Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kəkələmə
Kəkələmə — normal nitqin pozulması. Kəkələmə xəstəlik olmasa da, bu ciddi bir problemdir. Kəkələmə çox zaman 3-5 yaşlar arasında olan uşaqlarda inkişaf edir. Oğlanlarda qızlarla müqayisədə bu pozulma daha tez-tez hallarda inkişaf edir. Bu günə kimi tibbdə kəkələmənin inkişaf etmə mexanizmi dəqiq təyin olunmayıb. Kəkələmənin inkişaf etmə səbəbləri arasında: uşağın baş beyinin funksiyalarının müxtəlif səbəblərə görə (doğum travması, asfiksiya, baş-beyin travmaları - beyinin silkələnməsi və s., beyini zədələyən infeksiyaların keçirilməsi və s.) pozulması; ağır psixoloji travmalar - güclü qorxu (və ya bəzən güclü sevinc) və s. insan psixikasına mənfi təsir edən uzunsürən vəziyyətlər. == Uşaqlarda kəkələmə == Bəzən kəkələmə uşaqlarda özünü kəkələyən ailə üzvünə bənzətmə reaksiyası kimi inkişaf edir. Lakin bu halda da uşaq müalicə olunmalıdır. Kəkələyən uşaqlar həmyaşıdlarla ünsiyyətdə, uşaq bağçasında, məktəbdə müxtəlif problemlərlə üzləşir ki, bu da onların davranışına, xasiyyətinə mənfi təsir edir.
Skapenin kələkləri
Skapenin kələkləri (fr. Les Fourberies de Scapin) — Fransa dramaturqu Molyerin 24 may 1671-ci ildə ilk dəfə Pale-Royalda səhnəyə qoyduğu 3 pərdədən ibarət (hər biri müvafiq olaraq 5, 8 və 13 pərdədən ibarətdir) komediya tamaşası. Qəbul edilir ki, bu əsər qədim Roma dramaturqu Terensinin yazdığı "Phormio" komediyasından götürülüb. Oyunun baş qəhrəmanı fırıldaqçı və hiyləgər Skapen yalan və hiylə ilə həyatında daim hamını qabaqlamağa çalışan bir insandır. Çox lovğa, təkəbbürlü, özünü bəyənən biridir və bacara bilməyəcəyi heç bir işin olmadığını düşünür. Amma eyni zamanda çox hiyləgər və diplomasiya üzərində çox istedadlıdır. Tez oyundakı digər insanları kukla kimi bir-birinə qarşı oynatmağa başlayır. Bununla belə, o, iki gənc cütlüyə kömək etmək kimi əsas məqsədindən heç vaxt ayrılmamağı bacarır. Skapen : Leandrın nökəri, kələkbaz Leandr : Jerontun oğlu və Zerbinetta'nın sevgilisi Oktav : Arqantın oğlu və Qiasintanın sevgilisi Jeront : Leandr və Qiasintanın atası Arqant : Oktav və Zerbinettanın atası Qiasinta : Jerontun qızı və Oktavın sevgilisi Zerbinette : Arqantın qızı və Leandrın sevgilisi Silvestr : Oktavın xidmətçisi Karl : Kələkbaz Nerina : Qiasintanın dayəsi və süd anası iki qapıçı Les Fourberies de Scapin, Fransız televiziyası üçün Jan Kerçbronun istehsalıdır. Televiziyada ilk dəfə 1965-ci ildə yayımlanıb.
Yedəkləmə
Yedəkləmə və ya ehtiyat nüsxə (ing. backup) — arxivləşdirmə üçün, yaxud zədələnmə və ya yoxolma halında qiymətli faylların saxlanması məqsədilə proqramın, diskin və ya bəzi verilənlərin ehtiyat surətidir. Bəzi tətbiqi proqramlar faylların eyni zamanda həm cari versiyasını, həm də əvvəlki variantını diskdə saxlamaqla, onların yedək kopiyasını avtomatik yaradır. İnformasiyalar 3 fərqli üsulla yedəklənə bilər: Tam yedəkləmə (Full backup)- Bu üsulla yedəkləmə zamanı bütün qaynaqlar yedəklənir. Ən etibarlı üsuldur, lakin zaman və əlavə yaddaş ehtiyacı yaranır Addımlı yedəkləmə (Incremental backup) Bu tip yedəkləmədə sadəcə son yedəkdən bu yana yedəklənməmiş sənəndlər yedəklənir. Differensial yedəkləmə (Differential backup) Bu tip yedəkləmədə son tam yedəkdən bu yana yedəklənməmiş olaraq seçilən sənədlər yedəklənir.
Yedəkləmə və düzəltmə
Yedəkləmə və düzəltmə (Backup and recovery ) – verilənlər bazasının idarəolunması sistemlərində: aparat və ya proqram xətası nəticəsində verilənlər bazası yararsız hala düşdükdə, sonuncu əməliyyatın (tranzaksiyanın) bərpasını təmin etmək üçün istifadə olunan strategiyadır. Bu proses verilənlər bazasının sonuncu ehtiyat kopiyasından başlayır. Verilənlər bazasının tranzaksiyalar jurnalı (dəyişikliklər faylı) nəzərdən keçirilir və ora yazılmış hər bir tranzaksiya jurnalda olan sonuncu yoxlama nöqtəsinə (CHECKPOINT) uyğun olaraq bərpa edilir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.