Adi dəvətikanı
Adi dəvətikanı (lat. Alhagi maurorum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin dəvətikanı cinsinə aid bitki növü.
== Botaniki təsviri ==
Hündürlüyü 30-70 sm olan çoxillik tiknalı ot bitkisidir. Gövdəsi açılmış budaqlıdır, budaqları çılpaq, nazik, yaşıl rəngdədir, iti bucaq altında yuxarı yönəlmişdir. Aşağıdakı tikanları 1-2 sm uzunluqda bərk, digərləri yumşaq elastik, yayın sonlarında bir qədər bərkiyir və 2-3 sm çatır. Yarpaqlarının uzunluğu 5–28 mm, eni 1–8 mm, uzunsov lansetvari və ya oval formalıdır. Çiçəkləri, 3-8 sayda olmaqla, tikanların üstündə açılır, tacı çəhrayıdır. Paxlası çılpaq, əyri və ya düzdür, hərəsində 1-10 toxum vardır. İyun-iyul aylarında çiçəkləyir və meyvə verir.
== Mənşəyi və yayılması ==
Adi dəvətikanı kserofil coğrafi tipinin önasiya sinfinin kiçik asiya qrupuna aiddir.