Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müsəlman Şərqini Öyrənən Cəmiyyət
Müsəlman Şərqini öyrənən Cəmiyyət — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş qeyri-hökumət elm təşkilatı. == Yaranması == 1919-cu il dekabrın 29-da Bakı Universitetinin nəzdində yaradılmışdı. Əsas məqsədi islam dininə etiqad edən xalqların, onların yaşadıqları ölkələrin tarixini, həmçinin müsəlman mədəniyyətinin inkişafına bu və ya digər dərəcədə təsir göstərmiş tarixi və mədəni amillərin öyrənilməsi idi. L.A.Zimin cəmiyyətin sədri, Y.A.Belyayev sədrin müavini, Seydiyev katib, Abdulla bəy Sübhanverdixanov (Divanbəyoğlu) xəzinədar seçilmişdilər. Cavad bəy Rəfibəyli, general-leytenant Məmməd bəy Sulkeviç də cəmiyyətin üzvləri arasında idilər. == Fəaliyyəti == Cəmiyyət müsəlman şərqinin, xüsusən də Azərbaycan, Türkiyə, İran və Türküstanın tarix, dil, arxeoloji və etnoqrafik baxımından öyrənilməsinə xüsusi önəm verirdi. Əldə olunan əlyazmalar və materiallar cəmiyyətin muzeyinə toplanmalı, yaxud mühafizə və sistemləşdirilmək üçün "İstiqlal" milli muzeyinə verilməli, onların nəşri və tədqiq olunması ilə Bakı Universiteti məşğul olmalı idi. Qədim sikkələrin toplanmasına, salamat qalmış köhnə binaların və qədim şəhər qalıqlarının dəqiq və ətraflı qeydiyyata alınmasına xüsusi diqqət yetirilirdi. Müsəlman şərqinin öyrənilməsi ilə maraqlanan azərbaycanlıların işə cəlb olunmasını və onların lazımi elmi hazırlıq keçməsini cəmiyyət özünün əsas vəzifələrindən hesab edirdi. Cəmiyyətin nizamnaməsi 1920-ci il fevralın 2-də təsdiq edilmişdi (mətni hələlik tapılmamışdır).
Qrenen burnu
Qrenen burnuu (dan. Grenen}}) — Danimarkanın ucqar şimal nöqtəsi. Burun Yutlandiya yarımadasında, Skagen şəhərindən şimalda yerləşir. Dəniz sahili əsasən qumlu çimərliklərdən ibarətdir. Hər il ortalam 10 m, şimal-şərq istiqamətdə İSveçə doğru hərəkət edir. Qrenen çimərliyi Skagen rəssamları cəmiyyətinin taplolarına əks olunmuşdur. Onla 1875-ci ildən 19-cu əsrin sonlarına qədər hər ilin yayında burada toplaşardılar. == Mənbə == Vikianbarda Qrenen burnu ilə əlaqəli mediafayllar var.
İrene Melikof
İren Məlikova (fr. Irène Mélikoff; 8 dekabr 1917, Petroqrad – 8 yanvar 2009[…], Strasburq) — Fransada fəaliyyət göstərmiş, əslən azərbaycanlı türkoloq alim, professor. == Həyatının erkən dövrü == İren Məlikova 1917-ci il noyabrın 7-də Sankt-Peterburqda ziyalı ailəsində anadan olub. O, neft sahibkarı İskəndər bəy Məlikovun qızıdır. Bolşeviklər hakimiyyəti ələ aldıqdan iki il sonra, 1919-cu ildə ailə Finlandiyaya köçüb. Özü bu hadisəni belə ifadə etmişdir: Finlandiyada bir qədər qaldıqdan sonra Danimarkaya, oradan da həmişəlik Fransaya köçərək Parisdə yaşayıblar. == Təhsili == Atasından qismən Azərbaycan dilini, anasından rus dilini öyrənmişdir. İren ilk təhsilini Paris şəhərində alıb. Orta məktəbi qurtardıqdan sonra da təhsilə böyük maraq göstərən İren məşhur Sorbonna Universitetində ingilis dili və ədəbiyyatı fakültəsinə qəbul olmuşdur. Bununla paralel, École Nationale des Langues Oriantales Vivantes-də (Şərq Dilləri Dövlət Məktəbi) türk və fars dillərini öyrənmişdir.