Karelin tritonu
Əvvəllər Karelin tritonu daraqlı tritonun yarımnövü kimi qeyd edilirdi. Aparılan karioloji və biokimyəvi tədqiqatlar nəticəsində o sərbəst növ kimi göstərilmişdir. Hal-hazırda Karelin tritonu iki yarımnövü ayrılır:
Triturus karelinii karelinii Strauch, 1970 — nominativ yarımnöv,
Triturus karelinii arntzeni Litvinchuk, Borkin, Dzukic, и Kalezic, 1999.
== Xarici görünüşü ==
Adi tritondan bədən ölçüsünün iriliyinə görə fərqlənir. Uzunluğu 180 mm-ə çatır. Dərisi iri ziyillərə malikdir. Üst tərəfdən qara və ya şabalıdı rəngdədir, qarın hissəsi narıncı rəngdə olub, iri xallıdır. Erkəyin bel darağı çoxalma dövründə dişli olub, quyruğun əsasında kəsilir; quyruğun yan tərəfində mavi-ağ zolaq uzanır. Dişilər həmişə daraqsızdır. Quyruğu yanlardan basıq, ucu sapşəkilli uzunsovdur.