İstibulaq

İstibulaqAzərbaycan Respublikasının Kəlbəcər rayonunun İstibulaq kənd inzibati ərazi dairəsində kənd.[1]

İstibulaq
40°10′24″ şm. e. 46°03′07″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
İstibulaq xəritədə
İstibulaq
İstibulaq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaşayış məntəqəsi qonşu Çaykənd kəndindən köçmüş ailələrin İstibulaq adlı mineral bulağın yaxınlığında məskunlaşması nəticəsində yaranmışdır. Bir məlumata görə, kəndin adı əvvəllər Üstübulaq olmuşdur kənd əhalisi Alxasi tayfasına mənsubdur.[2]

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının CavanşirZəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. İstibulaq kəndi mahalın bir hissəsi olmuşdur.[3] Kürdüstan qəzası ləğv edildikdən sonra İstibulaq Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir.[4]

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[5] Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.[6]

İstibulaq kəndi dağətəyi ərazidədir.[7]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı: "Şərq-Qərb", 2007.
  3. Из протокола заседания Президиума ЦК АКП (б). 30 июля 1923 г. ПААФ ИМЛ. Ф. 1. On. 74. Д. 133. Л. 3 об.
  4. Азербайджанская ССР. Административно-территориальное деление на 1 января 1977 года (4-е изд.). Баку: Азербайджанское гос. изд-во. 1979. 7.
  5. "Nagorno Karabakh". Human Rights Watch. 1994. 22 April 2003 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2020. The towns' capture came at staggering human costs, creating 250,000 new Azerbaijani refugees. Civilians fled Kelbajar in April through high mountains still covered with snow. Refugees claimed that hundreds of people froze to death attempting to flee.
  6. "Azerbaijani Forces Reclaim Second District From Armenians Under Nagorno-Karabakh Truce". RFERL.org (ingilis). Radio Free Europe/Radio Liberty. 25 noyabr 2020. 25 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 noyabr 2020.
  7. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı: "Şərq-Qərb", 2007.