DÜŞVAR

sif. [ fars. ] klas. Çətin, müşkül, ağır.
Ey deyən: səbr qıl, ah eyləmə yarı görcək; Mənə düşvardır ol, gər sənə asan görünür. Füzuli.
Müşküldü mən kənara düşüm kuyi-yardən; Düşvardır ki, əl üzüm ol gülüzardən. X.Natəvan.

□ Düşvar olmaq – çətin olmaq.
Nə təamü nə fərşü nə camə; Xəlqə düşvar olub bu həngamə. M.Ə.Sabir.
…İnsanın qədəri ilbəil artdığına, boş yerlər azaldığına görə, heyvanı saxlamaq güngündən düşvar olur. H.Zərdabi.

DÜŞÜRÜLMƏK
DÜTAR

Значение слова в других словарях