İSLANMAQ

f. İslaq hala gəlmək. Yağışa düşüb islanmaq. Suya düşüb islanmaq.
– Əzizim, gülüstana; Şeh düşüb gülüstana; Qorxuram göz yaşımdan; Qoynunda gül islana. (Bayatı).
Az keçdi, yenə güclü yağış başladı başdan; Bir anda bahar paltarım islandı yağışdan. S.Rüstəm.
Saman və ot tayaları, qalın kol-kos, yaşıl ağaclar islandıqca, havanı xoş bir ətirlə doldururdu. M.İbrahimov.

// Suyun və ya başqa bir mayenin təsiri ilə yumşalmaq, sərtliyini, diriliyini itirmək, canına hopmaq.
Gəldiyev gələn kimi düyü islanar, qazan asılardı. Mir Cəlal.

Синонимы

  • İSLANMAQ nəmlənmək — yaşlanmaq

Антонимы

  • İSLANMAQ İSLANMAQ – QURUMAQ Az keçdi, yenə güclü yağış başladı başdan; Bir anda bahar paltarım islandı yağışdan (S

Этимология

  • İSLANMAQ Sulanmaq sözünün təhrifindən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
İSLANMA
İSLANMIŞ

Значение слова в других словарях