Kələkarx — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd.[2][3][4]
kənd | |
Kələkarx | |
---|---|
40°03′ şm. e. 43°56′ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Sərdarabad mahalı]] |
Rayon | [[Sərdarabad rayonu]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 890 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rayon mərkəzindən təxminən 15 km məsafədə, Araz çayından axan arxın yanında yerləşir.
Toponim Azərbaycan dilinin cənub dialektində "yan tərəfləri daşla hörülmüş ağıl, heyvan salınan yer" mənasında işlənən kələk sözü ilə[5] arx sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin I. IV. 1946-cı il fərmanı ilə dəyişdirilib Şenevan (Şenli qəsəbə) qoyulmuşdur. Əsli Kulak-Arx. Türk dillərində kulak "dərə", "çökəklik yer", "çuxur" sözündəndir. Kəndin adı "Kulakdan çəkilmiş arx" mə’nasındadır. XIX əsrdə Azərbaycanda Yelizavetpol qəzasında Kələk (digər adı Şıxlar) kəndinin adı ilə mə’naca eynidir.[6]