Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kürəkcik
Kürəkcik (paddle) – kompüter oyunlarında: xüsusən obyekti ekranda şaquli və üfüqi hərəkət etdirmək üçün istifadə olunan manipulyator. Oyunun idarə olunması dəstəyin döndərilməsi vasitəsilə həyata keçirilir. Beləliklə, ekranda obyekti (məsələn, tennis raketini) bir ox üzrə (iki istiqamətdə) hərəkət etdirmək olur. Hansısa başqa hərəkətləri yerinə yetirmək üçün əlavə düymələri də ola bilər. Belə manipulyatorlar 1970-ci illərdə istifadə olunurdu və 1980-ci illərin ortalarında, demək olar ki, “yoxa çıxdı”, onların yerini daha rahat olan coystiklər tutdu. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 624 s.
Kürəkli
Kürəkli (Karbi) — 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində məzrə adı
Kürəkçi
Kürəkçi — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Yaşayış məntəqəsi Pirimbel tayfasının Kürəkçi tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd Viləşçayın sahilində, Talış dağlarının Peştəsər silsiləsinin ətəyindədir. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 410 nəfər əhali yaşayırdı.
Kəklik
Kəklik (lat. Perdix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Küləkli çay
Küləkli çay – 2017-ci ildə Teylor Şeridanın yazdığı ssenari əsasında özü tərəfindən çəkilmiş neo-Vestern qətl filmidir. Filmdə Ceremi Renner və Elizabet Olsen ABŞ balıqların və vəhşi təbiətin mühafizəsi xidmətinin əməkdaşı və FTB agenti rolunu ifa etmişdirlər. Filmin süjet xətti Vayominqdəki Küləkli çay adlı hindu rezervasiyasında baş vermiş olan bir qətl hadisəsinin üstünü açmağa çalışan ikilidən bəhs edir. Filmdə eyni zamanda Gil Birminqhem, Con Bernthal və Qraham Qrin də rol almışdırlar. Filmin ssenari müəllifi olan Şeridan bu filmi təcavüzə məruz qalan və öldürülən kanadalı aborigen qadınların sayının çox olması barədə tamaşaçıları məlumatlandırmaq üçün yazdığını bildirmişdir.
Boz kəklik
Boz kəklik (lat. Perdix perdix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin kəklik cinsinə aid heyvan növü. == Təsviri == Erkək və dişi fərdin rəngi oxşardır. Başı qonur, boynu boz, beli və qurşağı qəhvəyi-bozdur. Dimdiyi zəifdir, gözlərinin ətrafı pas rəngli tüklə örtülüdür, qanadları gödək, dairəvi, quyruğu qısadır. Qarın hissəsində şabalıdı rəngdə, nal şəklində ləkə vardır. Bədəninin yanlarında açıq-qəhvəyi rəngli köndələn yerləşən zolaqlar vardır. Dimdiyi boz, ayaqları yaşıl. == Yayılması == Avropa və Asiyada yayılıb. Azərbaycanın Şimal-Şərqində yayılması Dağıstan sərhəddinə qədər uzanır, Cənub-Şərqdə Şabranda qurtarır, Böyük Qafqazın cənub ətəklərində Şəki rayonu ərazisindən başlayıb Şamaxıya qədər uzanır, Mingəçevir su anbarının ətrfarındakı bozqır qurşağından Ağstafa rayonu ərazisinə qədər uzanır, Naxçıvanın Nehrəmdağ ərazisində də yayılıb.
Kəklik Abbasova
Kəklik Məmid qızı Abbasova (14 yanvar 1935 – 1983) — SSRİ dövlət xadimi, 1964–1969 SSRİ Ali Sovetinin deputatı. Gürcüstan SSR İctimai-siyasi xadimi.
Kəklik otu
Kəklikotu (lat. Thymus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Labiatae fəsiləsinə aid hündürlüyü 20 sm-dən 35 sm-ə qədər olan kiçik, ətirli yarımkolcuqdur. 400-ə qədər növü var. Kəklikotunun yaşıl yerüstü hissəsini bitki çiçəklədikdə və ya ondan əvvəl yığırlar. Kəklikotundan kulinariyada (xüsusilə də, konservləşdirmədə), həmçinin kosmetika və əczaçılıq sənayesində geniş istifadə olunur. Kəklikotunun ən geniş istifadə olunduğu sahələrdən biri də tibbdir. Zoğları nazik, qonur rəngli, sürünəndir. Əsası tünd qonur rəngli qabıqla örtülüdür, çox vaxt kökləşir və əlavə köklər əmələ gətirir. Yarpaqları xırda, uzunsov və ya ellipsvari, qısa saplaqlı və ya oturaqdır.
Xınalı kəklik
Xınalı kəklik (lat. Alectoris chukar) — Qırqovullar fəsiləsinin dağ kəkliyi cinsinə aid quş növü. Ölçüsü qarğadan biraz daha böyükdür. Bədən uzunluğu 35 sm, kütləsi 350-dən 800 q-dır, qanad açıqlığı 47-52 sm-dir. Boz rəngdədir. Alnından və boyunun ön ətrafından qara zolaq keçir. Dişilər kiçik ölçülərinə görə erkəklərdən fərqlənir. Qərbdə Balkan yarımadasından şərqdə Çinin Himalay dağlarına qədər ərazidə yayılmışdır. Uğurlu şəkildə Nevada və Nyu-Meksiko ştatları ərazisinə uyğunlaşmışdır. Üstəlik Yenizelandiya, Havay adaları və Cənubi Afrikaya köçürülmüşdür.
Ağ kəklik
Lagopus lagopus (lat. Lagopus lagopus) – ağ kəklik cinsinə aid quş növü.
Böyük ürəkli (film, 2015)
Böyük ürəkli (hind: दिलवाले, Rom: Dilwale) — 18 dekabr 2015-ci ildə ekranlara çıxan Rohit Shetty tərəfindən çəkilmiş hind filmidir. Baş rollarda Şah Rukh Khan, Kajol, Varun Dhavan və Kriti Sanon iştirak edirlər. Vinod Xannanın sağlığında iştirak etdiyi son filmidir. == Süjet xətti == Rac mafiya üzvüdür. Bir gün düşmən dəstəsindən biri onu izləyərkən onların dəstəsindən Meera adlı bir qızla tanış olur. Onlar bir-birlərinə aşiq olurlar. Rac Meeranın rəqib dəstənin liderinin qızı olduğunu biləndə işlər daha da pisləşir. Bir-birini çox sevən iki cütlüyün sevgisi indi rəqib dəstələrdə olduqları üçün çox çətin vəziyyətdədir. Hər şeyə baxmayaraq onlar bir-birlərinə olan sevgilərini mühafizə edə biləcəklərmi?
Şir ürəkli (film, 1990)
Şir ürəkli (ing. Lionheart) — 1990-cı ildə rejissor Şeldon Lettiç tərəfindən döyüş filmi janrında çəkilən ABŞ filmidir. Filmin distribütori Universal Pictures kinokompaniyasıdır. Lion Qotye (Jan-Klod Van Damm), Afrikanın Cibuti ərazisində yerləşən Fransız xarici legionunun 13-cü yarımbriqadasına məxsus əsgərlərdən biridir. Los-Ancelesdə yaşayan qardaşı qeyri-qanuni işlərlə məşğul olan zaman narkotik satıcıları tərəfindən döyülərək yandırılmış və xəstəxanada ağır şəraitdə yaşamağa davam edir. Günlərin birində qardaşı Fransuanın həyat yoldaşı Helen Lion üçün məktub göndərir. Lion qardaşını görmək üçün komandirindən icazə almaq istəyir. Lakin ona icazə verilmədiyindən, bölmədən fərarilik edir və yük daşıyan gəmi ilə qaçaq olaraq Nyu-York şəhərinə çatır. Lakin Los Ancelesə getmək üçün onun pula ehtiyacı vardır. Bu müddətdə küçələrdə və digər yerlərdə kiçik bəhslərlə döyüş hazırlayan Coşua ilə tanış olur.