SIRXAV

(Laçın)
1. heç bir şeyi bəyənməyən
2. hər şeydən iyrənən. – Ə:, adam sırxav olmaz
SIRXANA
SIRXO:
OBASTAN VİKİ
Sırxavənd
Sırxavənd — Azərbaycan Respublikasının Ağdərə rayonunun Sırxavənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Sırxavənd kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir.5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib. == Ərazisi == Ulubab və Ballıqaya silsilə yüksəkliklərinin əhatəsində yerləşən Sırxavənd kəndi Xaçınçayın sol sahilində salınmışdı. Bura Aranla dağlıq ərazinin, Qırxqızla Murov dağlarının kəsişdiyi yerdir. Kənd strateji cəhətdən çox əhəmiyyətli yerdə yerləşirdi. 60-cı illərin əvvəllərində çəkilmiş Ağdərə-Xankəndi dağ yolu (keçmişdə qocalar bu yola “daşnak yolu” deyirdilər) Sırxavəndin üstündən keçir. Sırxavənd Ağdərə və Ağdamdan 30 km, Xankəndindən 40 km məsafədədir. Qazançı, Çıldıran, Ballıqaya, Dovşanlı, Seyidbəyli kimi erməni kəndlərinin əhatəsində yerləşirdi. == Tarixi == Qarabağın bu qədim yurdu 20-ci əsrdə dörd dəfə düşmənin hücumuna məruz qalmış və yerlə yeksan edilərək daşı-daş üstə qalmamışdı. 1991-ci ilin aprel ayında Dağlıq Qarabağda münaqişə ilə əlaqədar o zamankı respublika hökumətinin qərarı ilə Sırxavənd ərazi icraiyyə komitəsi yaradıldı.
Sırxavənd oymağı
Sırxavənd oymağı—Kolanı elinin qollarından biri. == Tarixi == Sırxavənd adını Surxay və vənd pəsvəndindən (şəkilçisindən) alıb. Kolanı elinin qollarından biridir. Qarabağ xanlığında Kolanı mahalında yaşam sürürdü. İbrahim xanın dövründə oymağın başçısı Bayraməli bəy Sırxavənd idi. 1823-cü ildə obanın yüzbaşısı Mərdan bəy Sırxavənd olmuşdu. Kirmanşahda yaşayan Səncabi elinin də Sırxavənd adlı tayfası var. == Ən yeni dövr == Qarabağ müharibəsinin iştirakçısı, yazıçı–jurnalist Vüqar Əsgərovun "Sinəmdə yurd dağı var" adlı kitabı Sırxavənddə doğulan "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmiş Məmmədov Bilal Əhliman oğlunun həyat və qəhrəmanlıqlarla dolu döyüş yollarından bəhs edir. Kitabda həmçinin Aran Qarabağla Dağ Qarabağın "sərhəddi" olan qədim Sırxavənd kəndinin düşmənə sinə gərən şəhid övladlarının qəhrəmanlıqlarından da söhbət açılır. == Həmçinin bax == Sırxavənd == Mənbə == Ənvər Çingizoğlu, Kolanı eli, Bakı: Mütərcim, 2015, 320 səh.