərin sayı isə 1500-ə çatır. Azərbaycan dili institutun Avrasiya departamentinə daxildir.

Значение слова в других словарях