Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
INOGATE
INOGATE Proqramı Avropa İttifaqı (Aİ) Qara Dəniz və Xəzər Dənizi hövzəsi ölkələri və onların qonşuları arasında beynəlxalq enerji əməkdaşlığı Proqramıdır. Proqram 1996-cı ildən fəaliyyət göstərir. İNOGATE Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və uzun müddətdən bəri davam edən enerji sahəsində texniki yardım proqramlarından biridir. 2006-cı ilədək Proqram TACIS Regional Əməkdaşlıq Proqramı tərəfindən, 2007-ci ildən etibarən isə Proqram Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) – Şərqi Regional İndikativ Proqramı 2007–2010 və 2010–2013-cü illər çərçivəsində Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) tərəfindən maliyyəlləşdirilməkdədir. EuropeAid bu proqrama AQTA və İnkişaf Əməkdaşlığı Aləti vasitəsilə dəstək göstərir. == Mənşəyi == INOGATE 1995-ci ildə Neft və Qazın Avropaya Dövlətlərarası Nəqlinə (INterstate Oil and GAs Transportation to Europe) Avropa İttifaqının dəstək mexanizmi kimi başladılmışdır (Bu səbəbdən adını akronimdən almaqdadır). İlkin mərhələdə Proqram Şərqi Avropa və Qafqazlardan Avropa İttifaqına uzanan neft və qaz boru kəmərlərinin fəaliyyəti ilə bağlı olmuşdur. 2001-ci ildə Kiyevdə 21 ölkə tərəfindən boru kəmərlərinin inkişafı və möhkəmləndirilməsi sahəsində əməkdaşlığa dair "Çərçivə Sazişi" imzalanmışdır. Bundan sonra 2004-cü ildə Azərbaycanın paytaxtı Bakıda və 2006-cı ildə Qazaxıstanın paytaxtı Astanada keçirilmiş Konfranslarla INOGATE Aİ və keçmiş Sovetlər İttifaqı ölkələri (Rusiya Federasiyası və Baltik Dövlətləri xaric və Türkiyə daxil olmaqla) arasında geniş enerji tərəfdaşlığı alətinə çevrilmiş və fəaliyyətlərini dörd istiqamət üzrə cəmləmişdir: • Enerji təhlükəsizliyinin artırılması• Aİ-nın daxili enerji bazarının prinsipləri əsasında üzv ölkələrin enerji bazarlarının yaxınlaşdırılması • Dayanıqlı enerji inkişafının dəstəklənməsi • Ümumi və regional maraqlara cavab verən enerji layihələrinə investisiyaların cəlb olunması. == Tərəfdaş ölkələr == INOGATE Proqramının Tərəfdaş ölkələri aşağıdakılardır: Türkiyə INOGATE Proqramının Tərəfdaş ölkəsi qismində çıxış edir və mütəmadi olaraq INOGATE iclaslarında iştirak etməyə dəvət edilir, lakin Türkiyə bu proqramda benefisiar ölkə deyildir.
The Isolator
The Isolator (絶対ナル孤独者, Zettai naru Aisorēta, azərb. İzolyator‎) — Şimecinin rəssamlığı ilə Reki Kavahara tərəfindən yazılan ranobe seriyası. ASCII Media Works 2014-cü ilin iyunundan bu yana 4 cildini nəşr etmişdir. Naoki Koşimizunun rəssamlığı ilə hazırlanan manqa adaptasiyası "Dengeki Daioh" jurnalında nəşr olunur. Yen Press ranobe və manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır. == Məzmun == 2019-cu ilin avqustunda alimlər Yer kürəsinin kənarından gələn və onları böyük kataklizmdən xəbərdar edən siqnallar qəbul edirlər. Bu hadisədən sonra müxtəlif Yerdənkənar həyat formaları insanlarla ünsiyyətə girməyə başlayırlar. Onlarla ünsiyyətdə olan şəxslər Üçüncü göz adlandırılırlar və müxtəlif güclər əldə edirlər. Bəziləri səs sürətində hərəkət etmək bacarığı qazanır, bəziləri poladı belə kəsən qılınc əldə edir. Hadisələrin əsas diqqət mərkəzində 17 yaşlı dərrakəli oğlan Minoru Utsuqi və supergüclərə malik şəxslərə nəzarət edən təşkilatın üzvü Yumiko Azudur.
Zettai naru Isolator