Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İzotop
İzotop — kimyəvi elementin bir-birindən kütlə ədədi ilə fərqlənən atomları. Kimyəvi xassələri təqribən eynidir. Mendeleyev kimyəvi elementlərin dövri cədvəlində eyni yerdə olduqlarına görə belə adlanırlar. Bəzi izotoplar öz məxsusi adlarına malikdirlər (məsələn, deyteri, aktinon). Atomun əsas kütləsi onun nüvəsində cəmləşir. Nüvə öz növbəsində müsbət yüklü protonlardan və neytral neytronlardan ibarətdir. Protonlar eyni sayda mənfi yüklü elektronlarla tarazlaşdırılır. Proton və neytronların kütlələrinin cəmi atom kütləsi adlanır. Nüvəsində eyni sayda proton lakin müxtəlif sayda neytronlar olan atomlar izotop adlanır. İzotoplar stabil və radioaktiv ola bilərlər.
Eduard İzotov
Eduard İzotov (11 noyabr 1936 – 8 mart 2003, Moskva) — SSRİ film aktyoru. == Həyatı == Eduard Konstantinoviç İzotov 11 noyabr 1936-cı ildə anadan olub. GİTİS-də təhsil alıb. 1959-cu ildən filmlərə çəkilməyə başlayıb. Tamaşaçılar onu daha çox "Morozko" filmindəki roluna görə tanıyıb. Rusiyanın əməkdar artisti (1999) Eduard İzotov 8 mart 2003-cü ildə vəfat edib.
Biotop
Biotop (yun. τόποσ – yer) — eyni relyef, iqlim və digər abiotik amillərə malik olan su hövzəsində və ya quruda müəyyən biosenozun məskən saldığı sahə. == Ümumi məlumat == Qurunun, yaxud su hövzəsinin orada məskunlaşmış orqanizmlər üçün nisbətən eyni şəraiti olan sahəsi. Məcmusu Biotopun sərhədlərini, həmçinin onun adını müəyyən etmək üçün tez-tez istifadə olunan bitki və heyvanların müəyyən növ tərkibi ilə səciyyələnir. Aşağıdakı biotopları ayırmaq olar: polipedon, yəni torpaq sudibi məskəni, klimatop, yəni fitosenozun yerüstü hissəsi məskəni və hidrotop,su dibinin üst hissəsi məskəni. Bunlardan asılı olmayaraq müxtəlif mikropopulyasiyalar məskən salan mikrotoplar da ayırırlar. Biotop termini adətən ekoloqlar tərəfindən işlədilir. "Biotop" termini adətən konkret biosenozun formalaşdığı yer mənasında başa düşülür. Bir qayda olaraq, o, səthinin ölçüsü nisbətən kiçik olan sahələr (məs., meşə ilə əhatələnmiş susuz dərələrdəki çəmən, yaxud qumlu-qənbərli sahil zolağı) anlayışı mənasında işlənir; çox vaxt konkret növün yaşadığı yerin sinonimi kimi istifadə edilir (tikanbalığın Biotopu, çay qaraquşunun Biotopu).
Edotop
Edotop — torpaq biotopu. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
GotoP
GotoP (ごとP, Goto Pī, d. 12 iyun 1969) — Yaponiya rəssamı. Yaponiyanın Gifu prefekturasının paytaxtı Gifu şəhərində anadan olmuşdur. İki vizual roman — "Wandaba Style" və "Close to: Inori no Oka" vizual romanlarının orijinal personaj dizayneridir. Ən tanınmış işi "Clannad" vizual romanına əsaslanan "Official Another Story Clannad" qısa hekayə kolleksiyası üçün çəkdiyi rəsmlərdir. == İşləri == Narcissu: Side 2nd Nagomi Hiyori Hidamari - GotoP Art Works Moegiiro Angel Beats!
Zotov
Viktor Zotov (ing. Victor Dmitrievich Zotov; 16 sentyabr 1908, Vladivostok – 26 may 1977, Kraystçerç) — Rusiya mənşəli Yeni Zelandiya botaniki. Viktor Zotov zoğalkimilər üzrə ixtisaslaşmışdır. 1928 Observations and experiments on the suckling clover content of the pastures on the school farm. Feilding Agricultural College Bulletin No. 7: 9-11. 1930 Notes on sexual expression in certain species of New Zealand Coprosmas. Transactions and Proceedings of the N.X. Institute 60: 547-56 (G. V. Wild and V. D. Zotov). 1930 A case of malformation in Clematis foetida. N. X. Journal of Science and Technology 11: 362-5 (H. H. Allan and V. D. Zotov).
İzoxor proses
İzoxor proses (yun. "chora" – tutum) – makroskopik sistemin halının sabit həcmdə dəyişməsi prosesi (V = const). İstənilən həcmdə və ya elektrik lampasında olan qazı qızdırdıqda onun təzyiqinin artması izoxor prosesdir.
İzotta Noqarola
İzotta Noqarola (it. Isotta Nogarola; 1418[…], Verona, Veneto – 1466[…], Verona, Veneto) — ilk böyük qadın humanist və İtaliya İntibahının ən önəmli humanistlərindən biri kimi adlandırılan italyan yazıçısı və ziyalısı. Bir çox humanistlərlə yazışmış, latınca şeirlər və çıxışlar yazmışdır; qadınların hüquqlarını, xüsusən də təhsil hüququnu müdafiə edirdi. O, oxumağı ehtirasla sevib və ömrünün çox hissəsini tənha, daim elm öyrənməklə keçirib. Lauro Kvirini və Ludoviko Foskarini də daxil olmaqla, rəssam və yazıçı nəsillərini ilhamlandırıb və Avropada gender və qadınların təbiəti ilə bağlı əsrlər boyu davam edən müzakirələrə töhfə verib. 1451-ci ildə yazdığı De pari aut impari Evae atque Adae peccato (azərb. Adəm və Həvvanın bərabər və ya qeyri-bərabər günahı haqqında‎) əsəri ilə məşhurdur. O, həmçinin bir çox dialoqlar, şeirlər, çıxışlar və məktubların da müəllifidir, lakin onlardan iyirmi altısı günümüzə gəlib çatıb. Noqarola 1418-ci ildə İtaliyanın Verona şəhərində anadan olub. Valideynləri Leonardo Noqarola və Bianka Borromeo ümumilikdə dörd oğlan və altı qız dünyaya gətirib.
Viktor Zotov
Viktor Zotov (ing. Victor Dmitrievich Zotov; 16 sentyabr 1908, Vladivostok – 26 may 1977, Kraystçerç) — Rusiya mənşəli Yeni Zelandiya botaniki. Viktor Zotov zoğalkimilər üzrə ixtisaslaşmışdır. 1928 Observations and experiments on the suckling clover content of the pastures on the school farm. Feilding Agricultural College Bulletin No. 7: 9-11. 1930 Notes on sexual expression in certain species of New Zealand Coprosmas. Transactions and Proceedings of the N.X. Institute 60: 547-56 (G. V. Wild and V. D. Zotov). 1930 A case of malformation in Clematis foetida. N. X. Journal of Science and Technology 11: 362-5 (H. H. Allan and V. D. Zotov).
Aztop basketbol klubu
Bakı şəhərində olan Azərbaycan basketbol çempionluğunda rəqabət edən basketbol klubudur.
Şimali İoto
Şimali İoto (yap. 北硫黄島) — Bonin adalarına daxil olan vulkanik ada. Əvvəllər «ing. Kitaio Jima» və «ing. North Iwo Jima — Şimali İvacima» adı ilə tanınırdı. 18 iyun 2007-ci ildə «Şimali İoto» olaraq adlandırılmışdır. İoto adasından 80 km şimalda, Tokiodan 1170 km cənubdsa, Çiçicima adasından 270 km cənub-qərbdə yerləşir. Sahəsi 5,57 km², sahil xəttinin uzunluğu 8 km-dir. Ərazisi dağ massivləri ilə örtülüdür. Ən hündür nöqtəsi «Sakaqiqamine» (yap.