Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Külvari evkalipt
Külvari evkalipt (lat. Eucalyptus cinerea) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Avstraliyanın Cənubi Uels və Viktoriya ştatlarında dəniz səviyyəsindən 600 m hündürlükdə yayılmışdır. XVIII əsrdə Avropaya gətirilmiş və bəzək bitkisi kimi becərilir. == Botaniki təsviri == Hündürlüyü 12–15 m, gövdəsinin diametri 40-45 sm olan həmişəyaşıl ağacdır. Gövdəsi əyilmiş və ya düz olub, lifli qabıqla örtülmüşdür. Qabığı lifvari soyulan, qırmızımtıl-qonur rənglidir. Cavan yarpaqları növbəli yerləşmiş, uzunluğu 3,5-4,5 sm, eni 3,5-5 sm olmaqla, parlaq, mavi çalarlı, qısa saplaqlıdır. Enli-yumurtavari və neştərvari formalı yarpaqların uzunluğu 8-10 sm, eni 2,5 sm-ə catır. Yetkin yarpaqları növbəli düzülüşlü, dairəvi, bəzən enli və ya ensiz neştər formalı, bir az əyri, mum örtüklü, dərivari və oturaqdır.
Külvari söyüd
== Sinonimləri == Capraea cinerea Opiz Salix aurita var. cinerea (L.) Fiori Salix australis Schleich. ex J.Forbes Salix carinthiaca Host Salix deserticola Goerz ex Pavl. Salix discolor Host Salix geminata J. Forbes Salix incanescens Schleich. ex J.Forbes Salix polymorpha Host == Təbii yayılması == Avropa, Kiçik Asiya, Qara dəniz sahilləri, Qərbi Sibir, Orta Asiya, Qafqazda yayılıb. Vətəni Cənub-Qərbi Asiyadır. Türkiyə, Zaqafqaziyanın cənubu, Şimali İran, Misir, İraq, Əfqanıstan və Pakistanda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 5 m-ə qədər olan yoğun budaqlı ağac və ya koldur. Qabığı bozdur, birillik və ikillik zoğları sıхsacaqlı-keçətüklüdür. Soyulmuş oduncaqda 1,5 sm-ə qədər uzunluqda düyünlər vardır.
Zuvarə
Zuvarə-Liviyada Aralıq dənizi sahilində bərbər dilli şəhər.
Kuşva
Kuşva — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Kuhsarə (Ərdəbil)
Kuhsarə (fars. كوهساره‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 612 nəfər yaşayır (136 ailə).
Kuşşaro gölü
Kuşşaro gölü (屈斜路湖, Kussharo-ko) – Yaponiyanın Hokkaydo prefekturasının şərqində, Akan Milli Parkında yerləşən kaldera gölü. Hokkaydoda yerləşən bir çox toponim kimi bu gölün də adı Aynu dilindəndir. Səthinin sahəsinə görə Yaponiyanın ən böyük kaldera gölü, ümumilikdə isə 6-cı ən böyük gölüdür. Həmçinin Yaponiyada qışda tamamilə buz bağlayan ən böyük göldür. == Haqqında == Gölün ortasında yerləşən Nakacima adası (Toya gölündə yerləşən eyniadlı ada ilə qarışdırmamalı) qarışıq vulkandır. Vulkan qazları gölün suyunun turşumasına səbəb olur, buna görə də gölə çay tökülən hissələr istisna olmaqla göldə çox az balıq növü yaşayır. Turşuluğa davamlı olan al-əlvan qızılxallı süni şəkildə gölə buraxılıb. 1951-ci ildə göldə nadir sikada növü (Oncotympana maculaticollis) kəşf edilmişdir və hökumət tərəfindən mühafizə olunur. Göl həmçinin harayçı qu quşlarının miqrasiya yolunun üzərində yerləşir. Gölün sahilində bir neçə isti bulaq yerləşir.
Tal Kuskarı (Əbyəlil)
Tal Kuskarı (başq. Тал Ҡусҡары) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Qusev kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Tal Kuskarı kəndinin milli tərkibi: başqırdlar 99 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 45 km., kənd sovetliyindən (Qusev): 22 km. ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk stansiyası): 62 km. == Məşhur şəxsləri == Sariya Mirjanova (24 dekabr 1924 — 25 noyabr 2000) — məşhur başqırd dilşunası, türkoloq, filologiya elmləri doktoru (1985), BMSSR-nin əməkdar mədəniyyət işçisi (1985). == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Mimoza Kusari-Lila
Mimoza Kusari-Lila (alb. Mimoza Kusari-Lila 16 oktyabr 1975) — Kosovo-Albaniya dövlət və siyasi xadimi, Yeni Kosovo İttifaqının və daha sonra Alternativ partiyasının üzvü. == Bioqrafiyası == Mimoza Kusari 16 oktyabr 1975-ci ildə Kosovonun cənub-qərbindəki Cyakovitsa şəhərində ziyalı ailəsində anadan olmuşdur: atası pulmonoloq, anası məktəbdə alban dili və ədəbiyyatı müəllimi idi. Bir müddət ailə Kosovo Peç şəhərində yaşayır, sonra 1980-ci illərin ortalarında Cyarkovisaya qayıdır. «Hajdar Dushi» gimnaziyasını bitirdikdən sonra Priştina Universitetinin İqtisadiyyat fakültəsinə daxil olur (universitet 1999-cu ildə fəaliyyətini dayandırır), İdarəetmə və İnformasiya Sistemləri ixtisası üzrə məzun olarkən təhsilini ödəmək üçün işləyir. 1998-1999-cu illərdə Kosovoda münaqişə baş verəndə, Sərhədsiz Həkimlər və ATƏT-də işləmişdir. O, həmçinin ABŞ-də MBA təhsilini davam etdirmək üçün ABŞ Dövlət Departamentindən nüfuzlu Ron Braun Təqaüdü alaraq Makedoniyadakı qaçqın düşərgəsində işləmişdir. ABŞ-də olarkən Kusari-Lilya, İqtisadiyyat İnstitutunda, Kolorado Universitetində və Pittsburqdakı Dyukeyn Universitetində elektron biznes sahəsində magistr dərəcəsi ilə təhsilini davam etdirir. Amerikada liderlik keyfiyyətlərini göstərən tələbə icmalarının təşkili və işində fəallıq göstərir. Dyukeyn Universitetinin İşadamı Qadınlar Assosiasiyasının təsisçisi, ilk prezidenti olur və Vaşinqtonda Beynəlxalq Təhsil Həftəsini qeyd etmək üçün Dövlət katibi Madlen Olbraytın dəvət etdiyi Şərqi Avropadan gələn üç Ron Braun təqaüdçülərindən biri idi.
İzəş-Kuskar (Əbyəlil)
İskak kəndi (başq. Исҡаҡ) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Burqanqol kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası İskak kəndinin milli tərkibi: başqırdlar 99 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 45 km., kənd sovetliyindən (Burqanqol): 3 km., ən yaxın dəmiryol stansiyasından (Murakayev stansiyası): 92 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Seyidbəşir Usare hadisəsi
Seyidbəşir Usare hadisəsi — 1918-ci ildə İngilislərin, Hicaz-Yəmən cəbhəsində əsir düşən 16-cı diviziyanın 48-ci alaydakı Osmanlı əsgərlərinə qarşı Seyidbəşir düşərgəsində həyata keçirdiyi bir hərəkətdir. 15.000 Osmanlı əsgəri mikrobları qırmaq bəhanəsi ilə çoxlu miqdarda krizol maddəsi əlavə edilmiş su ilə dolu hovuzlara basılaraq kor edilmişdir. == Hadisə == Birinci Dünya Müharibəsində 150 min Osmanlı əsgəri İngilislərə əsir düşür. Bu əsgərlərin bir hissəsi də Misirin İsgəndəriyyə şəhəri yaxınlığında yerləşən Seyidbəşir Usare düşərgəsində həbs edilmişdi. Düşərgənin tam adı 'Seydibeşir Kuveysna Osmanlı Useray-i Harbiye Kampı' idi. Bu düşərgədə, 1918-ci ildə Fələstin cəbhəsində əsir düşən 16-cı diviziyanın 48-ci alayının Osmanlı əsgərləri saxlanılırdı. 1920-ci ilin 12 iyununa qədər iki il boyunca hər cür işgəncə, əziyyət, ağır təzyiq və təhqirlərə məruz qaldılar. Əsirlərlə insanlıqdan kənar davranışların səbəbi ermənilər idi. Müharibə bitmişdi. Ancaq düşərgədəki ağır şərtlər səbəbiylə ölənlərdən başqa, əsgərləri təhvil vermək İngilislərin marağında deyildi.
Kustar Neftçıxaranların Birləşmiş İttifaqı
Kustar Neftçıxaranların Birləşmiş İttifaqı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş qeyri-hökumət təşkilatı. == Tarixi == Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1919-cu ildə qoyulmuşdu. Yaradılması ideyası Fevral inqilabına (1917) qədər də mövcud olmuş, lakin 1916-cı ildə çar hökuməti tərəfindən qəbul edilməmişdi. İttifaqın sədri Nəcəfqulu Vəliyev, idarə heyətinin üzvləri Mirzağa Atababayev, Orucəli Babayev, Səfər Mir Mövsümov, Yevsey Tatarenko idilər. Əsas məqsədi neft hasilatına olan ehtiyacları, kustar neft istehsalını qanunvericilik əsasındaqaydaya salmaq haqqında müvafiq müraciətlər edilməsi, neft bazarının vəziyyətinin öyrənilməsi, əməyin təhlükəsizliyini təmin edən müvafıq tədbirlərin və texniki qaydalann işlənib hazırlanması, ittifaqın fəaliyyət göstərdiyi ərazidə nəqliyyat yollarının çəkilişi, üzvlərə hüquqi yardımm təşkili, istehsal ehtiyaclan üçün lazımi materiallann alınmasına güzəştli kreditlərin açılmasını və s. təmin etmək olmuşdur. Bakı mədən rayonunda neftin əl ilə çıxarıldığı sahələrin icarəyə verilməsi üçün "xüsusi qaydalar" layihəsinin işlənib hazırlanması ilə əlaqədar ittifaq 1920-ci ilin əvvəllərində öz hesabatını Azərbaycan Xalq Cümhuriyyəti Ticarət və Sənaye Nazirliyinə təqdim etmişdi. Dövlət xəzinəsinin mənafeyini müdafiə etmək məqsədilə tərtib edilmiş "Xüsusi qaydalar" kustar neft istehsalçılarının maraqlarım nəzərə almırdı. Buna görə də ittifaq "Xüsusi qaydalar"ı iqtisadi cəhətdən məqsədəuyğun saymamışdı. İttifaq Aprel işğalından (1920) sonra fəaliyyətini dayandırmışdır.