ZİRƏKLİK

is. Bacarıq, əlindən iş gəlmə, cəldlik, çeviklik, diribaşlıq. Uşağın zirəkliyi.
[Nəbi] öz zirəklik və qoçaqlığı ilə Şuşa qalasında məşhurlaşır. Qaçaq Nəbi”.
Altı il ərzində Budaq oxudu, tərbiyələndi.
Gözəl əxlaqı, pak və səmimi ürəyi, həddən artıq zirəkliyi və qabiliyyəti onu müəllimlərə və həm də yoldaşlarına çox sevdirdi. Ə.Vəliyev.

□ Zirəklik göstərmək – cəld hərəkət etməklə, tədbir görməklə bir şeyi o birilərindən daha tez əldə etmək; qabaqlamaq.
Qoca Firuz bu gün … zirəklik göstərib. Ə.Məmmədxanlı.

Синонимы

  • ZİRƏKLİK ZİRƏKLİK, DİRİBAŞLIQ Diribaşlığı, xoş xasiyyəti ucundan çox çəkmədi ki, [Alxan] pillə-pillə qalxdı (Ə
  • ZİRƏKLİK bacarıq — cəldlik — çeviklik — diribaşlıq

Антонимы

  • ZİRƏKLİK ZİRƏKLİK – MAYMAQLIQ Öz zirəkliyi və qoçaqlığı ilə Şuşa qalasında məşhurlaşır (“Qaçaq Nəbi”); Sənin maymaqlığın ucundan biz ələ keçdik (“Ulduz”)
ZİRƏKLƏŞMƏK
ZİRƏNG

Значение слова в других словарях