Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fitch Ratings
Fitch Ratings — reytinq agentliyi kimi tanınan beynəlxalq korporasiya. Əsas fəaliyyəti dünya kredit bazarlarına kredit qabiliyyətinin qiymətləndirilməsinə görə analitik tədqiqatların nəticələrini və məlumatları hazırlamaqdır. == Fitch == Fitch qrupunun tərkibinə aşağıdakılar daxildir: Fitch Ratings Fitch Solutions — Fitch Ratings məhsullarını və xidmətlərini yayan xidmət Algorithmics — şirkətlərin risklərinin idarə edilməsi qərarının verilməsi sahəsində dünya lideri FitchTraining - kredit qabiliyyəti və korporativ maliyyələşmə üzrə treninqlərdə ixtisaslaşıb. == Mülkiyyətçilər və rəhbərlik == Fitch qrupunun səhmlərinin majoritar zərfi Fimalac S.A. şirkətinə məxsusdur (qərargahı Parisdədir). == Tarixi == Fitch Ratings Nyu-Yorkda Con Noulz Fitç tərəfindən 24 dekabr 1913-cü ildə Fitch Publishing Company nəşriyyatı kimi yaradılıb. 1924-cü ildə Fitch «AAA»-dan «D»-ya qədər reytinq şkalası dövriyyəyə buraxdı. 1997-ci ildə Fitch ilə IBCA Limited şirkətinin (qərargahı Londondadır) birləşməsi baş verdi və Fitch sahibi Fimalac S.A. holdinq şirkəti oldu. 2000-ci ilin aprelində Fitch qərargahı Çikaqoda olan Duff & Phelps Credit Rating Co-nı aldı. Fitch həmin il Thomson BankWatch şirkətini aldı. 2006-cı ilin oktyabrında Fitch Ratings brinci ixtisaslaşmış Derivative Fitch reytinq şirkətini təsis etdi.
Litchi chinensis
Liçi (Litchi chinensis Sonn, Sapindaceae fəsiləsindəndir) — Çin gavalısı və ya çin qozu adlanan Liçinin vətəni Cənubi Çindir və burada 4000 ildir ki, becərilir. Meyvəsi yumurtavaridən yumru formaya qədərdir. Ölçüsü fındıqdan iri, gavalıdan xırdadır. Meyvəsinin quruluşuna görə Liçi qozmeyvəlilərə aiddir. Qabığı sıx olub, ətliyindən asan ayrılır. Qabığının rəngi çəhrayıdan qırmızıya qədər, bəzən sarımtılqəhvəyi olur. Ətliyi ağ, jeleyəbənzər şirəli, kifayət qədər sıx olub, çəyirdək nüvəsini əhatə edir. Ətliyi 62-84%, nüvəsi 6-26%, qabığı 12-20% arasındadır. Dadı şirin, üzüm dadını xatırladır. Zərif qızılgül və muskat ətirlidir.
Mitch Pileggi
Mitch Pileggi, (5 aprel 1952), İtalyan əsilli ABŞ aktyoru Mitch Pileggi — Walter Skinner rolu ilə Məxfi materiallar serialında məşhurlaşmışdır. Pilegginin çəkildiyi məşhur filmlər arasında; Dallas, Walker, Texas Ranger və Çin Çimərliyi filmləri də vardır. 1994–2002 illərdə ardıcıl çəkildiyi Məxfi materiallar (The X-Files) teleserialında müdir müavini Walter Skinner rolunda çəkilmişdir. Komandir Steven Cadwell rolunu canlandırdığı "Stargate Atlantis" adlı teleserial da çəkildiyi məşhur ekran əsərləri arasındadır.
Bitch I'm Madonna
Bitch I'm Madonna (azərb. Qancıq, mən Madonnayam‎) — ABŞ müğənnisi Madonnanın “Rebel Heart” adlı XIII solo albomundan olan mahnı. Trinidadlı repçi Nikki Minajın da qonaq ifaçı kimi iştiark etdiyi mahnı əsasən, Madonna, Diplo və Britaniyalı elektron musiqiçisi Sofi tərəfindən, MoZella, Tobi Qad, Ariel Rextşad və Nikki Minajın iştirakı ilə yazılmışdır. Mahnı, albomun üçüncü sinqlı kimi, “Interscope Records” tərəfindən 15 iyun 2015-ci ildə çıxarılmışdır. Elektron rəqs musiqisi və vaporveyv janrında olan mahnıda Madonna şənlənmək üçün nazal tonda "Bitch I'm Madonna" deyir, fonda isə "she's Madonna" ifadəsi səslənir. Musiqi tənqidçilərinin mahnı haqqında fikirləri iki qrupa bölünmüşdür; bəziləri mahnını “energetik” adlandıraraq Minajın rep hissəsini alqışlasalar da, başqa bir qrup mahnını “təəssüf doğuran şok” adlandırır. ABŞ-də mahnı son üç il ərzində Madonnanın “Billboard Hot 100” hit paradına girə bilən ilk mahnısı olmaqla, 84-cü yerə kimi yüksəlmişdir. Mahnı, “Hot 100” hit paradına girə bilmiş Minajın 63-cü, Madonnanın isə 57-ci mahnısı olmaqla, həmin hit paradda ən çox iştirak etmiş qadın müğənnilərin siyahısında Minajı üçüncü, Madonnanı isə dördüncü yerə yüksəltmişdir. Dünyada, uğurlu nəticələr göstərən mahnı, Finlandiya, Macarıstan və İsveçdə ilk üçlüyə daxil olmuşdur. Mahnı üçün Conas Akerlandın rejissorluğu ilə çəkilmiş musiqi videosunda Madonna ilə yanaşı Minaj və Diplonu da görmək mümkündür.
THY
Türk Hava Yolları (qısaca: THY) — Türkiyə Respublikasında fəaliyyət göstərən beynəlxalq hava yolları şirkəti. Mərkəzi İstanbul hava limanıdır. 20 may 1933-cü ildə qurulub.
Italy
İtaliya (it. Italia), rəsmi olaraq İtaliya Respublikası (it. Repubblica Italiana) — Avropanın cənubunda, Apennin yarımadasında yerləşən dövlət. Əsas etibarilə Cənubi Avropa regionunda yerləşməsinə baxmayaraq, Qərbi Avropanın da bir hissəsi hesab olunur. Unitar, parlamentli respublika olan bu ölkənin paytaxtı Roma şəhəridir. Quru yolla Fransa, Avstriya, İsveçrə, Sloveniya, həmçinin anklav dövlətlər olan Vatikan və San Marino ilə həmsərhəddir. Təqribən 60 milyon nəfər olan əhalisi ilə Avropa İttifaqının üzv dövlətləri arasında 3-cü yerdədir. Cənubi Avropa və Aralıq dənizi kimi mühüm coğrafi qovşaqlarda yerləşdiyinə görə bu ərazi saysız-hesabsız xalqlara və mədəniyyətlərə ev sahibliyi etmişdir. Müasir İtaliya ərazisi müxtəlif xalqlara ev sahibliyi etməsinə baxmayaraq, antik dövrdən bu ərazilərdə məskunlaşmış və yarımadaya öz adını vermiş italiklər bu ərazilərin ilk sakinləri hesab olunur. Bununla birlikdə, finikiyalılar və karfagenlilər əsasən Sardiniya və Siciliya adalarında öz kolonialarını yaratmışdır, həmçinin yunanlar Cənubi İtaliyada, etrusklar və keltlər isə müvafiq olaraq ölkənin cənubunda şimalında məskunlaşmışdılar.
Itzy
Itzy ( kor. 있지; RR: Itji; MR: Itchi), Yeci, Lia, Rucin, Çeryon və Yuna-dan ibarət JYP Entertainment tərəfindən qurulan Cənubi Koreya-lı qız qrupudur. Qrup, 12 fevral 2019 -cu ildə "It'z Different" adlı tək albomun çıxışı ilə debüt etdi. Qrupun mükafatları arasında 34 -cü Qızıl Disk Mükafatlarında İlin Çaylakları , 2019 Melon Musiqi Mükafatları və 2019 Mnet Asiya Musiqi Mükafatlarında Ən Yaxşı Yeni Qadın Sənətçi var. == Karyera == === 2015-2019:Debütdan əvvəl === Fantagio tərəfindən təşkil edilən seçmələri keçə bilmədikdən sonra, Çeryon , 2015-ci ildə JYP Entertainment-in "Sixteen" adlı şousuna qatıldı.Qazanan qız qrupu Twice-ın son heyətinə girə bilmədi, ancaq bacısı ilə birlikdə şirkət tərəfindən "K-pop Star 3" televiziya proqramı vasitəsi ilə seçildi.Itzy-nin JYP -yə qoşulan ilk üzvü Çeryon beş il məşq etdi. Rucin, Got7 konsertində kəşf edildi və Itzy-nin debütündən dörd il əvvəl JYP-də stajyerlik etdi. Həm Yuna, həm də Yeci 2015 -ci ildə JYP -yə qatıldı və üç il məşq etdi. Son üzv olan Lia əvvəlcə SM Entertainment -də seçməyə qatıldı və keçdi, ancaq valideynləri ilə fikir ayrılığı səbəbiylə son anda geri çəkilmək məcburiyyətində qaldı. Bir neçə il sonra Lia JYP dinləmələrindən keçdi və iki il məşq etdi. 2017 -ci ildə Yuna və Rucin BTS -in "Love Yourself: Highlight Reel" adlı videosunda rol aldılar.
Itzy diskoqrafiyası
12 fevral 2019 -cu ildə JYP Entertainment tərəfindən qurulan Cənubi Koreya-lı qız qrupu İtzy-nin diskoqrafiyası aşağıda göstərilmişdir.
The Lord of the Rings: The Battle for Middle-earth II: The Rise of the Witch-king
The Lord of the Rings: The Battle for Middle-earth II: The Rise of the Witch-king (azərb. Üzüklərin hökmdarı: Orta dünya uğrunda döyüş II: Cadugər kralın yüksəlişi‎) — "EA Los Angeles" və "BreakAway Games" tərəfindən hazırlanan, "Electronic Arts" şirkəti tərəfindən nəşr olunan və real zamanda strategiya janrında olan videooyun. Oyun eyniadlı kitablar seriyasına əsaslanaraq Piter Cekson tərəfindən çəkilmiş "Üzüklərin hökmdarı" filmlər seriyası əsasında istehsal olunmuşdur. Bu, "The Lord of the Rings: The Battle for Middle-earth II" videooyununun genişləndirmə paketidir. Videooyun 28 noyabr 2006-cı il tarixində Microsoft Windows platforması üçün satışa çıxarılmışdır. Videooyunun kampaniyası oyunçulara Anqmar ordusunu idarə etmək imkanını verir. Oyunçular orduya onun ilkin dövrlərindən Arnorun Fornost döyüşündə məhv olmasına qədər öndərlik edirlər. Oyunun epiloq missiyası oyunçuya Anqrmarı istila edən Qondor və elf qüvvələrini idarə etmək imkanını verir. "The Rise of the Witch-king" videooyununun hekayəsi daha çox "Kralın qayıdışı" filminin sonluğundan ilhamlanmışdır. İstehsalçılar missiyalar üçün Tolkinin müharibə ilə bağlı etdiyi qeydlərdən çox istifadə etmişdir.
Nine Inch Nails
Nine Inch Nails (qisaca NIN) — 1988-də ABŞ-də qurulmuş indastrial rok qrupudur. Nine Inch Nails musiqiçi, mahnı yazıçısı, prodüser Trent Reznor tərəfindən qurulmuş və albomlar onun tərəfindən yazılmışdır. Konsertlərdə isə Reznor, qrup işçiləri ilə birlikdə səhnədə olur. == Haqqında == 1980-cü illərdə Trent Reznor Right Track studiyalarında çalışan bir proqramçı olaraq işləyirdi. 1988-də studiyada bir mahnı yazmaq üçün icazə alır ancaq öz beynindəki planlara uyğun bir qrup tapa bilmədiyi üçün bütün alətləri özü çalmağa qərar verir. Bu ilk etdiyi qeydlər daha sonra 1994-cü ildə Purest Feeling olaraq icazəsiz şəkildə nəşr olunur. Bir çox mahnıda ilk albom olacaq Pretty Hate Machine mahnılarına çevrilir. Reznor, bu musiqi proyektinin adını isə Nayn Inç Neylz qoyar. Trent Reznor qrupun adını asanca qısaldıla bildiyi üçün seçdiyini deyir. 1989-cu ildə ilk albom Pretty Hate Machine nəşr olunur.
DU&ICH
DU&ICH (tərcümədə alm. ‎«Sən və Mən») — ən köhnə homoseksuallar üçün tərtib edilmiş brend alman jurnalı. Birinci nömrəsi 1969-cu ildə Almaniyada təsis edilmişdi. 40 il ərzində jurnalın 460-dan çox nömrəsi çap edilmişdi. == Tarix == Almaniya Federativ Respublikasında 1 sentyabr 1969-cu ildə, Paraqraf 175in ləğvi ilə jurnalın ilk nömrəsi təsis edilmişdi. Jurnalın təsisçisi və ilk redaktoru Eqon Manfred Ştrauss (alm. Egon Manfred Strauss‎). idi.
The 7-Inch Decade Remix
The 7-Inch Decade Remix (only in Spain) – C. C. Catch tərəfindən 1990-cı ildə ifa edilmiş mahnıdır.
Itzy-nin qazandığı mükafatların və namizədliklərin siyahısı
Bu, JYP Entertainment tərəfindən yaradılmış Cənubi Koreyalı qız qrupu Itzy tərəfindən 2019-cu ildə debütündən bəri aldığı mükafatların və nominasiyaların siyahısıdır.
The 7-Inch Decade Remix (only in Spain)
The 7-Inch Decade Remix (only in Spain) – C. C. Catch tərəfindən 1990-cı ildə ifa edilmiş mahnıdır.