Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dozular
Dozular — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 dekabr 2006-cı il tarixli, 215-IIIQ saylı Qərarı ilə Xanlar rayonunun Dozular kəndi Çaylı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Dozular kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Birgöz Dozular olmuşdur. XIX əsrə aid sənədlərdə Yelizavetpol qəzasında birgözdozular adlı maldar elatın adı çəkilir. Oykonim mənşəcə sofulu tayfasının tirələrindən biri olan dozuların adını əks etdirir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Kürəkçayın sahilində, dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 533 nəfər əhali yaşayır.
Sofular
Sofular — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Çuxurtala olmuşdur. Etnooykonimdir. Kəndin adı azərbaycanlıların etnogenezində iştirak etmiş kəngərlilərin sofulu tayfa­sının adı ilə bağlıdır. Sofulu tayfasının nüma­yəndələri əsasən Zəngəzur və Qazax qəzalarında yaşamışlar. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Sofular kənd kitabxana filialı, Sofular kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə Sofular kənd ümumi orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Qocalar, qocalar... (film, 1982)
== Məzmun == Filmin baş qəhrəmanı qoca çoban Bəhri (Ələddin Abbasov) təqaüdə çoxdan çıxmalı idi, hər halda şəhərə köçmüş, yaxşı vəzifələrdə işləyən, atalarına sakit və rahat həyat arzulayan üç oğul belə düşünür. Lakin Bəhri bütün varlığı ilə doğma dağlara bağlıdır. Buna görə də o, uşaqlarının rahat və isti mənzilində qala bilmir. Doğma dağ kəndinə, həmkəndlilərinin yanına qayıdır. Bəli, onun əsl yeri buradadır, vaxtilə ocağını yandırdığı kəndindədir. Burada o özünü güclü, inamlı hiss edir və başa düşür ki, məhz burada o adamlara lazımdır. Kinolentdə müəlliflər həyatın mənası, Vətənə məhəbbət, düzgün yol seçmək, cəmiyyətə xeyir vermək kimi çox vacib məsələlərə toxunurlar. == Film haqqında == Film rejissor Elxan Qasımovun quruluşçu rejissor kimi kinoda ilk işidir. Film aktrisa Firəngiz Mütəllimovanın kinoda ilk işidir. Film yazıçı Əhmədağa Qurbanovun "Çobanbayatı" povestinin motivləri əsasında çəkilmişdir.
Dozular bələdiyyəsi
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Cənubi Loular
Cənubi Loular — Şərqi Afrikada Nilboyu xalqlar qrupu. == Mənşələri == Uqandanın şimalında yaşayırlar: lanqolar (Şimal vilayətinin cənubunda, Kyoqo gölündən şimalda 1,7 mln. nəfər); açolilər [özlərini akoli adlandırırlar; Şimal vilayətində 1,3 mln. nəfər (2010); 50 min nəfərdən çox həmçinin Sudanın cənubunda Şərqi Ekvatorial vilayətinin cənub qərbində Açoli dağında yaşayır]; kumanlar (ikumamalar, ikokolemular, ako kolemular; Kvania və Kyoqo gölləri arasında, Şərq vilayətinin şimal qərbində Kaberamaido dairəsində təqribən 200 min nəfər). Uqandanın cənub şərqində (Şərq vilayətinin şərqində Tororo dairəsi) copadholalar (padho lalar, damalar, budamalar; 480 min nəfər), Keniyanın cənub qərbində, Viktoriya gölündən şərqdə (Nyanza əyaləti) coluolar yaşayırlar. Alurlar (özlərini coalur adlandırırlar) Albert gölündən şimal qərbdə (Uqandanın Şimal vilayətinin cənub qərbində, Nebbi dairəsində 640 min nəfər və Konqo Demokratik Respublikasının şimal şərqində, Yuxarı Konqo əyalətinin şərqində 880 min nəfər) məskunlaşmışlar. Ümumi sayları 10 mln. nəfərdən çoxdur (2009). Nilboyu dillərin qərbi luo qrupunun cənub yarımqrupuna daxil olan dillərdə danışırlar. Dindarların əksəriyyəti xristiandır, müsəlmanları da var.
Qocalar (film, 2008)
Qocalar — Azərbaycan filmi. == Məzmun == Film qocalığın doğurduğu psixoloji amillərin insan həyatına təsirindən bəhs edir. Uzun müddət bir yerdə yaşayan ər-arvadın həyatı əks olunur. Təxminən 60-70 yaşında olan bu cütlüyün övladları yoxdur. Kişi meylini ev bitkilərinə salıb, evdə çoxlu bitki saxlayır. Qadın isə evdar qadındır, özünü ev işlərinə həsr edib. Qadın ərindən diqqət gözləyir, çalışır ki, ərini bitkilərdən yayındırıb, özünə cəlb etsin. Amma buna nail ola bilmir. Bir dəfə qadın təsadüfən ərinin dibçəklərindən birini salıb sındırır. Kişi hay-küy salır, isterika yaradır və güllərini öz otağına yığıb, evi bölür.
Qocalar-quldurlar (film, 1971)
Qocalar-quldurlar (rus. Старики-разбойники) — rejissor Eldar Ryazanovun 1971-ci ildə çəkdiyi sovet bədii filmi. == Məzmunu == Tragikomediya janrında olan bu film Nikolay Myaçikov (Yuri Nikulin) başda olmaqla bir qrup qocanın quldurluq fəaliyyətindən bəhs edir. == Rollarda == Yuri Nikulin — Nikolay Sergeyeviç Myaçikov Yevgeni Yevstigneyev — Valentin Petroviç Vorobyev Olqa Aroseva — Anna Pavlovna Suzdalyeva Georgi Burkov — Fyodor Fyodoroviç Fedyaev Andrey Mironov — Yuri Yevgeneviç Proskudin Valentina Vladimirova — Mariya Tixonovna Yuri Belov — Petya (milisioner) Valentina Talızina — katibə Fedyaeva Lev Durov — inkasatorun sürücüsü Yuri Yakovlev — mətnlərin müəllifi == Filmin heyəti == Ssenari müəllifi — Emil Braginski, Eldar Ryazanov Rejissor — Eldar Ryazanov Operator — Henri Abramyan, Nikolay Nemolyaev Quruluşçu rəssam — Mixail Boqdanov Bəstəkar — Andrey Petrov Redaktor — Anatoli Stepanov Dirijor — Vladimir Vasilyev == Xarici keçidlər == «Старики-разбойники» Онлайн энциклопедия Кирилла и Мефодия (rus.) «Старики-разбойники» Arxivləşdirilib 2012-03-08 at the Wayback Machine Энциклопедия отечественного кино Arxivləşdirilib 2007-12-11 at the Wayback Machine «Старики-разбойники» Arxivləşdirilib 2009-06-24 at the Wayback Machine Портал «Кино России» «Старики-разбойники» RUSKINO.RU «Старики-разбойники» — Internet Movie Database saytında.
Ovçular təpəsi
Ovçular təpəsi yaşayış yeri — Şərur rayonunun Dizə kəndinin şimal qurtaracağında, Arpaçayın sol sahilində e.ə. V-III minilliklərə aid yaşayış yeri. == Tədqiqi == Abidə şimal-qərb istiqamətində uzanan təbii təpənin üzərindədir. Abidənin sahəsi təqribən 10 hektardır. Kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar nəticəsində yaşayış yerində Eneolit və İlk Tunc dövrlərinə aid mədəni təbəqələr müəyyən edilmişdir. Yaşayış yerinin xarakterik cəhəti ondan ibarətdir ki, burada Kür-Araz təbəqəsi sonrakı dövrlərin mədəni qatları ilə örtülməmişdir. Yaşayış yerinin yerləşdiyi təpənin üzərində teleqüllə tikilərkən mədəni təbəqə dağıdılmışdır. Təpənin şimal tərəfində V. H. Əliyev və A. Q. Seyidov tərəfindən 6,25 m² sahədə kəşfiyyat xarakterli qazıntı işləri aparılmışdır. Daha sonra abidə S. H. Aşurov tərəfindən tədqiq edilmişdir. Мədəni təbəqədə möhrə, kül, çürüntü və osteoloji materialların qalıqlarına rast gəlinmişdir.
Oxçular (Urmiya)
Oxçular (fars. اوخچيلار‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (6 ailə).
Qoçlar (Puldəşt)
Qoçlar (fars. گچلر‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 75 nəfər yaşayır (13 ailə).
Ovçular təpəsi boyunbağısı
Ovçular təpəsi boyunbağısı — Ovçular təpəsi yaşayış yerindən aşkar edilmiş Eneolit dövrünə aid qızıl boyunbağı. Boyunbağı AMEA Naxçıvan Bölməsi və Fransa Milli Araşdırmalar Mərkəzinin birgə həyata keçirdiyi arxeoloji tədqiqatlar zamanı arxeoloqlar Vəli Baxşəliyev, Ketrin Marro və Səfər Aşurov tərəfindən aşkarlanmışdır. Artefakt Cənubi Qafqazın ən qədim qızıl əşyası kimi qiymətləndirilmişdir. == Ərəfə == Naxçıvan ərazisi qədim tarixi abidələr və yaşayış məskənləri ilə zəngindir. Naxçıvan İkiçayarasına yaxın yerləşdiyinə görə burada mədəniyyət daha tez inkişaf etmiş və bu ərazidə yaşayan tayfalar İkiçayarası mədəniyyətləri ilə daimi əlaqədə olmuşlar. Regionda yerləşən I Kültəpə və II Kültəpə, Naxçıvantəpə, Maxta, Oğlanqala və digər çoxsaylı qədim yaşayış yerlərində aparılmış tədqiqatlar bölgənin qədim tarixinə dair maraqlı məlumat və artefaktların üzə çıxarılmasına imkan vermişdir. === Ovçular təpəsi yaşayış yeri === Şərur rayonunun Dizə kəndi yaxınlığında yerləşən və e.ə. V–III minilliklərə aid edilən Ovçular təpəsi yaşayış yerində ilk tədqiqatlar Vəli Əliyev və A. Q. Seyidov tərəfindən aparılmışdır. Həmin tədqiatlar zamanı arxeoloqlar abidə ərazisindən Eneolit və İlk Tunc dövrünə aid mədəni təbəqə və müvafiq artefaktlar aşkar etmişlər. Daha sonra abidədə S. H. Aşurov arxeoloji qazıntı işləri aparmış və çoxsaylı tikinti qalıqları üzə çıxarmağa müvəffəq olmuşdur.
Ovçular təpəsi yaşayış yeri
Ovçular təpəsi yaşayış yeri — Şərur rayonunun Dizə kəndinin şimal qurtaracağında, Arpaçayın sol sahilində e.ə. V-III minilliklərə aid yaşayış yeri. == Tədqiqi == Abidə şimal-qərb istiqamətində uzanan təbii təpənin üzərindədir. Abidənin sahəsi təqribən 10 hektardır. Kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar nəticəsində yaşayış yerində Eneolit və İlk Tunc dövrlərinə aid mədəni təbəqələr müəyyən edilmişdir. Yaşayış yerinin xarakterik cəhəti ondan ibarətdir ki, burada Kür-Araz təbəqəsi sonrakı dövrlərin mədəni qatları ilə örtülməmişdir. Yaşayış yerinin yerləşdiyi təpənin üzərində teleqüllə tikilərkən mədəni təbəqə dağıdılmışdır. Təpənin şimal tərəfində V. H. Əliyev və A. Q. Seyidov tərəfindən 6,25 m² sahədə kəşfiyyat xarakterli qazıntı işləri aparılmışdır. Daha sonra abidə S. H. Aşurov tərəfindən tədqiq edilmişdir. Мədəni təbəqədə möhrə, kül, çürüntü və osteoloji materialların qalıqlarına rast gəlinmişdir.