Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İstibulaq
İstibulaq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun İstibulaq kənd inzibati ərazi dairəsində kənd. Yaşayış məntəqəsi qonşu Çaykənd kəndindən köçmüş ailələrin İstibulaq adlı mineral bulağın yaxınlığında məskunlaşması nəticəsində yaranmışdır. Bir məlumata görə, kəndin adı əvvəllər Üstübulaq olmuşdur kənd əhalisi Alxasi tayfasına mənsubdur. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. İstibulaq kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra İstibulaq Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. İstibulaq kəndi dağətəyi ərazidədir.
İtiqulaq şəbpərə
İtiqulaq şəbpərə (lat. Myotis blythii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. Onların çəkisi 15–30 q, bədəninin uzunluğu 58–77 mm, quyruğu isə 45–60 mm, qanadlar arasında məsafə 38–40 sm təşkil edir. Qulaqları orta ölçüyə malik olurlar. Qanadları böyük və enlidir. Bel nahiyəsində boz və açıq boz rəngdə olur. Avropanın Aralıq dənizi hövzəsi, qərbi Ukrayna, Moldova, Krım, Qafqaz, Şimali Afrika, Ön, Kiçik və Mərkəzi Asiya, İran, Əfqanıstan, Mərkəzi Çinə qədər şimal-qərbi Altay və Himalay dağlarına qədər olan ərazilərdə yayılmışdır. Azərbaycanda isə bu növ daha geniş şəkildə Kiçik Qafqaz dağları bölgəsində yayılmışdır. İtiqulaq gecə şəbpərəsi aran zonasında, həm də 2350 metrə qədər hündürlükdə yerləşən dağlarda (Dağlıq Qarabağın İstisu ətrafında) (alp çəmənlərindən başqa) qeydə alınmışdır. Müxtəlif landşaftlarda məskunlaşa bilsələrdə, dağ meşələrində və dağətəyi çöllərdə sayı daha çoxdur.
İlibulaq (Mahnişan)
İlibulaq (fars. ايلي بلاغ‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 870 nəfər yaşayır (196 ailə).