Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kyoto Animation
Kyoto Animation Co., Ltd. (yap. 株式会社京都アニメーション Hepburn: Kabushiki-gaisha Kyōto Animēshon), Azərbaycanca Kioto Animation. qısaca KyoAni (京アニ), Yapon animasiya və manga studiyası və şirkətidir. Bu şirkət Yaponiyanın Kioto Bölgəsinin Uji çəhərində yerləşir. Şirkət 1981-ci ildə yaranmış və əsas komandası keçmiş Muşii anime studiyasının animatorları olmuşdur. Şirkətin sahibi Hideaki Hattadır. Studiyanın həmçinin Animation Do studiyası ilə əlaqələri var. 2015-ci ilə kimi KioAni 21ə yaxın anime filmi və serialları buraxmış və çap etmişdir. Çoxlu animasiya studiyalarından fərqli olaraq animatorlar freelancer deyil, müqaviləli işçilərdir 18 iyul 2019cu ildə baş verən yanğının səbəbi bir insanın binaya benzin tökərək yandırmasıdır.Polislər bildirib ki,cinayətkar yanğını törətdiyini etiraf edib,lakin səbəbi hələ də bəlli deyil.Bu binada 70 nəfərdən çox insan varmış və bunlardan 33 nəfəri sağ çıxa bilməyib.Yeri gəlmişkən,cinayətkarın özü də yaralanmışdı.
Kyoto Animation qətliamı
Kioto Animation qətliamı (京都アニメーション放火殺人事件) — 18 iyul 2019-cu ildə Yaponiyanın Kioto şəhərinin Fuşimi rayonunda Kyoto Animation anime studiyasında baş vermiş qətliam. Qətliam hadisəsi Yaponiya Standart Vaxtı ilə saat 10:35-də 41 yaşlı Şinci Aoba tərəfindən törədilmişdir. O, əvvəlcə "Ölün!" və "Gəbərin!" deyə qışqırmış, ofislərə və işçilərin üstünə benzin tökmüş və alışqanla yandırmışdır. İnsident nəticəsində azı 34 nəfər ölmüş, 35 nəfər yaralanmışdır. Studiyanın işçilərindən biri cinayətkarı evinə qədər təqib etmişdir və cinayətkar polis tərəfindən evində həbs edilmişdir. Bu, 1945-ci ildən sonra Yaponiyada bir şəxs tərəfindən törədilmiş ən dəhşətli cinayət hadisəsi və 2001-ci ildəki Myojo 56 binası yanğınından sonra Yaponiyada baş vermiş ən dəhşətli bina yanğınıdır. Hadisədən sonra dünya liderləri tərəfindən dəstək mesajlarını bildirmiş, studiya üçün 1,7 milyon ABŞ dolları məbləğində ianə yığılmışdır. İnsidentə görə studiyanın bəzi işləri gecikməyə uğramışdır. Kyoto Animation Yaponiyanın Kioto şəhərində yerləşən animasiya studiyası və ranobe nəşriyyatçısıdır. Birinci studiyası Fuşimidə yerləşir.
Session Initiation Protocol
Session Initiation Protocol (SIP; azərb. Sessiyanın başlanması protokolu‎) — səs, video və mesajlaşma proqramlarını əhatə edən kommunikasiya seanslarını başlatmaq, saxlamaq və dayandırmaq üçün istifadə olunan siqnal protokolu SIP internet telefoniyasında, şəxsi IP telefon sistemlərində, həmçinin LTE (VoLTE) üzərindən mobil telefon zənglərində istifadə olunur. Protokol mübadilə olunan mesajların xüsusi formatını və iştirakçıların əməkdaşlığı üçün kommunikasiyaların ardıcıllığını müəyyən edir. SIP mətn əsaslı protokoldur, "Hypertext Transfer Protocol" (HTTP) və "Simple Mail Transfer Protocol" (SMTP) kimi bir çox elementlərini özündə birləşdirir. SIP ilə qurulan zəng çoxsaylı striminq mediasından ibarət ola bilər, lakin SIP mesajında faydalı yük kimi məlumat mübadiləsi edən mətnli mesajlar kimi proqramlar üçün ayrıca striminq tələb olunmur. SIP sessiya mediasını təyin edən və daşıyan bir neçə digər protokollarla birlikdə işləyir. Ən çox media növü və parametrlərinin müzakirəsi və media quraşdırması SIP mesajlarında faydalı yük kimi daşınan Sessiya Təsviri Protokolu (SDP) ilə həyata keçirilir. SIP əsas nəqliyyat təbəqəsi protokolundan müstəqil olmaq üçün nəzərdə tutulmuşdur. Bu, "User Datagram Protocol" (UDP), "Transmission Control Protocol" (TCP) və "Stream Control Transmission Protocol" (SCTP) ilə istifadə edilə bilər. Təhlükəsiz şəbəkə əlaqələri üzərindən SIP mesajlarının təhlükəsiz şəkildə ötürülməsi üçün protokol "Transport Layer Security" (TLS) ilə şifrələnə bilər.