Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kalağaylı
Kalağaylı — Azərbaycan Respublikasının Ağsu rayonunun Padar kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şirvan düzündədir. Tədqiqatçıların fikrincə, oykonimin əsli Qalaqayınlıdır, kəndin əhalisinin Sabirabad rayonundakı Qalaqayın kəndindən olduqlarını bildirir. 1917-ci ildə tərtib olunmuş inzibati ərazi bölgüsündə Göyçay qəzasında Kalaqa (İsmayıllı) və Kalaqaylı (Kürdəmir) adlı iki kənd qeydə alınmışdır. Bunlardan biri indiki Qalagah, digəri isə Qalagahlı (Kalağaylı) kəndləridir. Oykonim "Qalagahdan gəlmişlər" mənasındadır.
Kəlağayı
Kəlağayı — Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyü. Azərbaycanın qərb zonasında kəlağayıya bəzən çarqat da deyilir. XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanın ənənəvi kəlağayıçılıq mərkəzləri müxtəlif siyasi və sosial-iqtisadi səbəblər üzündən, xüsusilə də Rusiyadan daxil olan ucuz fabrik mallarının kustar karxana məhsullarını sıxışdırması nəticəsində mövqeyini dəyişmiş və kəlağayıçılıq tədricən yalnız iki mərkəzdə – Basqal və Gəncədə cəmləşməyə başlanıb. 2014-cü ildə kəlağayı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir. == Tarixi == === Erkən illər === Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Qadınların müasir kəlağayılara bənzər baş örtüyündən istifadəsi eramızdan əvvəl V-VI əsrlərdə İran şahı I Daranın zamanında saray qadınları arasında geniş yayıldığı barədə bəzi mənbələrdə qeyd olunub. X əsrdə yazılan Hüdud əl-aləm coğrafi traktatında, Bərzənd şəhərində baş örtüyünün istehsal olunduğu qeyd edilib. === XVIII əsr === Orta əsrlərdə Azərbaycan ərazilərində kəlağayı istehsal edən kiçik müəssisələr mövcud olub. Tarixçi Mais Cəfərovun fikrincə, kəlağayılar əvvəllər fərdi şəkildə hazırlansa da, sonralar kəlağayı istehsal edən xüsusi müəssisələr fəaliyyət göstərib. Georq Forsterin 1784-cü ilə aid məlumatında qeyd edilir ki, Şirvandan 400 tona qədər ipək Həştərxana göndərilirdi.
Kalağaylı bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.