Kələman — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Poladlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Kələman | |
---|---|
40°35′ şm. e. 45°40′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kələman çayının (Zəyəm çayının qolu) dərəsində, dağlıq ərazidədir. Yerli əhali arasında Kalaman kimi tələffüz olunur. Yaşayış məntəqəsi el arasında Kalaman adlanan və "qala, istehkam yeri" mənasında izah olunan qədim yaşayış yerində salındığı üçün belə adlandırılmışdır.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 431 nəfər əhali yaşayır.[3]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.