Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kələbağ
Kələbağ — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kələbağ oyk., mür. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Kamalçayın sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsinin ərazisi əvvəllər Rustov kəndinə məxsus meyvə (alma) bağları olmuşdur. Müharibədən sonrakı illərdə Rustovun müxtəlif məhəllələrindən çıxmış ailələr burada məskunlaşdıqdan sonra daimi yaşayış məntəqəsinə çevrilmiş bağlar bu adı almışdır. Oykonim kələ (tat. "böyük") və bağ sözlərindən düzəlib, "böyük bağ, iri bağ" deməkdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 727 nəfər əhali yaşayır.
Kələman
Kələman — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Poladlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Kələman çayının (Zəyəm çayının qolu) dərəsində, dağlıq ərazidədir. Yerli əhali arasında Kalaman kimi tələffüz olunur. Yaşayış məntəqəsi el arasında Kalaman adlanan və "qala, istehkam yeri" mənasında izah olunan qədim yaşayış yerində salındığı üçün belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 431 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Amerikalı kələkbaz (film)
Amerikalı kələkbaz (ing. American Hustle) — Devid O. Rasselin rejissorluğu ilə 2013-cü ildə çəkilmiş qara komediya, cinayət filmi. Film 1980-ci illərdə korrupsioner siyasətçiləri tutmaq üçün FTB ilə işləmək məcburiyyətində qalan fırıldaqçılardan bəhs edir.
Amerikalı kələkbaz (film, 2013)
Amerikalı kələkbaz (ing. American Hustle) — Devid O. Rasselin rejissorluğu ilə 2013-cü ildə çəkilmiş qara komediya, cinayət filmi. Film 1980-ci illərdə korrupsioner siyasətçiləri tutmaq üçün FTB ilə işləmək məcburiyyətində qalan fırıldaqçılardan bəhs edir.
Kelbaş
Kelbaş Kutaisi quberniyasının Leçxum qəzasında dağ adı. == Toponimkası == Kelbaş- Kutaisi quberniyasının Leçxum qəzasında dağ adı. Ərəbcə kela - "məbəd" və azərbaycanca baş "zirvə" sözlərindən ibarətdir. Azərbaycanda Kələki (Ordubad rayonu), Kellahi (Quba rayonunun Zıxır kəndində qala adı, "Əxilər kelyəsi" deməkdir) və Şamaxı rayonunda Gələşıxi ("Şeyxlərin kelyəsi" mənasında), Şamaxı rayonunda Kelaxana və b. toponimlərlə eynidir.
Keçəbaş (Urmiya)
Keçəbaş (fars. كچه باش‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 401 nəfər yaşayır (119 ailə).