Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kələkarx
Kələkarx - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən təxminən 15 km məsafədə, Araz çayından axan arxın yanında yerləşir. Toponim Azərbaycan dilinin cənub dialektində «yan tərəfləri daşla hörülmüş ağıl, heyvan salınan yer» mənasında işlənən kələk sözü ilə arx sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nın I. IV. 1946-cı il fərmanı ilə dəyişdirilib Şenevan (Şenli qəsəbə) qoyulmuşdur.