Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İzoqalinlər
İnqalin AES
İnqalin Atom Elektrik Stansiyası (lit. Ignalinos atominė elektrinėIgnalinos atominė elektrinė) — 26 il (1983–2009) fəaliyyət göstərmiş Litvanın Şimal-şərqində yerləşən və artıq fəaliyyətini dayandırmış AES-dir. İstismar dövrü ərzində stansiyada 307.9 mlrd kVt saat elektrik enerjisi istehsal edilmişdir. Stansiya Drukşay gölünün yaxınlığında yerləşir. Bu ərazi İnqalin inzibati rayonuna daxil olduğundan stansiya da eyni adı daşıyır. İnqalin AES-də istilik neytronu ilə çalışan kanal tipli РБМК-1500 atom reaktorları quraşdırılmışdır. İnqalin AES-in bir blokunun islitik gücü 4800 MVt, elektrik gücü isə 1500 MVt-dır. Çernobıl qəzasından sonra stansiyanın istilik gücü 4200 MVt-a endirilmişdir. birinci blok 1984-2004-cü illərdə, ikinci blok isə 1987-2009-cu illərdə fəaliyyət göstərmişdir. 2009-cu il 31 dekabr tarixində stansiyanın fəaliyyəti dayandırılmışdır.
Rogalin
Rogalin (pol. Rogalin) [roˈgalin]) — Polşanın Mosina qminasında yerləşən kənd. Poznan şəhərndən 20 km. cənubunda, Varta çayının ətrafında yerləşir. Əhalisi 770 nəfərdir. Kəndin ilk qeyd olunması XIII əsrə təsadüf eləyir. XVIII ərdə isə kənd, Velikopolşanın general gözətçisi, marşal Kazimir Raçinskinin mülkiyyətinə daxil edilir. Barokko üslubda klassik saray, park XVIII əsr Müqəddəs Marcelin kostyolu Rogalin qalereyası pl:Krzysztof Arciszewski (1592—1656) - polşa şlyaxtiçi, holland generelı və Reç Pospoltanın artilleriyasının generalı.
Valter zoğalı
Valter zoğalı (lat. Cornus walteri) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin zoğal cinsinə aid bitki növü. Asiyada təbii halda yayılmışdır. Hündürlüyü 10 m-ə çatan, yarpağını tökən ağacdır. Yarpaqları növbəli yerləşir, sadə, oval formalı, ucu bizdir, uzunluğu 7,5-10 sm-dir. Çiçəkləri ağ, diametri 8-10 sm olan qalxanlara yığılmışdır. İyun-iyul aylarında çiçəkləyir, meyvələri sentyabr aylarında yetişir. Toxumla çoxaldılır. Şaxtaya və quraqlığa davamlıdır. Mədəni halda Zaqatalada, Balakəndə, Şəkidə rast gəlinir.
Zoğalı (rəqs)
Zoğalı — Azərbaycanın milli rəqsi. Zoğalı çox qədim rəqsdir. Şəkidə yaranıb, aram, həzin və lirik səslənir. Onu yalnız qadınlar, çox zaman gənc qadınlar ifa edirlər. "Zoğalı" mahnıli rəqsdir. Təəssüf ki, onun nə mətni, nə də ki, melodiyasını hazır da heç kimsə xatırlaya bilmir, yadda ancaq rəqsin adi qalıb.
Zoğalı rəqsi
Zoğalı — Azərbaycanın milli rəqsi. Zoğalı çox qədim rəqsdir. Şəkidə yaranıb, aram, həzin və lirik səslənir. Onu yalnız qadınlar, çox zaman gənc qadınlar ifa edirlər. "Zoğalı" mahnıli rəqsdir. Təəssüf ki, onun nə mətni, nə də ki, melodiyasını hazır da heç kimsə xatırlaya bilmir, yadda ancaq rəqsin adi qalıb.