Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İroniya
İroniya (q.yun. εἰρωνεία "bəhanə") — trop, burada həqiqi məna gizlədilir və ya aşkar mənaya zidd olur. İroniya insanda belə hal yaradır ki, sanki, müzakirə predmeti görünən kimi deyildir İroniya — bu sözlərin mənfi halda ifadə olunmasıdır. Məsələn: "Sən igidsən!", "Kamallı-ağıllısan…" Burada müsbət fikirlər mənfi məna daşıyır.
Sokratik ironiya
Sokratik ironiya — dialoq aparma metodu. Söhbətin əvvəlində həmsöhbətin xəyali cəhaləti və razılığı qəbul edilir. Sonrakı dəqiqləşdirici suallar əqidələrin saxtalığını və rəqibin nadanlığını göstərir. Əvvəlcə Qədim Yunanıstanda "εἰρωνεία" termini "özünü aşağılama" mənasını verirdi. Sokratın bu dialoq üsulundan istifadə etməsi dövrün özəllikləri ilə bağlı idi. İroniyadan istifadə filosofa nəinki sofistlərə qarşı durmağa, həm də onların arqumentlərini təkzib etməyə imkan verirdi. Sørn Kyerkeqora görə, "ironiya dünyada Sokratla birlikdə meydana gəlmişdir". Sokratik istehza fəlsəfi diskussiya üsulu kimi son antik dövrdə öz əhəmiyyətini itirmişdir. Əvvəlcə Qədim Yunanıstanda "εἰρωνεία" sözü "özünü aşağılama", "özünü alçaltma", "iddia" mənasını verirdi. Termin öyünmənin antonimi idi.
Aroniya
Aroniya (lat. Aronia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Proniya
Proniya (yun. πρόνοια – qayğı) — XI–XV əsrlərdə Bizansda feodal institutu, xidmətə görə mükafat olaraq dünyəvi şəxsə və ya monastıra müəyyən ərazini idarə etmək və ondan vergi toplamaq hüququ ilə ömürlük (bəzən irsi) imperiya qrantı. Ən böyük inkişaf XII əsrin ikinci yarısında, torpaq mülkiyyətinin xidmət, əsasən hərbi xidmət şərtləri ilə verildiyi vaxt baş vermişdir. Zamanla proniya irsi mülkiyyətə çevrilmişdir. Tipoloji cəhətdən Qərbi Avropada benefisiyaya yaxındır. XI əsrə qədər artıq əhəmiyyətli gücə malik olmayan Bizans aristokratları hakim imperatoru dəstəkləmək üçün aldıqları fəxri adlardan və titullardan yapışmışdılar. IX Konstantinin dövründə aristokratiya imperiyanın müxtəlif yerlərində öz suverenliyini açıq şəkildə bəyan etməyə, öz məqsədləri üçün yerli əhalidən vergi yığmağa və tez-tez bu vəsaitləri mərkəzi hakimiyyətə qarşı üsyanlar hazırlamaq üçün istifadə etməyə başlamışdı. XI əsrin sonlarında I Aleksey Komnin zadəganları Bizans ərazisində yaymaq qərarına gələrək aristokratiyanı dəyişdirməyə çalışmışdı. Bu, hərbi xidmət şərtləri altında torpaq qrantı yolu ilə edilmişdir. Beləliklə, imperatora meydan oxumaq arzusunda olan mümkün rəqiblərini Konstantinopoldan uzaqlaşdırmışdır.
İoniya
İoniya (q.yun. ἡ Ἰωνία, lat. Ionia) — Kiçik Asiyada qədim əyalət. Qədim yunanlar özlərinə qədər şərqdə yaranmış elmlə tanış olur, təbiət üzərində müşahidələr aparırdılar. Bir çox ölkələrə səyahət etdilər və təbiət haqqında elmi inkişaf etdirdilər. E.ə. VII əsrdə Milet şəhəri nə Egey dənizinin şərqində yerləşən İoniya əyalətinin şəhərləri elmin mərkəzi idi. İoniya alimləri təbiət hadisələri üzərində müşahidələr aparır, onları izah etməyə, onların səbəblərini aşkar etməyə çalışırdılar. İoniya alimləri dünyanın mənşəyini də izah etməyə cəhd göstərirdilər. Bir qrup alimlər təbiətin başlanğıcını suda, bəziləri havada, torpaqda, digərləri odda görürdülər.
Qarameyvə aroniya
Qarameyvə aroniya (lat. Aronia melanocarpa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin aroniya cinsinə aid bitki növü.
İoniya bərqvuranı
İoniya bərqvuranı (lat. Thaleropis ionia) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin nimfalidlər fəsiləsinin bərqvuran cinsinə aid heyvan növü. Qanadları açıq halda 40-50 mm-dir. Ön qanadların xarici kənar boyunca ensiz qonur haşiyə keçir. Qanadların ümumi rəngi narıncı, əsası tünddür. Ön qanadların yuxarı küncündə bir neçə ağ ləkə vardır. Qanadların yığmış vəziyyətdə budaqda oturmuş kəpənək rənginə və formasına görə saralmış, quru yarpağı xatırladır. Kiçik Asiya, Türkiyə, Şimali İran, Cənubi Qafqazda rast gəlinir. Azərbaycanda Zəngəzur və Dərələyəz silsiləsinin cənub yamaclarında yayılmışlar. Kserofil kol bitkiləri olan yamaclar və ya seyrək meşəliklər, tək-tək hallarda yolların kənarı.
Eroziya
Eroziya — relyefin erozion formalarının mənşəyini və inkişafını bilmək üçün axar suların işi və onların əsasını təşkil edən fiziki qanunları bilmək lazımdır. Axar suların işi, onların kipetik (canlı) enerjisinin böyüklüyü ilə müəyyən edilir. Axar su yataqlarında eyni vaxtda bir-birinin əksi olan iki müxtəlif proses – eroziya və akkumulyasiya prosesləri gedir. Bu proseslərin kəmiyyət münasibətindən asılı olaraq çay yatağının quruluşu, vaxt getdikcə dəyişikliyə uğrayır. Eroziya üstünlük təşkil edən sahələrdə yataq dərinləşir, akkumulyasiya üstünlük olan sahələrdə isə yataq çayın gətirdiyi məhsullarla dolaraq dayazlaşır. Axar suyun miqdarı və yatağın meyilliyi nə qədər çox olarsa, onun erozion fəaliyyəti də bir o qədər çox olacaqdır. Eroziya dedikdə, çayın yatağını dərinləşdirən və genişləndirən yuma prosesləri başa düşülməlidir. Eroziya prosesi aşağıdakı proseslərdən ibarətdir: Çay hövzəsində aşınmış məhsulun daşınması. Çay yatağında üzə çıxan süxurların çayın dibi ilə aparılan qum, çaqıldaşı, valun vasitəsilə yonulması və çilalanması. Bəzi süxurların (əhənğdaşı, dolomit, gips) suda həll olması və süxurların tərkibindəki duzların yuyulması.
Livoniya
Livoniya (liv. Līvõmō, est. Liivimaa, lat. və lit. Livonija, pol. Inflanty) və ya Livlandiya (alm. Livland‎, arxaik: Liefland; nid. Lijfland; rus. Лифляндия) — Baltik dənizinin şərq sahillərində yerləşən tarixi vilayət. İndiki Latviya sahillərində yaşamış livlərin adından götürülmüşdür.
Mikoniya
Mikoniya (lat. Miconia) — melastomakimilər fəsiləsinə aid bitki cinsi. Miconia nubicola Miconia perelegans Miconia poecilantha Miconia pseudorigida Miconia renneri Mikoniya:The Plant List saytında takson barədə məlumat.
Tiraniya
Tiraniya (yun. τυραννίς - özbaşnalıq, dərəbəylik) — zorakılıq yolu ilə dövlətin təkbaşına idarə edilmə forması. Mədəni epoxada "tiraniya" termini qəddarlıq və mövhumatı, cəhaləti tərənnüm etmiş, sonralar isə XIX əsrdə bu termin "diktatura" ilə əvəz edilmişdir. erkən yunan tiraniyası; erkən fars tiraniyası; sonrakı yunan (kiçik) tiraniya.
Xronika
Salnamə - tarixi hadisələrin xronoloji ardıcıllıqla yazılması, orta əsrlərin tarixi əsərlərinin əsas növlərindən biri. Salnamə xronika ilə eyniyyət təşkil edir.
Abroniya
Abroniya (lat. Abronia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin niktaginkimilər fəsiləsinə aid bitki cinsi.
Bruniya
Bruniya (lat. Brunia) — bitkilər aləminin bruniyaçiçəklilər dəstəsinin bruniyakimilər fəsiləsinə aid bitki cinsi.
Kuroniya
Kurzeme (latış. Kurzeme‎; liv. Kurāmō; alm. və isv. Kurland; lat. Curonia / Couronia; lit. Kuršas; est. Kuramaa; pol. Kurlandia; rus. Курляндия/Курземе; belar.
Aroaniya
Aroaniya (yun. Αροάνια ) və ya Helmos (Χελμός ) — Yunanıstanda, Peloponnesin şimalında yerləşən dağ silsiləsi. 2355 metr hündürlüyü ilə Aroaniya dağları Mora yarımadasında üçüncü ən yüksək dağdır.
Kidoniya
Kidoniya (q.yun. Κῠδωνία) — qədim Yunanıstanda, Kritin şimal-qərb sahilində, indiki Yunanıstanın Xanya şəhəri ərazisində polis. Kidoniyanın yeri XIX əsrdə aşkar edilmişdir. İlkin dövrlərdə Robert Peşli tarixi mənbələrin tədqiqinə əsaslanmışdır, lakin qazıntılar yalnız XX əsrdə başlamışdır. Rəvayətə görə, heyva ilk dəfə Kidoniyada yetişdirilib. Buna görə yunanlar heyvaya Kidon alması ( μῆλον Κυδώνιον ) deyirdilər. Bu bitkinin adlarının bir çox dildə gəldiyi yer budur (Latın cydonia, Fransız coing, İngilis heyva ). Knut Knutsson " qovun " üçün slavyan sözünü cydonia (kəsilmiş heyva və qovun oxşar formasını göstərir) sözündən götürmüşdür. E.ə. V əsr heykəltəraşları Kidonlu Aristokl və Kresil şəhərin yerliləri idi.
Aronia
Aroniya (lat. Aronia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Riniya
Riniya (lat. Rhynia) — bitkilər aləminin riniopsidlər sinfinin riniyaçiçəklilər dəstəsinin riniyakimilər fəsiləsinə aid bitki cinsi.
Eroziya (geologiya)
Eroziya — relyefin erozion formalarının mənşəyini və inkişafını bilmək üçün axar suların işi və onların əsasını təşkil edən fiziki qanunları bilmək lazımdır. Axar suların işi, onların kipetik (canlı) enerjisinin böyüklüyü ilə müəyyən edilir. Axar su yataqlarında eyni vaxtda bir-birinin əksi olan iki müxtəlif proses – eroziya və akkumulyasiya prosesləri gedir. Bu proseslərin kəmiyyət münasibətindən asılı olaraq çay yatağının quruluşu, vaxt getdikcə dəyişikliyə uğrayır. Eroziya üstünlük təşkil edən sahələrdə yataq dərinləşir, akkumulyasiya üstünlük olan sahələrdə isə yataq çayın gətirdiyi məhsullarla dolaraq dayazlaşır. Axar suyun miqdarı və yatağın meyilliyi nə qədər çox olarsa, onun erozion fəaliyyəti də bir o qədər çox olacaqdır. Eroziya dedikdə, çayın yatağını dərinləşdirən və genişləndirən yuma prosesləri başa düşülməlidir. Eroziya prosesi aşağıdakı proseslərdən ibarətdir: Çay hövzəsində aşınmış məhsulun daşınması. Çay yatağında üzə çıxan süxurların çayın dibi ilə aparılan qum, çaqıldaşı, valun vasitəsilə yonulması və çilalanması. Bəzi süxurların (əhənğdaşı, dolomit, gips) suda həll olması və süxurların tərkibindəki duzların yuyulması.
Eroziya fazası
Həsən Pirniya
Həsən Pirniya (fars. حسن پیرنیا‎ , D.1872 – Ö.08/11/1935) – İranın baş naziri, Müşirüddövlə, tarixçi, siyasətçi. == Həyatı == Həsən Pirniya 1872-ci ildə Nayində anadan olmuşdur. Rusiyada hüquq təhsili aldıqdan sonra İrana qayıdan Həsən Pirniya, 1902-ci ildə Rusiyada diplomat kimi fəaliyyət göstərməyə başladı. Daha sonra İranda müxtəlif yüksək vəzifələrdə çalışan Hasan Pirniya 4 dəfə İranın baş naziri təyin edilmişdir. == Əsərləri == Həsən Pirniya, İranın qədim tarixi, 3 ciliddə == Mənbə == Ghani, Cyrus, Iran and the Rise of Reza Shah: From Qajar Collapse to Pahlavi Power (I. B. Tauris: London, 2000). ISBN 1-86064-629-8 Jane Lewisohn, Flowers of Persian Song and Music: Davud Pirniā and the Genesis of the Golhā Programs, Journal of Persianate Studies, Vol. 1, No. 1, pp.
Lamara Çkoniya
Lamara Çkoniya (gürc. ლამარა გრიგოლის ასული ჭყონია; 27 dekabr 1930, Batum – 14 mart 2024, Tbilisi) — gürcüəsilli opera və kamera müğənnisi, pedaqoq, SSRİ xalq artisti (1976). == Boqrafiya == Lamara Çkoniya 27 dekabr 1930-cu ildə indiki Gürcüstanın Batumi şəhərində anadan olmuşdur. 1956-cı ildə Vano Saracaşvili adına Tiflis dövlət konservatoriyasını bitirir. O, Q. M. Qoqiçadzenin sinfində dərs alır. 1956–1960-cı illər və 1968-ci ildə Tbilisi Dövlət Opera və Balet Teatrının salisti olur. 1960–1968-ci illərdə isə Kiyev Dövlət Opera və Balet Teatrında çalışır. Dövlət Akademik Böyük Teatr, Mariin teatrının səhnəsində çıxış edir. Konsert-ifa fəaliyyətinə rəhbərlik etmişdir. Onun kamera repertuarına rus, gürcü və xarici bəstəkarların təxminən 400 əsəri daxildir.
Kiriniya qəsri
Kiriniya qəsri (yun. Κάστρο της Κερύνειας , türk. Girne Kalesi) ― Kiprdə venesiyalılar tərəfindən köhnə limanın şərq ucunda, əvvəlki səlibçi istehkamının üzərində inşa edilmiş 16-cı əsrə aid qala. == Tarix == Kirina qəsri eramızdan əvvəl X əsrdən bəri mövcuddur. Qazıntılarda eramızdan əvvəl VII əsrə aid olan yunan izləri aşkar edilsə də, ərazi Roma hakimiyyəti dövründə şəhər halına gətirilmişdir. Sahədə aparılan araşdırmalar orijinal qəsrin 7-ci əsrdə, bizanslılar tərəfindən şəhərin yeni ərəb dəniz təhdidindən qoruması üçün inşa edildiyini göstərir. Qala tarixi mənbələrdə ilk dəfə 1191-ci ildə, İngiltərə kralı I Riçardın özünü imperator elan etmiş yerli valisi İsaak Komnini məğlub edərək Üçüncü Səlib yürüşünə gedərkən onu ələ keçirəndə qeyd edilmişdir. Qısa bir müddətdən sonra Riçard adanı əvvəlcə Tampliyerlər ordeninə, daha sonra isə əmisi oğlu Luzuinyalı Qaya, Qüdsün keçmiş kralına satdı. Bununla da Kiprdə Kipr krallığının (1192–1489) 300 illik hakimiyyət dövrü başladı. Qəsr əvvəllər olduqca kiçik idi.
Livoniya konfederasiyası
Livoniya konfederasiyası — bu ittifaqa Livoniya ordeni, Riqa arxiyepiskopluğu, Derpt, Ezel və Kurlandiya yepiskopluqları daxil idilər. == Ədəbiyyat == Kasekamp A. Characteristics of Warfare in the Times of Henry of Livonia and Balthasar Russow, Lithuanus // The Lithuanian Quarterly, Vol. 36, № 1, 1990. Plakans A. The Latvians. A Short History. Stanford: Hoover Institution Press, Calif, 1995.
Irania
Ağboğaz bülbül (lat. Irania) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi.
Encyclopædia Iranica
İranika Ensiklopediyası (ing. Encyclopædia Iranica) — Kolumbiya Universitetin İran mədəniyyət və tarixi barədə , 1973-ci ildə nəşr etdiyi ingilis dilində ​​ensiklopediya. Ensiklopediyanın məzmunu yalnız İranla məhdud deyil.İrandan başqa, müəyyən bir dövrdə fars dilinin hakim olduğu məntəqələrdə daxil edilibdir, o cümlədən: Əfqanıstan, Tacikistan, Türkiyə, Qafqaz, Cənubi Asiya, Orta Asiya və Mesopotamiya.Fars dünyasının digər mədəniyyətlərlə əlaqəsini də əhatə etmişdir. İndiyə qədər 15 cild nəşr edilib və 45 cilddən çox nəşr olunması planlaşdırılır. Baş redaktoru professor Ehsan Yarşater və məsul redaktoru Əhməd Əşrəfdir.