Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İtidişli armud
İtidişli armud (lat. Pyrus acutiserrata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Zaqafqaziyada, Qafqazda yayılmışdır. == Botaniki təsviri == Alçaqboy ağacdır. Cavan budaqları bozumtul-qonur qabıqlı, bəzən nazik iynələrlə qurtarır. Yarpaqları dərili, enli-lansetvari, uzunluğu 5-8 sm, eni 2-3 sm, uzun, pazşəkilli bünövrəli, kənarları iti dişli, ucu vəzicikli, bəzən kənarları bütövdür. Cavan yarpaqların üstü yapışqanlı tükcüklü, alt tərəfi keçəli tükcüklü, meyvəvermə dövründə üstü parlaq, yaşıl, çılpaq, alt tərəfi keçəli olur. Yarpaqları xallı-keçəli, nisbətən çılpaq, saplaqları nazik keçəli, uzunluğuna görə yarpaq ayasının yarısına bərabər və ya ondan qısadır. Tumurcuqları yumurtavari-konusvari, seyrək tükcüklü, pulcuqludur. Çiçəkləri çox xırda, sıx tükcüklü çiçək saplağında yerləşir.
İtidişli itburnu
İtidişli itburnu (lat. Rosa oxyodon) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Ümumi yayılması == Gürcüstanda (Tuşeniya) və Dağıstanda təbii arealı vardır. == Azərbaycanda yayılması == Böyük Qafqazda Quba rayonu ərazisində rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir. VU D2. == Bitdiyi yеr == Yuxarı dağ və subalp qurşaqlarda meşələrin kənarlarında, kolluqlarda çayların kənarlarında, çəmənliklərdə və yamaclarda yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda dar bir arealı vardır. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 1 m-ə qədər olan qırmızımtıl və ya tünd qırmızı qabıqlı alçaqboy koldur. Qopartikanları möhkəm, düz yönəlmiş tək-tək və ya cüt-cüt yеrləşmişdir.
İtidişli topulqa
İtidişli topulqa (lat. Spiraea × arguta) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Aralıq dənizyanı ərazilərdə yayılmlşdır. == Botaniki təsviri == Hündürlüyü 2 metr olan enli, dağınıq çətirli koldur, qışda yarpaqlarını tökür. Yarpaqları ensiz, neştərvari, 4 sm uzunluğunda, tünd yaşıldır. Çiçəkləri ağ, çətirvari çiçək qrupundan toplaşır, diametri 1 sm-ə qədərdir və kütləvi çiçəkləmə dövründə kolu örtür. May ayında çiçəkləyir. == Ekologiyası == Şəhər şəraitinə dözümlüdür. == Azərbaycanda yayılması == Böyük Qafqazda təbii halda rast gəlinir. Bakı Mərkəzi Nəbatət bağına, Mərdəkan dendroloji bağına introduksiya edilmişdir.
Midilli
Lesbos (yunan. Λέσβος, türk. Midilli) — Egey dənizinin şimal-şərq hissəsində yerləşən, Yunanıstana məxsus ada. Lesbos adasının ərazisi 1 636 km²-dir. Ada ərazisinin böyüklüyünə görə Yunanıstan adaları arasında 3-cü, Aralıq dənizi hövzəsində isə Siciliya, Sardiniya, Kipr, Korsika, Krit, Malyorka və Evbeyadan sonra 8-ci yeri tutur. Əsas şəhəri Mitilenadır. == Tarixi == Şair Terpandr (e.ə. VIII əsr) bu adada anadan olmuşdur. Qədim yunan şairəsi Sapfo da e.ə. VII–VI əsrlərdə bu adada yaşayıb-yaratmışdır.
Midilli boğazı
Midilli boğazı (yun. Στενό της Μυτιλήνης, türk. Midilli Boğazı) — Yunanıstanın Lesbos adası ilə Türkiyənin qərb sahili arasında olan Egey dənizinə aid boğazı. Boğazın sahilində Midillinin əsas şəhəri və limanı yerləşir]. Bizans dövründə Midilli adı tez-tez bütün adaya münasibətdə istifadə olunurdu. Boğazdan keçən bərə xidməti Midilini Ayvalıq və Dikili ilə birləşdirir . Boğaz cənub-şərqdəki Çandarlı körfəzindən Dikili körfəzindən[ keçərək Edremit körfəzinə aparır. Boğazın cənub girişində, Aqrilla burnu ilə üzbəüz Baston adaları yerləşir. Mahera və Mavros-Lofos burnu arasında Pamfilon adası, Ayvalıq yaxınlığında Mosko adaları yerləşir.