Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İspanca
İspan dili (español) — Hind-Avropa dil ailəsinin roman qrupuna aid dil. İspaniyada, Argentinada, Meksikada, Kubada, Kosta-Rikada, Uruqvayda, Venesuelada, Kolumbiyada, Puerto-Rikoda, Nikaraquada, Hondurasda, Çilidə, Peruda, Ekvadorda, Qvatemalada, Boliviyada, Dominikan Respublikasında, Salvadorda, Paraqvayda, Panamada, Ekvatorial Qvineyada, Qərbi Səhrada və qeyri-rəsmi olaraq Amerika Birləşmiş Ştatlarında, Filippində, Andorrada, Belizdə və Cəbəli-Tariqdə danışılır. İspan dili və ya kastiliya dili (İsp: español və ya castellano), Hind-Avropa dil ailəsinə bağlı latın dillərindən biridir. Dünyada ən çox danışılan ikinci dildir (Çindən sonra). 559 milyon insanın danışdığı dildir. Avropa ölkələrindən sadəcə İspaniyada rəsmi dildir. Həmçinin, bu dil, bir çox Latın Amerika ölkələrinində rəsmi dilidir. Məsələn: Kuba, Argentina, Kolumbiya, Kosta-Rika, Çili, Ekvador, Qvatemala, Peru, Meksika, Uruqvay və digər ölkələr İspan ədəbiyyatı antologiyası. Bakı: "Şərq-Qərb", 2007.
İspanca Vikipediya
İspanca Vikipediya (isp. Wikipedia en español) — Vikipediyanın ispan dilində olan bölməsidir.
Sancağ-ı Şərif
Sancağ-ı Şərif — İslam peyğəmbəri Məhəmmədin istifadə etdiyi qara rəngli bayraq. XVI əsrdən etibarən İstanbulda mühafizə edilən bayraq hal-hazırda Topqapı Sarayında digər Müqəddəs Əmanətlərlə birlikdə saxlanılır. Sancağ-ı Şərifin Osmanlıların əlinə nə vaxt keçdiyi məlum deyil. I. Səlimin Misir səfərinin sonunda Hicaza girməsi nəticəsində 1517-ci ildə bayraq İstanbula göndərildi. XVI əsrin sonlarından etibarən bayraq uğur gətirməsi inancı ilə padşahla birlikdə səfərlərə qatılırdı. İlk dəfə III. Mehmed tərəfindən 1596-cı ildə Əyri Səfərinə aparıldı. Daha sonrakı illərdə Osmanlı padşahlarının səfərlərə qatılmaması ilə bağlı səfərə çıxan sədrəzəm vəya sərdar-i əkrəmlərlə birlikdə səfərə göndərildi. Bundan başqa Sancağ-ı Şərif Osmanlılara qarşı çıxan üsyanlarda xalqı qəlyana gətirmək üçün də istifadə edilmişdir. 3 sentybr 1651 tarixində Kösəm Validə Sultanın qətlə yetirilməsinin ardından qəlyana gələn yeniçəriləri yatırmaq məqsədilə Sancağ-ı Şərif çıxarılmışdır. 25 may 1825 tarixində II. Mahmudun yeniçəri ocağını bağlamasının ardından üsyana qalxan əsgərlərə qarşı xalqın dəstəyini almaq məqsədilə də Sancağ-ı Şərifin çıxarılması əmr edilmişdir.
Drakula (film, 1931, İspanca versiya)
"Drakula" (ing. Drácula) — 1931-ci ildə istehsal olunmuş ABŞ filmidir.
İstintaq
İstintaq və ya dindirmə yaxud dindirilmə — zəruri məlumatlar əldə etmək məqsədilə hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbi personal və kəşfiyyat orqanları tərəfindən geniş şəkildə istifadə olunur. Dindirmənin həyata keçirilməsi zamanı müxtəlif üsullardan istifadə olunur.
İspanaq
İspanaq (lat. Spinacia) – pəncərkimilər fəsiləsinə aid bitki cinsi. Dirrik ispanağı (Spinacia oleracea) A, C, E və B qrupu vitaminləri ilə dəmir, maqnezium, fosfor və yod mineralları və zülal baxımından olduqca zəngin bir qidadır. Bədənin immunitetini artırar və bədənə qüvvət verər. Yorğunluğu aradan qaldırar. Zehni qüvvətləndirər. Yaşlılıqla bağlı qavrama və mənimsəmə çətinliklərini aradan qaldırar. İspanaq qan azliğında yaxşı təsirilə yanaşı, xərçəng, ürək-damar xəstəlikləri zamanı çiy qəbulu effektlidir.Həmçinin ağız, boğaz və ağciyər xəstəliklərinə qarşı da faydalıdır. Yüksək təzyiqə, iflicə və xüsusilə yaşlılıqla bağlı görmə pozuqluqlarına yaxşı təsir edir. Hamilələrə və doğulacaq uşağa güc verər.
Sancaq
Sancaq — inzibati vahid kimi işlədilmişdir. Türk dillərində əvvəlcə quberniya, sonra bayraq kəlmələrinin sinonimi olub. Canişin yerinə, sancaqbəyi işlətilmişdir. Rayon müəyyən radiusda olan ərazini əhatə etdiyi kimi, görünür, sancaq da sancıldığı yerdə müəyyən ərazini bildirmək anlamı ilə bağlı olub. Kağız vərəqlərini bir-birinə bəndləmək üçün dəmirdən düzəldilmiş ucu iti dəftərxana gərəyi. Yaxaya, başa sancmaq üçün adi və ya qiymətli metaldan olan müxtəlif ölçülü və formalı qadın bəzəyinə də sancaq deyilir.
İstintaq (1979)
İstintaq (dəqiqləşdirmə)
İstintaq — cinayətlə əlaqədar məsələni aydınlaşdırmaq üçün aparılan sorğu-sual, dindirmə.
İstintaq (film)
İstintaq — Ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Rasim Ocaqov olan Azərbaycan filmi. Ölkədəki ictimai məsələləri cəsarətlə qaldıran film vətəndaşlıq borcu və şərəfi kimi ciddi sosial, mənəvi-etik problemlərə toxunmuşdur. Filmin mövzusu 60-cı illərdə Azərbaycanda baş vermiş hadisələr ətrafında cərəyan edir. Qeyd etmək lazımdır ki, o dövr üçün Sovetlər Birliyinin tərkibində olan sovet ölkəsində mafiyanın varlığından bəhs etmək böyük risq idi. Bu baxımdan filmin müəllifləri ilk dəfə olaraq cəsarətli addım atmağa nail ola bildilər. Ancaq bu, heç də asan başa gəlmədi. Çünki söhbət bir ölkədə fəaliyyət göstərən mafiyadan gedirdi. Mafiyada fəaliyyət göstərən cinayətkarlar isə daima xüsusi orqanlar tərəfindən dəstəklənirlər. Əvvəllər güləşmə üzrə məşhur idmançı olan Murad Əbiyev (Həsən Məmmədov) gözlənilmədən qalantereya sexinin rəisi təyin edilir. Günlərin birində o, qeyri-qanuni mal istehsal edib satdığına görə (milyon manat məbləğində) həbs olunur.
Utancaq Mimoza
Utancaq Mimoza –noxud/paxlalılar fəsiləsinin Fabaceae cinsinə aid sürünən birillik və ya çoxillik çiçəkli bitkidir. O, tez-tez maraq dəyərinə görə yetişdirilir: mürəkkəb yarpaqlar toxunduqda və ya silkələdikdə içəriyə qatlanır və aşağı düşür, özlərini zərərdən qoruyur və bir neçə dəqiqədən sonra yenidən açılır. Böyük Britaniyada o, Kral Bağçılıq Cəmiyyətinin Bağçada Fəaliyyət Mükafatına layiq görülüb. == Haqqında == Bu bitkinin başqa bir adı "Küstüm" bitkisi adlanır. Bu çoxillik ot həssas bitki kimi də tanınır və ya yarpaqları çox həssas olduğu üçün mənə toxunmayın. Yarpaqlar toxunma, istilik, zərbə və hətta sarsıntı kimi müxtəlif stimullara bağlanaraq və ya içəriyə qatlanaraq cavab verir. Bir neçə dəqiqədən sonra yenidən açılır. Bu cür hərəkətlərə suyun hücrədən daxil və xaricə hərəkəti nəticəsində yaranan seysmonastik hərəkətlər deyilir. Vətəni Cənubi və Mərkəzi Amerika olsa da, indi pantropikdir.
Sancaq (Soyuqbulaq)
Sancaq (fars. سنجاق‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 479 nəfər yaşayır (89 ailə). Əhalisini kürdlər təşkil edir.
Sancaq (dəqiqləşdirmə)
Sancaq
Sancaq əməliyyatı
Kağız sancağı əməliyyatı (ing. Operation Paperclip) – ABŞ hərbi kəşfiyyat xidmətinin İkinci Dünya Müharibəsinin sonunda və müharibədən sonrada Nasist Almaniyasından əhəmiyyətli elm adamlarının Almaniyadan qaçırma əməliyyatının kod adıdır. Nasist Almaniyasının Sovet İttifaqına hücumunu nəzərdə tutan Barbarossa Əməliyyatının uğursuzluğundan sonra Almaniyanın strateji mövqeyi, xüsusilə silah sənayesi uzunmüddətli bir müharibəyə hazır olmadığı üçün pis vəziyyətdə düçar olur. 1943-cü ilin yazından etibarən Almaniya ordudakı bütün alimləri bir yerə yığmaq və onları tədqiqat və inkişaf işlərinə yönləndirir. O vaxta qədər mexanika mühəndislərini sürücü, alimləri xidmətçi, riyaziyyatçıları yeməkxana işlərində işləyən şəxs kimi istifadə edən nasistlər bütün elm adamlarını bir yerə cəmləyirlər. Yığılan şəxslər, ilk növbədə nasistlər tərəfindən ideoloji cəhətdən etibarlı olub olmamağına görə təsnif edilirlər. Seçimi həyata keçirən Hannover Universitetinin məzunu Werner Ozenberq olduğu üçün siyahıda onun adını müvafiq olaraq Rozenberq siyahısı adlandırılır. 1945-ci ilin martında Osenberg siyahısı müttəfiqlərin əlinə keçir və ABŞ-dəki Tədqiqat və İnkişaf İnstitutunun rəhbəri mayor Robert Staver ona verilmiş siyahıda adları yer alan bütün şəxslərlə, xüsusən də raket mütəxəssisi Wernher von Braunla görüşmək və onların haqqında kəşfiyyat məlumatlarının yığılması haqqında tapşırıq verir. Əvvəlcə yalnız elm adamlarını sorğu-suala tutmaq məqsədi olan kampaniya, sonradan onları Almaniyadan evakuasiya etməklə dəyişdirilmişdir. Bir çox nasist alim Peenemündedəki Tədqiqat Mərkəzində V-2 raketi ilə əlaqədar olan işlərə cəlb edilmişdi.
İstintaq (film, 1979)
İstintaq — Ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Rasim Ocaqov olan Azərbaycan filmi. Ölkədəki ictimai məsələləri cəsarətlə qaldıran film vətəndaşlıq borcu və şərəfi kimi ciddi sosial, mənəvi-etik problemlərə toxunmuşdur. Filmin mövzusu 60-cı illərdə Azərbaycanda baş vermiş hadisələr ətrafında cərəyan edir. Qeyd etmək lazımdır ki, o dövr üçün Sovetlər Birliyinin tərkibində olan sovet ölkəsində mafiyanın varlığından bəhs etmək böyük risq idi. Bu baxımdan filmin müəllifləri ilk dəfə olaraq cəsarətli addım atmağa nail ola bildilər. Ancaq bu, heç də asan başa gəlmədi. Çünki söhbət bir ölkədə fəaliyyət göstərən mafiyadan gedirdi. Mafiyada fəaliyyət göstərən cinayətkarlar isə daima xüsusi orqanlar tərəfindən dəstəklənirlər. Əvvəllər güləşmə üzrə məşhur idmançı olan Murad Əbiyev (Həsən Məmmədov) gözlənilmədən qalantereya sexinin rəisi təyin edilir. Günlərin birində o, qeyri-qanuni mal istehsal edib satdığına görə (milyon manat məbləğində) həbs olunur.
İstintaq davam edir
İstintaq davam edir — Əlisəttar Atakişiyevin filmi. Filmdə Vətənin təhlükəsizliyinin və Bakı şəhərinin əhalisinin əmin-amanlığının qorunmasında Azərbaycan çekistlərinin və milisinin fəaliyyətindən, sıravi vətəndaşların sayıqlığından söhbət açılır. Filmdə təhlükəsizlik orqanları tərəfindən xarici kəşfiyyatın apardığı əməliyyatın açılmasından bəhs olunur. Film aktrisa Larisa Xələfovanın kinoda ilk işidir. Film aktyor Fuad Poladovun kinoda ilk işidir. Film aktyor Ənvər Həsənovun kinoda ilk işidir. Film yazıçı Cəmşid Əmirovun "Sahil əməliyyatı" povestinin motivləri əsasında lentə alınmışdır. Film bəstəkar Polad Bülbüloğlunun kinoda ilk işidir. Prokata çıxdığı 1-ci il əzrində filmə 28,2 milyon tamaşaçı baxdı. Bu, 1963-cü ildən bəri çəkilən filmlərimiz arasında ən yüksək göstəricidir.
İstintaq davam edir (film, 1966)