Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sirus Rövşəni
Sirus Rövşəni (fars. سیروس روشنی‎‎; 1928, Təbriz – 1981) — iranlı həkim, anestezioloq. 1979-cu ildə İranda baş vermiş İran İslam İnqilabından əvvəl dəfələrlə mənsubu olduğu dini inanca görə təqiblərə məruz qalmışdır. Şiraz xəstəxanasında anestezioloq kimi çalışan Rövşəni dövlətin bütün təziqlərinə baxmayaraq vəzifəsini icra etməyə davam etmişdir. 1982-ci ildə İran İslam Respublikasının rəsmiləri tərəfindən iki dəfə təhdid edilmiş və nəticədə həmin ilin qışında güllələnərək edam edilmişdir. Sirus Rövşəninin ölümündən sonra İranda yaşayan bəhai icmasına qarşı sistematik təqiblərə start verilmişdir və həmin təqiblər ən müxtəlif səviyyələrdə bu gün də davam etdirilməkdədir. Sirus Rövşəni 1928-ci ildə İranın Şərqi Azərbaycan ostanının paytaxtı olan Təbriz şəhərində, bəhai ailəsində anadan olmuşdur. Yeniyetməlik dövründə ailəsində yaşanan maddi çətinliklər səbəbindən məktəbə getməyi dayandırmış və bazar ticarəti ilə məşğul olmuşdur. 17 yaşı olarkən, tibb təhsili üçün nəzərdə tutulmuş üç illik dərs proqramını bir il ərzində tamamlayaraq tibb məktəbinə daxil olmuşdur. Tibb təhsilini bitirdikdən sonra Sirus ümumi anesteziya üzrə ixtisaslaşmış və Səhiyyə və Tibbi Təhsil Nazirliyində işə qəbul edilmişdir.
Dədə Ömər Rövşəni
Dədə Əmir Rövşəni (1407, Osmanlı imperiyası – 1487, Təbriz) — türk mənşəli ələvi şair, XV əsr xəlvəti şeyxi və Seyid Yəhya Bakuvinin öndə gələn xəlifələrindən biri. == Həyat və fəaliyyəti == "Ləmazat" əsərində "nur əhlinin seçgini", "aləm və adəmin işığı", "can və tən əhlinin eşq sirlərinin rəhbəri", "aləm imamlarının qütbü", "sirlər aləminin eşq və sevgi nuru", "yetişdirici qütblərin məna iqliminə gedən aydınlıq yolu" deyə tövsif edilmişdir. Daha çox şeirlərində istifadə etdiyi Rövşəni məxləsi ilə tanınır. Əsl adı Əmir Əli'dir, ləqədi Dədə, künyəsi Əli ibnu binti Umur bəydir. Atası haqqında məlumat olmadığı halda ana babsı "Töhfətül-mücahid" əsərinə görə İldırım Bəyazidin əmirlərindən Qara Timuurtaş Paşanın oğlu Qazi Umur bəydir. "Ləmazat" da Aydın oğlu Umur bəy göstərilir. Şairin babasının bölgədə Osmanlılardan əvvəl hökm sürən Aydınoğulları sülaləsindən əlli il ara ilə bəylik edən iki Umur bəydən biri, böyük ehtimalla birincisi olduğu qəbul edilir. Belə ki,Ömər Rövşəni Aydın ili bölgəsinin o vaxtkı mərkəzlərindən Gözəlhisara aid Tirədən olduğunu bildirir: – demişdir. Doğulduğu il dəqiq olara bilinməsə də aparılan araşdırmalar doğum ili kimi 1407–1417-ci illər arasını göstərib. Təsəvvüfə və Bakıya gələrək Seyid Yəhya Bakuviyə bağlanmasına böyük qardaşı Əlaəddin Əli səbəb olmuşdur.
Dovşanlı
Dovşanlı (Ağdərə) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Dovşanlı kənd inzibati ərazi dairəsində kənd. Dovşanlı (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Koşenil
Kövsəri
Əqil Kövsəri Ərdəbili — XVII əsrdə yaşayıb Nizami ənənələrini davam etdirən Azərbaycan şairlərindən biri. == Həyatı və yaradıcılığı == Kövsəri Səfəvilər sülaləsindən I Şah Abbas (1587-1629) dövründə İsfahanda (Səfəvilərin həmin dövr paytaxtı) yaşayıb-yaratmışdır. Kövsərinin “Leyli və Məcnun”, “Şirin və Fərhad” poemalarından başqa digər əsərləri məlum deyildir. Məhəmmədəli Tərbiyət “Daneşməndane-Azərbaycan” adlı əsərində Kövsəri haqqında yazır: == Tədqiqi == Müasir İran alimlərindən doktor Tələt Bəsari Tehranda nəşr olunan “Suxən” jurnalında nəşr etdirdiyi “Çöhreye Şirin” adlı məqaləsində Firdovsinin, Nizami və onun xələflərinin Şirin haqqında şeirlərindən nümunələr vermişdir. Alim buraya Kövsərinin də adını daxil etmişdir. Amma nədənsə şairin şeirlərindən nümunə gətirməmiş və yalnız adını çəkməklə kifayətlənmişdir. Müasir Azərbaycan alimlərindən R. Azadə özünün “Azərbaycan epik şeirinin inkişaf yolları” adlı əsərində Kövsərinin həyat və yaradıcılığına diqqət yetirib,, onun “Şirin və Fərhad” əsərinin geniş təhlilini vermiş, şairin Azərbaycan ədəbiyyatında tutduğu mövqeyi dəyərləndirmişdir.
Dovşanlı (Kəlbəcər)
Dovşanlı (əvvəlki adı: Araçadzor) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Dovşanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Dovşanlı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Araçadzor kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Aracadzor kəndi Dovşanlı kəndi adlandırılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. === Tarixi abidələri === Dovşanlı kurqanları (e.ə. XI–IX əsrlərə aid 9 kurqan) kəndin yaxınlığında yerləşir. == Toponimikası == Bəzi mənbələrdə Ayıdərəsi adı ilə də yad olunur.
Dovşanlı (Meşkinşəhr)
Dovşanlı (fars. دوشانلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 552 nəfər yaşayır (118 ailə).
Dovşanlı (Nir)
Dovşanlı (fars. دوشانلو‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 69 nəfər yaşayır (22 ailə).
Polşa koşenili
Polşa koşenili (lat. Porphyrophora polonica) — Yarımsərtqanadlılar dəstəsinə, Margarodidae sinfinə daxil olan həşərat növü. Dişilərin bədənləri enli dairəvi formaya malikdir. Bədənlərinin uzunluğu isə 1,5–6,6 mm arasında dəyişşir. Rəngləri qırmızı və tünd qırmızı-bənövşəyi rəngdə olur. Gözləri yaxşı inkişaf etmişdir, Ayaqları iridir. Xüsusi ilə ön ayaqları daha yaxşı inkişaf etmişdir. Yaxşı qazma xüsusiyyətinə malik formadadır. Erkəklər 2,25–3,5 mm uzunluğa malik olur. Mavi-bənövşəyi rəngdə olurlar.
Yovşanlı (Salmas)
Yovşanlı (fars. يوشانلو‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 269 nəfər yaşayır (65 ailə).
Dovşanlı (Ağdərə)
Dovşanlı (əvvəlki adı: Araçadzor) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Dovşanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Dovşanlı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Araçadzor kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Aracadzor kəndi Dovşanlı kəndi adlandırılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. === Tarixi abidələri === Dovşanlı kurqanları (e.ə. XI–IX əsrlərə aid 9 kurqan) kəndin yaxınlığında yerləşir. == Toponimikası == Bəzi mənbələrdə Ayıdərəsi adı ilə də yad olunur.
Dovşanlı (Altınova)
Dovşanlı və ya digər adı ilə Topçular — Türkiyənin Yalova vilayətinin Altınova rayonuna bağlı bəldə. == Tarixi == 1890-cı ildən eyniadlı kənd kimi tanınan Dovşanlı 4 noyabr 1998-ci ildə bələdiyyə statusu alaraq qəsəbəyə çevrilmişdir.
Koşenil yastıcası
Koşenil yastıcası (lat. Dactylopius coccus) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinin yastıcalar fəsiləsinin yastıca cinsinə aid heyvan növü. Xalçaçılıq sənətində istifadə olunan rəngləri almaq üçün müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən cürbəcür həşəratlardan istifadə olunmuşdur. Onların içərisində qırmızı rəng almaq üçün ən geniş yayılmışı koşenil yastıcasıdır. Azərbaycanda xalq arasında ona "qırmız böcəyi", "qurd qırmız", "palıd cücüsü" deyilirdi. Meksikada (Amerikada) bitən, xüsusilə kaktus bitkisilə çoxalan, boyaq maddəsi olan həşəratdır. İlin müəyyən vaxtlarında koşenildə boyağın daha çox olduğu vaxt onlar səbətə yığılır, dərhal buxarla öldürülür və "gümüşü" adlanan, üzəri boz təbəqə ilə örtülü, yaxşı növ hesab olunan koşenil alınır. Həmçinin dişi koşenillər qaynar suda da öldürülə bilər, lakin bu zaman gümüşüyə nisbətən daha aşağı növ hesab olunan "qara" koşenil alınır. Koşenilin boyaq maddəsini yun və ipəyi eynilə bitki boyaqları kimi, xüsusilə yüksək bədii türkmən xalçalarında olduğu kimi istifadə olunan çox parlaq, hərarətli rənglərə boyayırlar. Bu maddə ya sərbəst boyaq kimi, ya da boyaqotu ilə birgə işlədilərək parlaqlığı ilə qədim Şərq xalçaları üçün xarakterik olan özünəməxsus çalarlar verir (bunu heç bir digər boyaqlarla almaq olmaz).
Kösəli Rus
Kösəli Rus (qaq. Köseli Rus) Moldovanın Qaqauziya muxtariyyətində bir kənddir. Kənd 735 nəfərdən ibarətdir, həmçinin 185 qaqauzdan.
Qarşı porşenli mühərrik
Qarşı porşenli mühərrik, silindrləri cüt tərəfli olub hər tərəfində bir porşen olur, lakin silindrlərdə başlıq olmur. Əksər hallarda hər silindr sırasının ayrı və müstəqil dirsəkli valı olduğu halda Doxfordship mühərrikləri və Commer OP yük maşını mühərrikləri kimi bəzi modellər tək bir şaftla işləyirlər. Bu tip mühərrikləri, porşenləri bir-birinə əks tərəfdə qoyulmuş yastı mühərriklər ilə müqayisə edilməməlidir, çünki bu iki tip iki tamamilə fərqli mühərrik növüdür.
Dovşanlı Şəhər Stadionu
Dovşanlı Şəhər Stadionu (Ada Stadionu) Kütahya ili Dovşanlı rayonunda yerləşən futbol stadionudur . TKİ Dovşanlı Linyitspor klubunun matçlarına ev sahibliyi edir. Stadionun meydançası 2008-ci ildə Bədən Tərbiyəsi və Türkiyə Futbol Federasiyası tərəfindən təmir edilib.
TKİ Dovşanlı Linyitspor
TKİ Dovşanlı Linyitspor Kütahya ilinin Dovşanlı rayonunda yerləşən futbol komandasıdır. Klub ev oyunlarını Dovşanlı Şəhər Stadionunda keçirir. Regional Həvəskarlar Liqasda mübarizə aparır.
Əqil Kövsəri Ərdəbili
Əqil Kövsəri Ərdəbili — XVII əsrdə yaşayıb Nizami ənənələrini davam etdirən Azərbaycan şairlərindən biri. Kövsəri Səfəvilər sülaləsindən I Şah Abbas (1587-1629) dövründə İsfahanda (Səfəvilərin həmin dövr paytaxtı) yaşayıb-yaratmışdır. Kövsərinin “Leyli və Məcnun”, “Şirin və Fərhad” poemalarından başqa digər əsərləri məlum deyildir. Məhəmmədəli Tərbiyət “Daneşməndane-Azərbaycan” adlı əsərində Kövsəri haqqında yazır: Müasir İran alimlərindən doktor Tələt Bəsari Tehranda nəşr olunan “Suxən” jurnalında nəşr etdirdiyi “Çöhreye Şirin” adlı məqaləsində Firdovsinin, Nizami və onun xələflərinin Şirin haqqında şeirlərindən nümunələr vermişdir. Alim buraya Kövsərinin də adını daxil etmişdir. Amma nədənsə şairin şeirlərindən nümunə gətirməmiş və yalnız adını çəkməklə kifayətlənmişdir. Müasir Azərbaycan alimlərindən R. Azadə özünün “Azərbaycan epik şeirinin inkişaf yolları” adlı əsərində Kövsərinin həyat və yaradıcılığına diqqət yetirib,, onun “Şirin və Fərhad” əsərinin geniş təhlilini vermiş, şairin Azərbaycan ədəbiyyatında tutduğu mövqeyi dəyərləndirmişdir.
Şirin və Fərhad (Kövsəri)
Şirin və Fərhad - XVII əsr Azərbaycan şairi Kövsəri tərəfindən, Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının təsiri ilə fars dilində yazılmış məsnəvidir. XVII əsr Azərbaycan şairlərindən biri olan Kövsəri Nizami ənənələrinin davamçılarındandır. Şair fars dilində “Şirin və Fərhad” poemasını yaratmış, əsərin bir neçə yerində: deyə özünün Nizami ardıcıllarından olduğunu bildirmək istəmişdir. Əsərin nəzmə çəkilmə tarixini şair poemanın sonunda belə bəyan edir: Bu sözlərin hərflərini əbcəd hesabı ilə götürdükdə 1014 (1605-1606)-cü il rəqəmi ortaya çıxır. 7650 misradan ibarət olan “Şirin və Fərhad” əsərini ənənəyə əsasən Kövsəri dövrünün hökmdarı I Şah Abbasın mədhi ilə başlasa da, elə başlanğıcda mədhdən şikayətə keçib, zəmanəsində elmə, hünərə qiymət verilməməsindən danışır, sözün, kəlamın xiridarı olmadığından söz açır: Q. Beqdeli qeyd edir ki, görünür, İsfahanda Kövsərinin şeirlərində qiymət verən olmamışdır və buna görə də şair poemasını ilk öncə Hindistana göndərmək istəmişdir: Kövsəri də Əlişir Nəvai və Arif Ərdəbili kimi Fərhadı ön sıraya çəkib onu əsərin əsas qəhrəmanı götürmüşdür. O, Fərhadın mənşəyi haqqında belə yazır: Əsərdə Məhinbanu, Şirin, Büzürgümid, dayə, Xosrov, Şapur və başqa surətlər də vardır. Şapur Fərhadın uşaqlıq, məktəb yoldaşıdır. Kövsəri Şapuru dövlət xadimidir, yüksək mənşəli təbəqədəndir. O da, xaqanın vəzirinin yeganə oğludur: Hər iki dost təhsil alarkən sənət və peşə ilə maraqlanır. Fərhad baltanı, Şapur isə fırçanı seçir.