Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gündəlik
Gündəlik və ya günlük — bir şəxsin və ya kollektivin həyatında baş verən hadisələri günbəgün əks etdirən yazı kitabçası, xatirə dəftəri. Xatirə ədəbiyyatından fərqli olaraq, gündəlikdə dəqiq tarix göstərilir. İlk dəfə XVII əsrdə İngiltərədə geniş yayılmışdır. == Haqqında == Gündəliklər tarixi, tarixi-bioqrafik və ya tarixi-mədəni, bədii sənəd kimi mühüm əhəmiyyətə malikdir (Ceyms Kukun elmi gündəliyi, Vilhelm Karloviç Küxelbekerin lisey gündəliyi, Valter Skott, Stendal, Taras Şevçenko, Lev Nikolayeviç Tolstoy və başqalarının gündəlikləri). Qəhrəmanın gündəliyi şəklində yazılmış bədii əsərlər də var. Belə əsərlərdə qəhrəmanın həyatı ilə bağlı ən mühüm hadisələr, onun daxili aləmi, düşüncələri, hiss və həyəcanları birnci şəxsin dilindən nəql edilir. Məsələn, İvan Turgenevin "Artıq adamın gündəliyi", Mixail Saltıkov-Şedrinin "Ucqardan gəlmiş adamın Peterburq gündəliyi", Mixail Yuryeviç Lermontovun "Zəmanəmizin qəhrəmanı" povestində "Peçorinin jurnalı", Rəşad Nuri Güntəkinin "Çalıquşu" romanında Fəridənin gündəliyi və s. Azərbaycan yazıçılarından Mehdi Hüseyn, Əziz Şərif və başqalarının gündəlikləri çap olunmuşdur. Keçən əsrdə bir çox siyasi və sosial sarsıntılara məruz qalan xalqların ədəbiyyat tarixlərinin tam mənzərəsinin yaradılmasında gündəliklərin rolu böyükdür. Bu səbəbdən də, bu gün ictimaiyyətə təqdim edilən yazıçı gündəlikləri çox əhəmiyyətlidir.
Onlayn gündəlik
Onlayn gündəlik və ya veb-gündəlik — ümumdünya hörümçək torunda şəxsi veb-saytda və ya gündəlik-hostinq saytında dərc olunan şəxsi gündəlik və ya jurnal. == Tarixi == Onlayn gündəliklər ilkin internet səhifələrində iştirak edən insanların şəxsi profillərini əks etdirən "24 saat kiberməkanda" (1996) kitabının nəşri ilə tezliklə medianın diqqətini çəkmişdir. Onlayn gündəliklərin ən erkən kitab uzunluğunda elmi müzakirəsi Filipp Lejennin "Əziz ekran" (fr. Cher écran) əsəridir. == İcmanın formalaşması == Gündəlik yazanlar (bəzən eskriptisionistlər də adlanır) bir-birindən öyrənməyə başladığı zaman müxtəlif gündəlikləri və jurnalları birləşdirmək üçün bir neçə veb-üzüklər meydana gəlmişdir. Onlardan ən populyarı 1996-cı ilin iyulunda başlayan və 20 oktyabr 1998-ci il tarixinə 537 üzvü olan "Open Pages" idi. "Diarist.net" adlı icma veb-saytı yaradılmışdır və 1999–2004-cü illərdə rüblük olaraq "The Diarist Awards" mükafatına layiq görülmüşdür. Mövzuya görə gündəliklərin və jurnalların bir sıra siyahıları var idi. "Burbs" adlanan bu siyahılar insanlara bir-biri ilə müəyyən əlaqəsi olan saytları tapmağa imkan verirdi. 1998-ci ilin oktyabrında "Open Diary"nin işə salınması onlayn gündəliklərin icma olaraq birlikdə yerləşdirilə biləcəyi ilk veb-saytı təmin etmişdir.
Gündəlik (qısametrajlı film)
Gündəlik, Ceki Çan tərəfindən yazılmış, qurulan və rejissor Noah Centineo, Martina Ştossel, Ceysi Çan, Kevin Klayn və Andy Lau, yaxınlaşan Çin dövrü dram filmidir. == Tökmə == Noah Centineo Tini Stoessel Kevin Kline Andy Lau Jaycee Chan == İstehsal == 19 İyul 2018 tarixində, filmin bükülmüş olduğu təsdiqləndi.
Gündəlik Azərbaycan (qəzet)
Gündəlik Azərbaycan — Gündəlik ictimai-siyasi qəzet. 2005-ci ilin avqust ayında təsis edilmiş, 2007-ci ilin mayında çapını dayandırmışdır. Təsisçi və baş redaktoru Eynulla Fətullayev, Şef redaktoru Şahvələd Çobanoğlu idi. == Haqqında == ”Gündəlik Azərbaycan” qəzeti 2005-ci ilin avqust ayında təsis edilib. Qəzet 2007-ci ilin may ayınadək nəşr olunub. Səs-küylü məqalələri ilə yadda qalan, qanqster Hacı Məmmədovun heç yerdə dərc olunmayan şəkillərini verən “Gündəlik Azərbaycan” bir sıra dairələri əməlli-başlı silkələyə bilmişdi. 2007-ci ilin mayında təsisçi və baş redaktor Eynulla Fətullayevin həbsi ilə “Gündəlik Azərbaycan”ın da nəşri dayandı.
Gecikmiş gündəlik (film, 1986)
Dəniz neftçilərinin gündəlik işləri (film, 1965)
Kürdəli
Kürd Əli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Kürdəli (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd.
Kündələc (Mərənd)
Kündələc (fars. كندلج‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,025 nəfər yaşayır (602 ailə).
Kürdəli (Ərdəbil)
Kürdəli (fars. كردعلي‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 247 nəfər yaşayır (59 ailə).
Gundelia
Gundelia (lat. Gundelia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Gundelia rosea Gundelia tenuisecta Gundelia tournefortii == Turnefor qundeliyası (Gundelia tournefortii) == Status. Nadir, Ön Asiya növüdür. Yayılması. Naxçıvan AR – Ordubad rayonu (Parağa və Billov kəndlərinin ətrafı). Azərbaycandan kənarda – Türkmənistan, İran, aralıq dənizin şərq hissəsi və Kiçik Asiyanın flora rayonlarında. Bitdiyi yer. Quru gilli, daşlı yamaclar və orta dağlıq qurşağının dəniz səviyyəsindən 1800 m hündürlüyə qədər yamacları. Ehtiyatı.
Gundelia tournefortii
Turnefor qundeliyası (lat. Gundelia tournefortii) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinin gundelia cinsinə aid bitki növü. Status. Nadir, Ön Asiya növüdür. Yayılması. Naxçıvan AR – Ordubad rayonu (Parağa və Billov kəndlərinin ətrafı). Azərbaycandan kənarda – Türkmənistan, İran, aralıq dənizin şərq hissəsi və Kiçik Asiyanın flora rayonlarında. Bitdiyi yer. Quru gilli, daşlı yamaclar və orta dağlıq qurşağının dəniz səviyyəsindən 1800 m hündürlüyə qədər yamacları. Ehtiyatı.
Kudelin burnu
Kudelin burnu (bolq. нос Куделин, ‘Nos Kudelin’ \'nos ku-de-'lin\) — Antarktidanın Antarktik yarımadasının Loubye sahilinin Tlaçene buxtası sahillərindən şimal-şərqdə yerləşən burundur. Burun Qaydari zirvəsinin qolunu əmələ gətirir. 20-ci əsrin son iki onilliyində Hopkins buzlağının əriməsi nəticəsində formalaşıb. Burun şimal-qərbi Bolqarıstanda yerləşən Kudelin şəhərinin adını daşıyır. == Yerləşməsi == Madell burnundan 27.4 km şərqdə, Fantom burnundan 18.3 km cənubda, Qostilya burnundan 2.55 km şimal-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1976-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 66 64.
Meyvəli knedlik
Meyvəli knedliklər-Çex, Avstriya və Polşa mətbəxində rast gəlinən yeməkdir.Knedliklər tvaroqlu, kartoflu və drojılı xəmirdən hazırlanır. İçlik kimi çox vaxt meyvə və giləmeyvələrdən, məs ərik, qaraqarağat, çiyələk və s.ola bilər. Son mərhələsində knedliklər isti suda qaynadılır. Süfrəyə təqdim olunan zaman üzərində tvaroq, şəkər və qaynar yağ əlavə edilir. Bəzən knedliklərin içərisinə qıyma əlavə edilir ki, bu zaman o qıymalı knedliklər adlanır. Çexiyada kəsilmiş knedliklər daha məşhurdur.
Cənab Pundalik (film, 1912)
"Cənab Pundalik" filmi — Rejissor Dadasaheb Tornenin çəkdiyi 1912-ci il Hindistan filmidir. Hindistan kino tarixində ilk filmlərdən biri hesab olunur. == Tarix == "Cənab Pundalik" səssiz filmi Hindistan kino tarixində ilk filmlərdən biri hesab olunur. Filmi Dadasaheb Torne özü tək çəkmişdir. Filmin çəkilişi 2 həftə sürdü. Ondan sonra çəkilmiş kinolentlər Londona göndərilib emal edildi. 18 may 1912-ci ildə film Hindistanda göstərildi. Bəziləri bu filmin ilk Hindistan filmi olmağa layiq olmadığını qeyd etdi. Onlar 1913-cü ildə çəkilmiş Raca Harişçandranın ilk film olduğunu iddia etdilər. Bu fikirlər mübahisəli olaraq qaldı, çünki, sübuta yetirilməmişdi.